“Astara Kredit İttifaqı” MMC-nin sədrinin böyük yeyintisi

“Astara Kredit İttifaqı” MMC-nin vəzifəli şəxsinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşmışdır. Azerinfo.az bildirir ki, bu barədə DİA.AZ-a baş prokurorluqdan məlumat verilib.
Xəbərdə deyilir ki, istintaq zamanı Osman Nəzərovun “Astara Kredit İttifaqı” MMC-nin İdarə heyətinin sədri vəzifəsində işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ipoteka müqavilələri əsasında ayrı-ayrı şəxslərin əmlakını müxtəlif kredit təşkilatlarında və banklarda yüklü edərək mülkiyyət hüquqları ilə bağlı mənafelərinə mühüm zərər vurmasında, eyni üsul ilə vətəndaşların əmlakını “İcraçı Kredit Agentliyi” MMC-də ipoteka ilə yüklü edərək aşağı faizlə görürdüyü 160 min 160 manat məbləğində kreditin 76 min 700 manatını rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə mənimsəməsində,4 min 600 manat məbləğində vergi ödəməkdən yayınmasında, etibardan sui-istifadə etmə və aldatma yolu ilə “Nikoil” İnvestisiya kommersiya bankının “Lənkəran” filialından müxtəlif vaxtlarda ayrı-ayrı şəxslərin adına qrup halında götürülmüş 39 min 400 manat məbləğində kreditin17 min manatını banka ödəməyərək ələ keçirməsində, habelə Astara rayon sakininə məxsus evi “Nikoil” İnvestisiya kommersiya bankının “Lənkəran” filialında ipoteka ilə yüklü edərək 15 min manat məbləğində götürdüyü krediti şəxsi ehtiyacları üçün istifadə edərək vətəndaşa mühüm zərər vurmasında şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq), 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 213.1 (vergi ödəməkdən yayınma), 308.1(vəzifə səlahiyyətlərindən sui-istifadə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələrindənəzərdə tutulan ittiham elan edilmişdir.
İstintaq zamanı vurulmuş ziyanın bir hissəsinin ödətdirilməsi təmin edilmişdir.
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.
Dünən, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Dünən, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Dünən, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Dünən, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Dünən, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Dünən, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Dünən, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Dünən, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Dünən, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Dünən, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Dünən, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Dünən, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Dünən, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Dünən, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Dünən, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Dünən, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Dünən, 09:43
Zelenski müsahibə zamanı ağladı
Dünən, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Dünən, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Dünən, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
22-10-2026, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22-10-2026, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22-10-2026, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22-10-2026, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22-10-2026, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22-10-2026, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
22-10-2026, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib