Lamiyə Quliyeva azadlığa buraxıldı
Musavat.com-un reportyorunun məhkəmədən verdiyi məlumata görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə hakimlər kollegiyası L.Quliyevanın azadlığa buraxılması ilə bağlı qərar qəbul edib və o, məhkəmə zalındaca azad edilib. Onun azad olunması xəbəri məhkəmə zalında toplaşmış insanlar tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, fevralın 4-də Baş Prokurorluq Lamiyə Quliyevanın barəsində olan cinayət işi ilə bağlı protest verib.
Xətai Rayon Məhkəməsinin hakimi Habil Məmmədov tərəfindən protestin baxılma müddətinin bərpa olunması və protestə baxılması barədə qərar qəbul edilib. Bundan sonra iş Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
L. Quliyeva məhkəmədə bildirib ki, psixoloji sarsıntılar keçirib, ona görə də başına bu qədər probllem gəlib: "Başqa məhkumlara olan güzəştlər mənə tətbiq olunmadı. Mənə qarşı çox qəddar davranıblar.
L. Quliyeva deyib: "Onlar mənim səhv etməyimi gözləyirdilər. Təkcə anam gəlirdi yanıma. Qohumlarım gələndə, onlara hədə-qorxu gəlirdilər. Onları evləri, ailələrilə qorxudurdular. Məni orada həyata heç nə bağlamırdı. Ona görə də, övladımın olmasını planlaşdırdım".
Məhkəmədə çıxış edən şikayətçi Aysel Ağayeva bildirib ki, Lamiyə Quliyevnı bağışlayır.
"Əvvəldən üzr istəsəydi, bu qədər problem olmazdı. Mən səni bağışlayıram", - deyə Aysel Ağayeva bildirib.
Axar.az-ın məhkəmə zalında olan əməkdaşının verdiyi məlumata görə, L.Quliyeva açıqlamasında bir müddət əvvəl ANŞ Şirkətlər Qrupunun vitse-prezidenti Mirşahin Ağayevin onu və anasını təhqir etdiyini deyib.
L.Quliyevanın sözlərinə görə, həbsxanada olarkən Mirşahin Ağayev şəxsən ondan müsahibə almaq təklif edib. Amma məhz bu təhqiredici süjetin ANS kanalında yayımlanmasına görə o, müsahibədən imtina edib.
Əməkdaşımız onu da bildirib ki, azad olunduqdan dərhal sonra Lamiyə Quliyeva media mənsublarına qısa müsahibə verib. Keçmiş məhkum deyib ki, ona və ailəsinə zülm edən Aslan Aslanovu Allaha tapşırır.
Daha sonra o, onu qarşılayan şəxslərin müşayiəti ilə ata yurduna - Şəmkirə yola düşüb.
Xatırladaq ki, 1987-ci il təvəllüdlü Lamiyə Quliyeva 2003-cü ildə həbs edilib. Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə əsasən təqsirləndirilən L.Quliyeva və keçmiş nişanlısı Vüqar Əliyev 2003-cü ilin mayında Şəmkir rayonun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə təqsirləndirilirlər. Respublika Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə Vüqar Əliyev ömürlük, Lamiyə Quliyeva isə 10 il müddətinə azadlıqdan məhrum edilib. 2010-cu ildə isə L. Quliyevanın barəsində 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanılıb. Həmin cinayət işi ilə əlaqədar onun cəzası 5 il 6 ay artırılıb.
Hazırda Vüqar Əliyev Qobustan həbsxanasında cəza çəkir.
Onu da qeyd edək ki, prokurorluğun verdiyi protest 317-ci maddə ilə bağlıdır.
L.Quliyeva bir müddət əvvəl ana olub.
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı