Tərtər hadisələri ilə bağlı 3 polis əməkdaşı cəzalandırıldı, 2-si qovuldu
Gundem
Oxunub: 3 612
13 fev 2015 | 16:20
Tərtər hadisələri ilə bağlı 3 polis əməkdaşı cəzalandırıldı, 2-si qovuldu


İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Tərtər rayon Polis Şöbəsində baş vermiş ölüm faktı ilə bağlı araşdırma aparıblar.


Azerinfo.az bildirir ki, bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, həmin məhkum özünü asaraq öldürüb: “Yanvarın 13-də narkotik vasitələrin satışında şübhəli bilinən Ağdam rayonundan məcburi köçkün, Bərdədə məskunlaşmış 1982-ci il təvəllüdlü Dünyamalıyev Səbuhi Zamin oğlu həbs edilib. Fevralın 4-də o, saxlanıldığı Tərtər Rayon Polis Şöbəsinin müvəqqəti saxlanma yerində beşinci kamerada özünü mələfə ilə asaraq intihar edib. Həmin vaxt rayonda işıqlar söndürüldüyü üçün kamera qaranlıq olub. Hadisədən sonra Cinayət Məcəlləsinin 125-ci (qəsdən özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. O zaman xidmətdə olan müvəqqəti saxlanma yerinin polis əməkdaşları Cəbrayılov Fərrux Mehman oğlu və Rüstəmov Rəfail Komandir oğlu daxili işlər nazirinin əmri ilə daxili işlər orqanlarından azad edilib. Bundan əlavə növbətçi olan polis nəfəri, saxlanma yerinin rəisi və müavini müvafiq qaydada cəzalandırılıb. Məhkumun ailəsinin tələbi ilə isə Bakdan 7 nəfər ekspert gəlib və meyit ekspertizadan keçirilib. Ekspertiza zamanı məhkumun bədənində hər hansı xəsarət izi aşkar edilməyib. Hadisədən sonra məhkumun ailə üzvləri Polis Şöbəsinin inzibati binasına hücum ediblər. Daşla, dəmir parçası ilə 8 nəfər polis əməkdaşına xəsarət yetiriblər. Buna görə 4 nəfər həbs edilib. Onların qohumları mənə dedilər ki, həmin şəxslər törətdikləri əmələ görə peşmandırlar. Hazırda faktla bağlı araşdırmalar aparılır”.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatına əsasən, fevralın 4-də Tərtər Rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində Cinayət Məcəlləsinin 234.2-ci (satış məqsədi ilə narkotik vasitələri əldə etmə və saxlama) maddəsi ilə təqsirli bilinərək saxlanılan Ağdam rayon sakini Səbuhi Dünyamalıyev mələfə ilə özünü asıb.

Bununla əlaqədar ərazidə məskunlaşmış Ağdam rayon sakinlərindən 80-100 nəfər Polis Şöbəsinə hücum edərək ictimai asayişin kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz hərəkətlər törədib və inzibati binaya maddi ziyan vurub.

Dərhal görülmüş operativ tədbirlərlə hüquqazidd əməllərin qarşısı qətiyyətlə alınıb, bu zaman xidməti vəzifələrini yerinə yetirən 8 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) və 315.1-ci (xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə cinayət işləri başlanılaraq zəruri və təxirəsalınmaz istintaq hərəkətləri, əməliyyat-axtarış tədbirləri həyata keçirilib, Polis Şöbəsinə hücum edib əməkdaşlara xəsarət yetirən 6 nəfərin şəxsiyyəti müəyyənləşdirilərək saxlanılıb.

Qeyd olunub ki, mərhumun yaxın qohumlarının xahişi və iştirakı ilə meyit məhkəmə-tibb ekspertləri tərəfindən komission qaydada ekspertizadan keçirilib və müayinə zamanı meyitin bədən səthində və daxili orqanlarında boyun nahiyəsində stranqulyasion şırımdan başqa zorakılıqla yetirilməyə xarakterik digər hər hansı xəsarət izləri aşkar edilməyib.

Həmçinin, Daxili İşlər Nazirliyinin müvafiq xidmətləri tərəfindən yerində aparılan ilkin araşdırmalarla həmin gün Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində xidmət aparan nəzarətçi polis əməkdaşının öz vəzifəsinin icrasına laqeyd münasibəti müəyyən edilib və o, daxili işlər orqanlarından xaric olunub. Bununla yanaşı, onun hərəkətlərinə hüquqi qiymət verilməsi üçün rayon prokurorluğunda araşdırmalar aparılır.
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı