Tovuz TSEK-da “şeytan” oyunları
Gundem / Bolge
Oxunub: 2 003
19 fev 2015 | 15:42
Tovuz TSEK-da “şeytan” oyunları














Təqribən ilyarım bundan əvvəl ƏƏSMN-də rəhbərliyin dəyişdirilməsi, bu strukturda əsaslı dəyişikliklərin də baş verməsinə səbəb oldu. Yəni, cənab Səlim Müslümovun atdığı müdrik addımlar nəticəsində vəzifəsinin öhdəsindən gələ bilməyən, iş bacarmayan, rüşvətxorluğa meylli olan, sakinlərə minbir kələk gəlməklə onların başına xoşagəlməz oyunlar açan TSEK-sı sədrlərindən bəziləri daşıdıqları vəzifələri ilə vidalaşdılar, bəzilərinə isə ciddi tapşırıqlar verildi. Həmin vaxt tam əksəriyyət belə bir düşüncəyə sahib oldular ki, sədr vəzifəsini daşıyanlar sələflərinin taleyini yaşamamaq üçün, özlərini bir qədər “yığışdıracaqlar”. Amma, gözləninənlər özünü doğrultmadı, yəni hər şey tam əksinə oldu.

Bu barədə bəzi açıqlamaları dərc etməklə, müəyyən məqamları çoxsaylı oxucuların diqqətinə çatdırmaq istəyirik. Çünki, TSEK-da yaşanan durum, sədr başda olmaqla komissiya üzvlərinin fəaliyyətləri, çoxsaylı sakinlərə göstərilən tibbi xidmətin necəliyi, bu gün tam əksəriyyəti düşündürməkdədir. Elə bu səbəbdən də, hələ bir müddət bundan əvvəl Tovuz TSEK-nın fəaliyyəti ilə bağlı müəyyən araşdırmalar aparmağa başladıq. Tibbi müayinədən keçmək istəyən və əslən Tovuz rayonundan olan Əşrəf kişi bizimlə söhbətində bildirdi ki, “ay bala bu Arif “doxtur”un nə Allah-Təaladan, nə də ki, onun bəndəsindən qorxusu var. Baxmır ki, bu adam xəstədir, yaxud səhhəti olduqca ağır durumdadır, özü də hər il komissiyadan keçən adamdır. O, belə bir şeylərə fərq qoymur, yalnız “düşün bura” deyib hər kəsdən pul yığmaqla məşğul olur. Bax elə mənim qonşum da xəstə adamdır, gəlib ona evdə baxdılar və çək-çevir etdikdən sonra düz 400 manatını da alıb getdilər”. Bəli, Əşrəf kişinin danışdığı söz-söhbəti eşitdik, o zaman bilib başa düşdük ki, Arif həkimin atdığı “arif” addımların məqsədi nədir və nələrə də dəlalət edir?.
Hələ bunlar harasıdır deyən Əşrəf kişi, onu da vurğuladı ki, “bu Arif “doxtur” özünü hər kəsə “mələk” rolunda göstərir. Amma onun əməllərini eşidəndə görürsən ki, Arif həkimin əməllərinin, atdığı addımlarının hamısından “şeytan” ab-havası duyulur, şeytan “xofu” gəlir. Məsələn, kişinin oğlu əvvəllər deyirdi ki, “mən rüşvət-zad alan deyiləm. Çünki, mənim TSEK-na sədr təyin olunmağımda, rayonun rəhbəri cənab Tofiq Zenalovun müstəsna xidməti olub. Odur ki, mən kimdənsə nəsə alıb adıma damğa vura bilmərəm ki, o da mənə iradını bildirsin”. Bəli, bu olduqca yaxşı əlamətdir və müsəlmançılıqda da böyüyün üzünə qayıtmaq, ona hörmət bəsləməmək yaxşı hal hesab olunmur. Biz də belə bir anları dəyərləndiririk.
Amma, zaman keçdikcə Arif həkimin verdiyi vədlər, danışdıqları və söylədikləri, üzərinə götürdüyü öhdəliklər tamamilə unuduldu. Çünki, onun sədr vəzifəsinə təyin olunmasından bir qədər vaxt keçdikdən sonra, komissiya sədrinin rüşvət alması qalsın bir yana, hətta Tovuzun avtovağzalında “filial” açması da diqqəti cəlb etdi. Biz bunu onunla sübut edə bilərik ki, “KİV nümayəndələrindən bir kimsə Arif həkimə zəng edib hansısa problemlə maraqlanarsa, o halda komissiya sədrinin “yek” cavabı belə olur: “Gedin avtovağzala, orada Akif adlı şəxs var ona yaxınlaşın, mən də zəng edib tapşıracağam, sizi o, yola salacaq” deyir. Bu yöndə bir qədər dəqiqləşmə apardıqda o da bəlli oldu ki, həqiqətən Akif adlı şəxs Tovuz avtovağzalında dispeçer vəzifəsində işləyir və onun Arif həkimlə hansısa formada qohumluq əlaqəsi də var. Belə bir bağlılıq da, Akif adlı şəxsin avtovağzaldakı “filial”da səlahiyyət sahibi olmasına səbəb olur. Düşündürücü hal odur ki, komissiya sədri “mini filial”a səlahiyyət verib təyin etdiyi şəxs ixtisasca həkim deyil, sadəcə adi bir vətəndaşdır. Onun belə bir işlərdə iştirakı, yəqin ki, dispeçer vəzifəsini daşımaqla gündəlik çörəkpulu qazanan Akifə, heç də uğur gətirməyəcək.
Maraqlı məqamlardan biri də, Arif həkimin rüşvəti iş otağında deyil, rayondan bir qədər kənar ərazidəki kafelərdən birində almasıdır. O hal da diqqəti cəlb edir ki, onun hüzuruna üz tutan KİV nümayəndələrinə Arif həkim bildirir: “mən hər bir jurnalistin xətrini çox “istəyirəm”. Amma elə ki, hansısa bir jurnalist məndən hörmət olunmasını gözləyir, bax bu olduqca hesiyyatıma toxunan məsələ olur. Çünki, mənim verən əlim yox, yalnız alan əlim var, o da öz əlimdədir. Maşallah, Arif həkim! Heç vaxt alan əlinizə göz dəyməsin! Və Allah-Təaladan arzumuz budur ki, sizin verən əlinizə hansı xəta-bəla toxunsa da, alan əlinizə heçnə dəyməsin! Ona görə ki, həmin əl, hələ sizə çoooox, çoooox lazım olacaq! Çalışın həmin əli qoruyun, onun hüquqlarını müdafiə etməyə çalışın. O halda inanın ki, alan əliniz sizə gündəlik “haqq-hesab” qazandıracaq, hörmət-izzətə mindirəcək, hətta sayılıb-seçilən kişilərdən birinə də çevirəcək!

P.S: Hə cənab “VTEK” sədri, yadimdan o məqam çıxmışdı ki, onu da deməyə borcluyam. Alan əlin verən əldən həmişə asıllığı olur. Yoxsa, alan əlin sahibinin yolu həmişə Bayıldan keçir. Bu haqda da xüsusi açıqlamalarla çıxış edəcəyik.

Elmar Nuruoğlu
bölgə müxbiri

Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI