Milli-mənəvi əxlaqımızı tapdaq altına atan kimdir?

“Göyçə” adı ilə məşhur olan ünvan, bu gün Tərtərdə ən “xod” gedən əxlaqsızlıq ünvanlarından biri hesab olunur. Bu belə olduğu halda, görəsən Vəli kişiyə niyə qaşın üstə qara var deyilmir?
Əslində bu sual olduqca düşündürücü, hər kəsin diqqətini cəlb edən bir sualdır. Çünki, bu sual kimlərinsə adı ətrafında hansısa ictimai fikrin formalaşmasına səbəb olur, kimlərinsə ictimai qınağa tuş gəldiyini hər kəsə bəyan edir, kimlərin mövcud qanunvericiliyimizi saya salmadığını ortaya qoyur və.s, və ilaxır.

Məlumatlı mənbə bildirir ki, fəaliyyəti daha çox axşam saatlarına təsadüf edən “Göyçə” kafesi, bu gün elə bir təminolunmalarla təmin olunub ki, həmin ünvanda yaş həddindən asılı olmayaraq qadınların cinsi istismarını həyata keçirmək mümkündür. Kafe bir neçə fərqli otaqlardan ibarətdir. Otaqlar yemək yemək, çay içmək və.s üçün nəzərdə tutulsa da, otaqlardan fərqli məqsədlər üçün, yəni qadınlarla görüş üçün istifadə olunur. Yerli mənbə bildirir ki, qadınla görüşə gedən hər kəs, sadəcə olaraq hansı otağa daxil olarsa, əvvəlcədən 10 manat “rüsum” ödəməyə məcbur edilirlər.
Bütün bunlar yerli mənbə tərəfindən informasiya mərkəzimizə çatdırılan məlumatlardır ki, bununla da biz əksər mətləblərdən xəbər tuta bilirik. Məlumatlı olduğumuz xəbərlərdən biri də ondan ibarətdir ki, həmin kafe sırf Vəli adlı şəxsə məxsusdur. Və o da, sahiblik etdiyi kafenin adi kafe kimi fəaliyyət göstərməsindən daha çox, qadınların cinsi istismarına şərait yaradan bir ünvana çevirib. Başlıca məqsədi, var-dövlət qazanmaq istəyinə düşdüyü üçün o, belə bir yolu seçib.
Diqqəti cəlb edən hallardan biri də odur ki, “Göyçə” adı ilə məşhurlaşan bu ünvanda, bir ədəd olsun belə kassa aparatı yoxdur. Belə bir halın varlığı da, kafe sahibinə vergidən yayınmaq üçün əməlli-başlıca imkanlar açır. Kafedə təmizliyin göstəricisi, yəni gigiyenik qaydalara əməl olunma da tələb olunan normalara cavab vermir. Cəmi bir neçə nəfərlə fəaliyyətini davam etdirən kafedə, əmək müqaviləsinin olub-olmamasından belə söhbət gedə bilməz.
Ümumiyyətlə “Göyçə” kafesi adı ilə məşhur olan ünvan, bu gün Tərtərdə ən “xod” gedən əxlaqsızlıq ünvanlarından biri hesab olunur. Bu belə olduğu halda, görəsən Vəli kişiyə niyə qaşın üstə qara var deyilmir? Bax bu sualın varlığı, bu gün də bizi düşündürməkdədir. Maraqlı hal odur ki, sıravi bir vətəndaş hansısa qanunsuzluğa qol qoyarsa, dərhal hüquq-mühafizə orqanı əməkdaşları tərfindən aşkarlanır və lazımınca da cəzalandırılır. Amma, yerli hüquq-mühafizə orqanı əməkdaşlarının gözü qarşısında, Vəli adlı şəxsin sahiblik etdiyi kafedə minbir hoqqalara qol qoyulur, bir kimsə danışmır, bir kimsə dinmir, bir kimsə də onun əməllərinin qarşısını almaq üçün əməli addımlarını atmır. Deməli torbada “qara pişik”, başqa-başqa əmmalar, kimlərinsə də bilmədiyi həqiqətlər var.
Diqqətiçəkən məqamlardan biri də ondan ibarətdir ki, ölkə rəhbərinin hələ 06 fevral 2009-cu il tarixli 133 sərəncamı ilə “İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı” (2009-2013 illər üçün) ilə əlaqədar Prezident Administrasiyasına, aparılan mübarizənin nəticəsi ilə bağlı geniş hesabat təqdim olunmuşdur. Və 2014-2018 illəri əhatə edən, yəni qadınların cinsi istismarı və cinsi istismarına şəraitin yaradılmasının qarşısının alınması istiqamətində, yeni “Milli Fəaliyyət Planı” da imzalamışdır. Qəbul olunmuş “Milli Fəaliyyət Planı”nda insan alverinin səbəbləri, ona şəraitin yaradılması, hallarının müəyyən edilməsi və aradan qaldırılması, insan alveri qurbanlarının hüquqlarının bərpası və sosial reablitasiyasının həyata keçirilməsi nəzərdə tutulur. Bütün bunlar qəbul olunmuş sənəddə öz əksini tapsa da, nədənsə Vəli kişinin sahiblik etdiyi kafedə və yerli hüquq-mühafizə orqanı əməkdaşlarının əməllərində, irəli sürülən tələblərə əməl olunmadığı görünür. Bu belə olduğu halda səbəb nədir ki, ortada müvafiq sərəncam və onun prinsipləri olsa da, Vəli adlı şəxs nə sərəncamı sayır, nə də ki, onun prinsiplərini qəbul edir. Axı, hər kəs qanuna, onun aliliyinə hörmət etməli, necə deyərlər şərəfli vətəndaş borcunu yerinə yetirməlidir. Görəsən sahiblik etdiyi kafedə qadınların cinsi istismarına şərait yaratmaqla, vergidən yayınmaqla, gigiyenik qaydalara əməl etməməklə, işçilərlə əmək müqaviləsi bağlamamaqla, daha çox isə milli-mənəvi əxlaqımızı tapdaq altına atmaqla, Vəli kişinin yerinə yetirdiyi “şərəfli vətəndaş” borcu budurmu? Bax, bu haqda düşünmək, belə bir olaylar haqda götür-qoy etmək lazımdır ki, Vəli kişinin qol qoyduğu əməllərdən xəbər tutmaq mümkün olsun.
Növbəti açıqlamamız Vəli kişinin qol qoyduğu başqa-başqa əməllərdən, hansı ki, bu günədək ictimaiyyətə bəlli olmayan qaranlıq məqamlarından bəhs olunacaq.
Araşdırmamız davam edir. Odur ki, bizi izləməyi unutmayın.
Elmar
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı