Artur Rasizadə qırğız nazirlə görüşdü
Gundem
Oxunub: 1 810
11 fev 2015 | 17:18
Artur Rasizadə qırğız nazirlə görüşdü



Fevralın 11-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Qırğız Respublikasının müdafiə naziri Abibilla Kudayberdiyev ilə görüşüb.

Azerinfo.az-ın xəbərinə görə, Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşdə belə yüksək səviyyəli səfərlərin ölkələr arasında ikitərəfli əlaqələrin inkişafına müsbət təsir göstərdiyi vurğulanıb. İqtisadi və humanitar əməkdaşlıq üzrə Azərbaycan-Qırğızıstan Hökumətlərarası Komissiyasının məqsədyönlü fəaliyyəti qeyd edilərək bildirilib ki, postsovet məkanında ən dinamik inkişaf edən respublikalardan biri olan Azərbaycan ilə Qırğızıstan arasında qarşılıqlı faydalı əməkdaşlığın bütün istiqamətlər üzrə, o cümlədən müdafiə nazirlikləri arasında da davam etdirilməsi günün tələbidir. Odur ki, hər iki ölkənin müdafiə və müdafiə sənayesi, hərbi təhsil və təcrübə mübadiləsi sahələrində faydalı əməkdaşlıq imkanlarından səmərəli istifadənin zəruriliyi qeyd olunub.

Ermənistan-Azərbaycan, Daşlıq Qarabağ münaqişəsi ətrafında söhbət gedərkən tərəflər yekdilliklə vurğulayıblar ki, işğal altında qalan torpaqların qeyd-şərtsiz azad edilməsi və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həlli ümumən bölgədə sülhün və sabitliyin qorunması baxımından vacibdir.

Görüşdə qarşılıqlı faydalı münasibətlərin müxtəlif istiqamətlərdə inkişafına dair bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Dünən, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Dünən, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Dünən, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Dünən, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Dünən, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Dünən, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Dünən, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Dünən, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Dünən, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Dünən, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Dünən, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Dünən, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Dünən, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Dünən, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Dünən, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Dünən, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Dünən, 09:43
Zelenski müsahibə zamanı ağladı
Dünən, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Dünən, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Dünən, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
22-10-2026, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22-10-2026, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22-10-2026, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22-10-2026, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22-10-2026, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22-10-2026, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
22-10-2026, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib