Azərbaycanlı məmur istefaya getdi
Gundem
Oxunub: 1 529
16 fev 2015 | 14:54
Azərbaycanlı məmur istefaya getdi

Dərbənd Şəhər Administrasiyasının milliyətcə azərbaycanlı olan rəhbəri Mövsüm Rəhimov istefa verib.

Azerinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu məlumatı “Sadval”a yaxınlığı ilə seçilən “Ləzgi-yar.ru” saytı Dərbənd Şəhər Administrasiyasının Hüquq şöbəsinin rəhbəri Telman Mikayılova istinadən yayıb.

O, Rəhimovun bir müddət öncə Mahaçqalaya çağrıldığını və istefa etdiyini bildirib. Mikayılov onun istefa verməzdən bir az öncə milliyətcə avar olan Azadi Rəhimovu özünə müavin təyin etdiyini deyib.

Dərbənddəki azərbaycanlılar isə Axar.az-a bu məlumatın hələlik həqiqət olmadığını söyləyiblər:

“Mövsüm Rəhimovun vəzifədən getməsiylə bağlı hələlik rəsmi məlumat yayılmayıb və o, iş başındadır. Azadi Rəhimovla bağlı isə hələlik heç bir rəsmi məlumat yoxdur. Ləzgilər Yaraliyevi tam müdafiəyə qalxıblar. Onlar fevralın 27-də ləzgiləri yığaraq Yaraliyevə dəstək aksiyası keçirmək istəyirlər”.

Qeyd edək ki, Dərbənd rəhbəri İmam Yaraliyevə qarşı bir müddət öncə cinayət işi qaldırılıb. Onun yaxın zamanlarda vəzifədən gedəcəyi gözlənilir. Yaraliyevin yerinə isə Moskva və Mahaçkalanın rəqibləri mübarizə aparır. Abdulatipov bu vəzifəyə keçmiş ədliyyə naziri Azadi Rəhimovu gətirmək istəyir. Moskva isə bu vəzifəni milliyətcə azərbaycanlı olan Xanlar Paşabəyova vermək niyyətindədir.

Mövsüm Rəhimov da Yaraliyevin yerinə iddialı olanlar sırasında idi.
Dünən, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Dünən, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Dünən, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Dünən, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Dünən, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Dünən, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Dünən, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Dünən, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Dünən, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Dünən, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Dünən, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Dünən, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Dünən, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Dünən, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Dünən, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Dünən, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Dünən, 09:43
Zelenski müsahibə zamanı ağladı
Dünən, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Dünən, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Dünən, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
22-10-2026, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22-10-2026, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22-10-2026, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22-10-2026, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22-10-2026, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22-10-2026, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
22-10-2026, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib