Neftçala təhsil sisteminin daha bir dəhşəti: Orta məktəblərdə narkoticarət
Gundem
Oxunub: 1 864
17 fev 2015 | 15:11
 Neftçala təhsil sisteminin daha bir dəhşəti: Orta məktəblərdə narkoticarət

Mikayıl Cabbarovun nazir vəzifəsinə keçəndən sonra təhsil sahəsində həyata keçirdiyi islahatlar göz qabağındadır. İnsaf naminə qeyd etmək lazımdır ki, o keçmiş nazir Misir Mərdanovun dövründə meydana çıxmış bir sıra neqativ halları aradan qaldırmağa nail oldu. Buna baxmayaraq, ölkəmizin təhsil sistemində hələ də xoşagəlməz məqamlar müşahidə edilməkdədir.

Hörmətli Mikayıl müəllim bizə məlum olmayan səbəblərə görə yerli təhsil şöbələrində islahatlara o qədər də üstünlük vermir. Təhsil şöbələrinin müdirlərinin bir çoxu Misir Mərdanovun dövründə vəzifəyə qoyulan şəxslərdir. Elə buna görədir ki, bəzi bölgələrimizdə təhsil sisteminin durumu istənilən səviyyədə deyil. Buna misal olaraq Neftçala Rayon Təhsil Şöbəsini (RTŞ) göstərmək olar. Azerinfo.az dia.az-a istinadən xəbər verir ki, şöbədə cərəyan edən hadisələr, eləcə də şöbə müdiri Əjdər Kərimovun fəaliyyətindəki çatışmazlıqlar haqqında redaksiyamıza ilginc məlumatlar daxil olub. Adının açıqlanmamasını xahiş edən rayon sakininin sözlərinə görə, şöbə müdiri Neftçalanın təhsilini bərbad hala salıb: "Əjdər Kərimovun başı başqa işlərə qarışdığından orta məktəblərdə dərslərin səviyyəsi əvvəlki illərə nisbətən xeyli aşağı düşüb. Buna görədir ki, valideynlər ciddi şəkildə narazılıq edir və təhsil şöbəsindən dönüş yaratmasını tələb edirlər. Neftçalanın orta məktəblərində uşaqlar savadsız şəkildə böyüyürlər. Çünki dərslər keçirilmir, uşaqların dərsə gəlmə davamiyyəti aşağıdır, müəllimlər isə fərdi qaydada uşaq hazırlamağa üstünlük verirlər. Məsələdən xəbərdar olan Əjdər Kərimov isə direktorlardan nəysə yığmaqla məşğuldur. Yəni rayonun təhsil sisteminin uçuruma doğru getməsi şöbə müdirinin vecinə belə deyil. Abituriyentlər arasında ali məktəblərə daxil olma göstəriciləri ildən-ilə aşağı düşür. Təhsil Şöbəsinin müdiri isə buna məhəl qoymur, əvəzində icra başçısı İsmayıl Vəliyevin adından müəllimlərdən "şirinlik" alır. Neftçalada müəllimlərin və direktorların işə qəbulu məsələsi də fərqlidir. Kim direktor, yaxud müəllim işləmək istəyirsə, Əjdər Kərimovun "imtahanından" keçməlidir. Bu "imtahandan" kəsilməmək üçün şöbə müdirinə mütləq "hörmət" etmək lazımdır". Qeyd edək ki, son vaxtlar Neftçalanın təhsil sisteminə, daha doğrusu, məktəblərin təmir-bərpa işlərinə ayrılan büdcə vəsaitlərinin yeyilməsi barədə də söhbətlər yayılmağa başlayıb. Neftçala şəhəri, Neftçala-Salyan şössesində yerləşən tikinti idarəsinin müdiri Əliyev İmanqulu İsabala oğlu bir müddət əvvəl baş prokuror Zakir Qaralov cənablarına müraciət edərək rayonun təhsil sistemindəki dəhşətli yeyintilərə toxunub: "Mən Neftçala rayonunda tikinti sektorunda baş alıb gedən korrupsiya və rüşvətxorluq faktları barədə müvafiq qurumlara dəfələrlə müraciət etmişəm. Ərizələrimdə dönə-dönə xahiş etmişdim ki, şikayətim araşdırılması üçün Neftçala rayon İcra Hakimiyyətinə, nə də başqa instansiyalara ünvanlanmasın. Çünki bu qurumlar mənə özlərinə sərf edən formada cavab verirlər. "Respublika" qəzetində tender barədə verilən məlumatlar sırf formal xarakter daşıyır. Mənə göndərilən məktubda göstərilir ki, guya müraciətim araşdırılmışdır. Əvvəla iştirakım olmadan aparılan "araşdırmalar" nə qədər hüquqidir?! İkincisi, əgər doğrudan da, araşdırma aparılıbsa, onda niyə cavab məktubunda cənab Ə.Hüseynov göstərdiyim faktların araşdırılması nəticəsində nə nəticəyə gəldiyi haqda bir kəlmə olsun söz yazmamışdır?! Bütün bunlar bir daha sübut edir ki, cavab məktubu sadəcə olaraq, işi bağlamaq üçün görülən "tədbirlərdən" başqa bir şey deyil! Təhsil Nazirliyi Aparatının rəhbəri cənab Mətin Eynullayevin imzasi ilə ünvanıma daxil olmuş cavab məktubunda isə bildirilir ki, müraciətimdə göstərilən məsələlərin ümumiyyətlə, Təhsil Nazirliyinə heç bir aidiyyəti yoxdur?! 2013-cü il üçün nəzərdə tutulmuş Neftçala rayonunun Bankə qəsəbə 2N%-li tam orta məktəbinin (25.000 man), Qırmızıkənd kənd tam orta məktəbinin (27000 man), Xolqarabucaq kənd tam orta məktəbinin (28000 man), Ərəbqardaşbəyli kənd tam orta məktəbinin (20224 man) əsaslı təmiri üçün lazım olan 100224 (yüz min iki yüz iyirmi dörd) manatın istifadəsi zamanı qəpiyinə kimi yol verilən korrupsiya faktı barədə aidiyyəti qurumlara məlumat verdim. Amma heç bir araşdırma aparılmadı". Özəl mənbələrdən əldə etdiyimiz başqa bir məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları bir neçə gün əvvəl 1 saylı tam orta məktəbdə və Xıllı qəsəbəsi Rafiq Gözəlov adına 1 saylı tam orta məktəbdə yoxlama aparıblar: "Yoxlama zamanı adıçəkilən hər iki məktəbin narkotik maddələrdən istifadə edən şagirdləri saxlanılaraq şöbəyə aparılıblar. Onların barəsində qanuna uyğun şəkildə cəza tədbirləri seçilib. Bu onu göstərir ki, rayonun təhsil ocaqlarında vəziyyət həqiqətən də acınacaqlıdır. İş o yerə çatıb ki, artıq bəzi şagirdlər narkotik maddələrin aludəçisinə çevrilib. Bəs, görəsən, Təhsil Şöbəsinin rəhbərliyi, müəllimlər və direktorlar hara baxır? Artıq bu məsələyə görə Neftçala şəhər 1 saylı tam orta məktəbin direktoru Alim Abdullayev dünən tutduğu vəzifədən kənarlaşdırılıb. Onun həbs ediləcəyi barədə söhbətlər də dolaşır". Gələn saylarımızda Maliyyə Nazirliyi tərəfindən Neftçala RTŞ-də aparılan yoxlamalar, şöbə müdiri Əjdər Kərimovun bir qrup müəllimə işdən çıxma ərizəsi yazmaq barədə təzyiq göstərməsi və digər ilginc məsələlər haqqında məlumat verməyə çalışacağıq.
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı