Qaxdan Bakıya uzanan yollar, a yollar...
Gundem
Oxunub: 1 535
21 fev 2015 | 14:19
Qaxdan Bakıya uzanan yollar, a yollar...Bir müddət bundan əvvəl Qax rayonunu ictimai-siyasi həyatında baş verənlərdən, əhalinin üz-üzə qaldığı sosial problemlərin varlığından, rayon rəhbərliyinin həyata keçirdiyi idarəçiliyin mahiyyətindən və.s bəhs etmişdik. Yazıb bildirmişdik ki, cənab Musa Şəkiliyev meşə təsərrüfatından rayon rəhbərliyinə təyin olduğu vaxtdan, rəhbər vəzifə sahibi olaraq idarəetməni elə əvvəlki düşüncə tərzi ilə idarəetməyə başladı ki, bunun da əmələ gətirdiyi fəsadlar bu gün də qabarmaqdadır. Məsələn, ilk növbədə onu qeyd etmişdik ki, Qaxda vəzifə sahibi olanların tam əksəriyyəti Musa müəllimin ya qohumu, ya da ki, ona bu və ya digər yollarla bağlı olanlardırlar. Belə bir halın varlığı, açıq-aydın şəkildə onu göstərir ki, rayonda vəzifə inhisarçılığı hökm sürməkdədir.
Rayonun dövlət qurumlarındakı inhisarçılıq qalsın bir yana, qeyri-dövlət qurumlarının da nəzarətdə saxlanılması, yəni bu sahədə də kimin söz sahibi olmasını cənab başçı müəyyənləşdirir. Belə bir halın da varlığı, inhisarçılıq amilinin olduğunu, yuxarıda qeyd etdiyimizi tam təsdiq etməyə əsas verir. Adicə bir məqama nəzər salaq ki, Qax rayonu nadir ağac növlərinin varlığı ilə də, digər rayonlardan fərqlənir. Elə bu səbəbdən də, rayonun müxtəlif ərazilərində fəaliyyət göstərən ağac emalı sexlərinin ona bağlı olması, yaxud sex sahiblərinin onunla hesablaşması barədə də, kifayət qədər məlumatlara malikik.
Sosial-iqtisadi problemlərin varlığına gəlincə isə, onu qeyd etmək istəyirik ki, Qax rayonu ölkənin şimal zonasında yerləşən rayonlar içərisində, bəlkə də lap öndə gedən rayondur. Rayonun təhsilində, səhiyyəsində, aqrar bölməsində, özəl sektorunda, mədəniyyətində, ekologiyasında, şəhər təsərrüfatında və digər sahələrində yaşanan ab-hava, bu gün əslində həyacan təbili çalmağa tam əsas verir. Bütün bunlar, rayon rəhbərliyinin idarəetməni hansı qaydalarla həyata keçirdiyini, ölkə rəhbərinin etimadını, etibarını necə doğrultduğunu müəyyən edir.
Diqqəti bir məqama yönəldərək onu da qeyd etmək istəyirik ki, bu gün saysız-hesabsız sosial problemlər məngənəsində boğulan Qax rayonunda, rəhbərlik problemlərin həlli ilə məşğul olmaq əvəzinə, başqa-başqa əməllərlə məşğul olur. Yəni bu da ona dəlalət edir ki, icra başçısı olaraq Musa Şəkiliyev, ona verilmiş səlahiyyətlərdən sui-istifadə edir, bacardığı qədər yararlanmağa çalışır. Məsələn, hələ bir müddət bundan əvvəl yazıb bildirmişdik ki, Qaxda keçiriləcək hansısa tədbirə informasiya mərkəzimizin xanım əməkdaşlarını dəvət etmişdilər. Rəhbərlik məsələdən xəbərdar olan kimi, icra hakimiyyəti aparatı rəsmlərinə bildirir ki, "xanım əməkdaşların ora getmələri hələ mümkün deyil və rəhbərlik olaraq onlara hər hansı ezamiyyət verilməyəcək". Bu haqda qarşı tərəf məlumatlandırılsa da, icra hakimiyyəti rəsmləri xanım əməkdaşlara zəng edib bildirirlər ki, "mütləq gəlməlisiniz, çünki rayon rəhbərliyi belə bir tapşırıq verib ki, xanım əməkdaşları nəyin bahasına olur-olsun dəvət edin". Maraqlı hal o olur ki, informasiya mərkəzi rəhbərliyinin etirazına baxmayaraq, icra rəsmləri xanım əməkdaşların Qaxa getmələrinə nail olurlar və sonra da....
Onu da bildirmək istəyirik ki, rəhbərlik həmin xanımları nəinki Qaxda, hətta Bakıda da, bir qədər dəqiq desək Yeni Yasamal adlanan ərazidə hansısa "tədbir"ə dəvət etməsi barədə, bəzi məlumatlara da malik olduğumuzdan, məcbur olduq ki, bir müddət bundan əvvəl "görüş yerini dəyişmək olmaz" başlıqlı açıqlama ilə çıxış edək. Bu gün isə diqqəti cəlb edən hal odur ki, görüş yerinin ünvanı dəyişdirilib. Yəni, Yeni Yasamal ərazisi deyil, artıq Netçilər metrosunun həndəvəridir. Bü ünvanın da müəyyən edilməsinin, bir çox özəl səbəbi var.
Hələ bunlar harasıdır, rayon rəhbərliyi kabinetinin arxa otağından "şəxsi məqsədləri" üçün istifadə etməsi də, bu gün müzakirə olunan problemlərdəndir.
Diqqəti cəlb edən hal odur ki, KİV nümayəndəsi olaraq vəzifə borcumuzu yerinə yetirib, problemlərin varlığını ictimailəşdiririk ki, rayon rəhbərliyi sosial problemlərin həlli istiqamətində müvafiq addımlarını atsın. Belə bir vaxtda isə, Qax rayon rəhbərliyi informasiya mərkəzi rəhbərliyinin harada olması ilə maraqlanır, hətta bu azmış kimi hansısa mətbuat nümayəndəsinin "xidməti"ndən də istifadə edir. Yəni, bu haqda müəyyən bilgilərə də mali olduğumuzdan, düşümcələrimizi hər kəsin diqqətinə çatdırmağı özümüzə borc bildik. Məsələn, informasiya mərkəzi rəhbərinin Qaxda, Zaqatalada, Ağdam da olması barədə məlumat əldə edən icra rəsmləri, yaxın bir-iki gün bundan əvvəl ona zəng edib Qaxa dəvət etmələri, artıq başqa ehtimalların baş əmələ gəlməsinə də səbəb olur. Çünki, icra rəsmlərinin hansısa "mətbuat nümayəndə"sinin "işgüzar zəhməti"ndən yararlanmaları, tərəflər arasında artıq çirkin məqsədlərin olduğunu göstərir.
Yaxın günlərdə isə, rəhbərliyin xanım əməkdaşlarımıza hansı mobil telefon nömrəsi ilə və saat neçə radələrində zəng edib "narahat" etməsi səbəbindən bəhs edəcəyik. Odur ki, diqqətiniz bizdə, həm də yazacağımız sensasion açıqlamada olsun. Bizi izləməyi unutmayın.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

"Azerinfo.az"
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI