V. Hacıyev - Misli görünməmiş faciə
Gundem
Oxunub: 1 464
26 fev 2015 | 16:02
V. Hacıyev - Misli görünməmiş faciəMisli görünməmiş faciə

Ermənilərin Xocalıya ilk irimiqyaslı hücumu 1988-ci il sentyabrın 18-də oldu. Həmin gün Xankəndidəki nümayişdən çıxan beş minə qədər erməninin bir qismi piyada, bir qismi maşınlarla Xocalıya hücum etdi. Şəhərə azca qalmış hücumdan xəbər tutan xocalılılar onun qarşısını aldılar və ermənilərə layiqli cavab verdilər.
Vəziyyətin getdikcə gərginləşdiyini görən xocalılılar könüllü müdafiə dəstələri yaradırdılar. O dövrdə Xocalının müdafiə qüvvələrinin ixtiyarında çox az sayda avtomat, bir top, iki "Alazan" tipli raket qurğusu var idi. Həmin vaxtlar Xocalının ətrafında, ermənilər yaşayan kəndlərdə - Daşbulaq, Mehdikənd, Ballıca, Pirəməki, Noraguğ və Mirzəcanda ermənilərin 515 nəfər canlı qüvvəsi, 3 "Alazan" raketi, 10 zirehli transportyoru, 3 PDM-i və bir neçə tankı var idi.
1992-ci ilin yanvar ayında Paris yaxınlığında məxfi təlim düşərgəsi yaratmış "ASALA" erməni terrorçu təşkilatının 26 üzvü mayor Aşin Simonyanın başçılığı ilə Xankəndiyə gəldi. Digər ölkələrdən də terrorçular, quldur dəstələri cəlb olunurdu.
1992-ci il fevral ayının 12-də və 13-də Xocalı qonşu erməni kəndləri tərəfindən atəşə tutuldu və bundan çox keçməmiş erməni hərbi qüvvələrinin Xankəndidən Xocalıya tərəf yerdəyişməsi baş verdi.
Yaxınlaşmaqda olan fəlakət göz qabağında idi. Ölkəmizin o dövrkü səriştəsiz rəhbərləri isə laqeydcəsinə susurdular. Şəhər və kəndləri qoruya bilmirlərsə, heç olmasa əhalini xilas etmək lazım idi. Belə gərgin bir vaxtda, fevralın 13-də Xocalı İcra Hakimiyyətinin sabiq başçısı Elman Məmmədovun səyi ilə Xocalıya sonuncu vertolyotlar gəldi. Həmin vertolyotlarla üç yüz nəfər qoca, qadın, uşaq mühasirədən çıxarıldı. Vertolyotlar bir çox səbəbdən istənilən vaxtda uça bilmirdi. Ermənilər yanvar-fevral aylarında Xocalı və Şuşaya gələn yeddi sərnişin vertolyotunu gülləyə tutmuşdular. 1992-ci il yanvarın 28-də Şuşa şəhəri səmasında içərisində 44 nəfər dinc azərbaycanlının olduğu mülki vertolyotun vurulmasından sonra Xocalı ilə hava əlaqəsi də, demək olar, tamamilə kəsildi.
Xocalıya axırıncı dəfə avtomobil 1991-ci il oktyabrın 30-da gedib, noyabrın 1-dən şəhər artıq mühasirə vəziyyətində idi. 1992-ci il yanvarın 2-dən şəhərə elektrik enerjisinin verilməsi dayandırıldı. Fevral ayının 19-da saat 17.00-da Xocalı hər tərəfdən PDM-lərdən, iriçaplı pulemyot və avtomatlardan bir neçə saat ara verilmədən atəşə tutuldu.
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə tarixdə ən böyük faciələrdən biri - Xocalı soyqırımı baş verdi. Həmin gecə ermənilər üç istiqamətdən Xocalıya hücum etdilər. Genişmiqyaslı hücumda Ermənistan Respublikası silahlı qüvvələrinin tabeliyində olan qruplar, muzdlu əsgərlər, özünü "Arsak" xalq azadlıq ordusu adlandıran Dağlıq Qarabağın erməni bölmələri və 366-cı sovet hərbi alayı iştirak etmişdi.

Bu faciəli gecədə dinc əhalidən 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıq və işgəncə verilməklə öldürülmüş, 76-sı uşaq olmaqla, 487 nəfərə ağır bədən xəsarəti yetirilmiş, 1275 sakin - uşaqlar, qadınlar və qocalar girov götürülərək ağlasığmaz zülmə, təhqirlərə və həqarətə məruz qalmışlar. Onlardan 150 nəfər itkin düşmüşdür. Sonradan onlardan - əsir götürülənlərdən yalnız 1165 nəfərini geri almaq mümkün olmuşdur. Bu qətliam zamanı 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 224 uşaq bir valideynini itirmişdir. Bundan başqa, 230 ailə öz başçısnı itirib. 200 nəfərin ayaqları soyuqdan qanqrena olmuşdur. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyil.

Bəs dünya niyə susur?

Bu amansız bəşəri cinayətin ilk qiymətini ümummilli lider Heydər Əliyev verdi. Ulu öndər deyirdi ki, "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir". Ulu öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev 2012-ci il yanvarın 17-də "Xocalı soyqırımının iyirminci ildönümü haqqında sərəncam imzalamışdır. Bu mühüm dövlət sənədində deyilir: "Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır".

İmişli Rayon İcra Hakimiyyətinin başçısı
Vilyam Hacıyev
Dünən, 16:00
Bu qidalar xərçəngdən qoruyur - Əsl MÖCÜZƏDİR
Dünən, 15:30
Azərbaycan orta güc dövlətlər sırasında
Dünən, 14:22
Azərbaycanda onlardan cəmi 13 nəfər qalıb
Dünən, 12:51
İlham Əliyev Roma Papasını təbrik edib
Dünən, 12:45
Bədxahlara BƏD xəbər - Azərbaycan və Türkiyə BUNU da etdi
Dünən, 12:32
Aralıq dənizində savaş hazırlığı-Türkiyə hədəfdə
Dünən, 11:55
Azərbaycanda pensiya, müavinət, təqaüd və ünvanlı yardım xərcləri artıb
Dünən, 11:51
ÜST-dən 12 ölkəyə hantavirus xəbərdarlığı: Türkiyə də var
Dünən, 11:19
İnsan alverinə qarşı mübarizəyə dair fəaliyyət planı Prezidentə təqdim edilib
Dünən, 11:15
Ölkədə 32 valideyn polis nəzarətinə götürülüb
Dünən, 11:01
Alıcılar risk altında: Bakıda təbii kürü adı ilə görün nə satılır - VİDEO
Dünən, 10:57
"AQTA "at əti" dedi, restoran rəhbərliyi təkzib etdi: "Bizdə ancaq quzu olur" - VİDEO
Dünən, 10:45
Bakı dünyaya kamikadze PUA-larla çıxır - Bədxahlara mesaj
Dünən, 09:48
İran BƏƏ ərazisinə zərbələr endirir - RƏSMİ
Dünən, 09:40
Yeni qatar dayanacağı istifadəyə verildi - Fotolar
Dünən, 09:33
İsrail səfiri Albert Aqarunovun məzarını ziyarət etdi - Fotolar
Dünən, 09:26
Maşın gətirənlərin nəzərinə — Yeni tələb
Dünən, 09:22
MKİ: İranın ballistik raketlərinin 70%-i hələ də qalıb
Dünən, 09:18
ABŞ-nin keçmiş müdafiə naziri: İranla müharibə uzun çəkəcək
Dünən, 09:12
Ağdam və Xocavənd şəhərlərinə növbəti köç karvanları yola salınıb
Dünən, 09:00
Nazirləri bir də belə görün... - VİDEO
7-05-2026, 16:00
Belə yay OLMAYACAQ - XƏBƏRDARLIQ
7-05-2026, 15:30
50 minlik ordu Trampdan hücum ƏMRİ GÖZLƏYİR
7-05-2026, 15:05
Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - Foto - Video
7-05-2026, 13:28
Ölkədəki apteklərdə saxta dərmanlar satılır?
7-05-2026, 13:24
Oliqarx oğluna qalib gəlmiş Fidan Abbasovanı maşından zorla apardılar
7-05-2026, 12:42
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana alüminium və taxıl göndərilib