“İŞİD-ə qoşulan 300 azərbaycanlı təhlükəlidir”- Əli Həsənov
Azerinfo.az bildirir ki, Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov Bakıda “The Financial Times” qəzetinin müxbirlərinə sensasion sayıla biləcək açıqlamalar verib.
Qəzet az əvvəl bu açıqlamaları öz saytında yayıb. Əli Həsənov jurnalistlərin suallarına cavabında ABŞ-da Ukraynaya silah verilməsinə dair artan tələbləri dəstəkləməyib. Eyni zamanda Bakının Ukraynadakı münaqişənin Azərbaycanın milli təhlükəsizliyinə və daxili sabitliyinə mümkün təsirindən narahatlığını ifadə edib.
“Ümumiyyətlə, Azərbaycan münaqişələrin hərbi yolla həllinə qarşıdır. Biz hesab edirik ki, müasir dünyada münaqişələrin həlli üçün daha güclü alətlər var” - deyə Ə.Həsənov bildirib.
Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, Azərbaycan Qərb hökumətlərinin Ermənistana qarşı Ukrayna məsələsində olduğu kimi sərt mövqe tutmamasından məyusdur: “Bizim bu məsələdə Qərbə etirazlarımız ikili standartlara görədir. Bir münaqişədə Qərb tərəflərdən birini separatçılar adlandırır, digərində bunu etmir”.
Ə.Həsənovun bildirdiyinə görə, Qarabağ münaqişəsi zonasında son vaxtlar gərginliyin artması “Ermənistanda öz mövqelərini möhkəmləndirmək istəyən daxili qüvvələrin işidir”. O, ABŞ və müttəfiqlərinin Ermənistanı beynəlxalq təşkilatlardan qovmaq üçün tədbirlər görməli olduğunu deyib.
Ə.Həsənov Azərbaycanda radikal İslam təhlükəsi barədə də danışıb. Deyib ki, bəzi qüvvələr Azərbaycanı radikal fundamentalistlərin ölkəsi kimi görmək istəyir, bəzi qüvvələr Azərbaycanın dünyəvi inkişaf yolunu dağıtmağa çalışır.
Qəzet qeyd edir ki, bununla belə cənab Həsənov ABŞ-la münasibətlərə dair barışdırıcı ton seçib, Bakının Vaşinqtonla terrorla mübarizədə və enerji sahəsində əməkdaşlığını qeyd edib, insan haqları məsələsində fikir ayrılıqlarının yaranmasına görə Amerika hökumətinin özünü deyil, ABŞ-dakı qeyri-hökumət təşkilatlarını günahlandırıb.
“Təəssüf ki, bəzi qüvvələr bu insidentlərdən istifadə edərək Amerika-Azərbaycan münasibətlərini pisləşdirməyə, Azərbaycanın imicinə zərbə vurmağa çalışır. Lakin Azərbaycan Qərb ölkələri ilə strateji tərəfdaşlığa sadiqdir” - deyə PA rəsmisi bildirib.
Ə.Həsənov Azərbaycanın Suriyaya döyüşməyə gedən radikallar problemini Qərblə bölüşür. O, 300-ə yaxın azərbaycanlının döyüşmək üçün Suriyaya getdiyini, onların evə qayıtdıqdan sonra təhlükəsizliyə potensial təhlükə yaradacağını deyib.
“Hesab edirəm ki, Qərb ölkələrinin Suriyaya döyüşməyə gedən bir neçə yüz vətəndaşı ora gedən bir neçə yüz azərbaycanlıdan daha az təhlükəlidir” - deyə Əli Həsənov Azərbaycan əhalisinin nisbətən az olduğuna eyhamla bildirib.
Prezident Administrasiyasının rəsmisi həmçinin deyib ki, neftin ucuzlaşmasına baxmayaraq hökumtə büdcə və inkişaf planlarını yerinə yetirə biləcək. Çünki hökumət bank depozitlərinə, daşınmaz əmlak satışına və bahalı xarici maşınlar kimi dəbdəbə predmetlərinə vergilər qoyub.
Bununla belə Ə.Həsənov özəl sektora əlavə vergi qoyulmayacağını bildirib. O, manatın kəskin devalvasiyasını istisna edib. Amma deyib ki, manatın avroya nisbətdə kursuna yenidən baxıla bilər.
**
"Azərbaycan Qərbin Dağlıq Qarabağ probleminə münasibətdə ikili standartlar tətbiq etməsinin əleyhinədir"
"Azərbaycan münaqişələrin hərbi yolla həllinin əleyhinə çıxış edir. Biz buna əminik ki, müasir dünyada münaqişələrin tənzimlənməsi üçün daha əhəmiyyətli alətlər var". Bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Financial Times"-a müsahibəsində deyib.
PA rəsmisinin sözlərinə görə, Azərbaycan daxili siyasətində Qərblə Rusiya arasında neytral mövqe tutur. Lakin Azərbaycan ötən il BMT-də Krımın RF-yə birləşdirilməsinin əleyhinə səs verib və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib.
Ə.Həsənov qeyd edib ki, Azərbaycan Qərb ölkələri hökumətlərinin Ermənistan-Azərbaycan münaqişəsi, Dağlıq Qarabağ və ətraf yeddi rayonun işğalı məsələsində analoji mövqe tutmadıqlarından məyusdur: "Biz Qərbin bu problemə münasibətdə ikili standartlar tətbiq etməsinin əleyhinəyik. Bir münaqişədə Qərb "separatçılar" terminini işlədir, digərində yox".
Dünən, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Dünən, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Dünən, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Dünən, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Dünən, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Dünən, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Dünən, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Dünən, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Dünən, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Dünən, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Dünən, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Dünən, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Dünən, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Dünən, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Dünən, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Dünən, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Dünən, 09:43
Zelenski müsahibə zamanı ağladı
Dünən, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Dünən, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Dünən, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
22-10-2026, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22-10-2026, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22-10-2026, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22-10-2026, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22-10-2026, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22-10-2026, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
22-10-2026, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib