Zakir Qaralovun bu əmri narazılıq yaratdı - Prokurorluqda

Baş prokuror Zakir Qaralovun prokurorluq işçilərinin imtahan edilməsilə bağlı əmri narazılıq yaradıb.
Azerinfo.az xəbər verir ki, bu barədə “Azadlıq” qəzeti xəbər yayıb. Bu barədə redaksiyaya daxil olan məlumatda deyilir ki, prokurorluq işçiləri üçün 5 ildən bir attestasiya nəzərdə tutulur. Lakin bundan əlavə prokurorlar iki ildən bir test imtahanı verməlidir. Məlumatda deyilir ki, test imtahanın vaxtı yay aylarına təsadüf etsə də, Zakir Qaralovun əmri ilə qabağa çəkilərək mart ayına salınıb. İmtahan vaxtının qabağa çəkilməsi izah olunmasa da, ehtimal edilir ki, bu, olimpiya oyunları ilə bağlıdır.
Məlumatda deyilir ki, prokurorluq işçilərinin narazılığı sualların həddən artıq çox olması ilə bağlıdır. “İşçilər həmçinin attestasiyanı əsas gətirib test imtahanına lüzum görmürlər. Doğrudan da attestasiya varsa, iki ildən bir ölkə üzrə bütün prokurorluq işçilərinin Bakıya çağırıb imtahan etmək məntiqə sığmır”, - deyə məlumatı verən mənbə bildirib.
Hüquqşünas Müzəffər Baxışov “Azadlıq”a açıqlamasında bildirib ki, prokurorluq işçilərinin imtahan edilməsi qanunsuzdur: “Prokurorluq haqqında” qanunda prokurorluq işçilərinin 5 ildən bir attestasiyadan keçməsi göstərilir. İstər “Prokurorluq haqqında” Qanunda, istərsə də “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunda test imtahanı barədə yazılıb. Deyilənlərə görə, bu qaydanı baş prokuror müəyyən edib. Lakin məsələ burasındadır ki, qanun baş prokurora belə bir səlahiyyəti vermir. Ona görə də prokurorluq işçilərinin imtahan edilməsi qanunsuzdur. Digər tərəfdən “Prokurorluq haqqında” Qanunda, elə konstitusiyada da göstərilir ki, prokurorluq işçiləri qanun qarşısında bərabərdir. Bu baxımdan adi prokuror işçisi imtahan verirsə, baş prokuror da bu imtahandan keçməlidir".
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə məsələ ilə bağlı bunları deyib: “Prokurorluq işçilərinin nəzəri bilik və peşə hazırlığı səviyyəsi Baş Prokurorluq üzrə müvafiq əmrlə təsdiq edilmiş qaydalara uyğun olaraq yoxlanılır və bu prokurorluğun daxili işidir. Ona görə də hesab edirəm ki, narahatçılığa və narazılığa hər hansı bir əsas yoxdur".
Dünən, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Dünən, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Dünən, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Dünən, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Dünən, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Dünən, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Dünən, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Dünən, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Dünən, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Dünən, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Dünən, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Dünən, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Dünən, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Dünən, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Dünən, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Dünən, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Dünən, 09:43
Zelenski müsahibə zamanı ağladı
Dünən, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Dünən, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Dünən, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
22-10-2026, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22-10-2026, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22-10-2026, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22-10-2026, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22-10-2026, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22-10-2026, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
22-10-2026, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib