Elmar Vəliyevin Gəncədəki "vaxtı dolub"...

Vəzifəyə keçə bilməsi üçün qardaşından aldığı borcu ödəməyib...
Əslində o, Bakı uğrunda savaşırdı, amma Gəncə ilə kifayətlənməli oldu. Hakimiyyətin yuxarı eşalonunda təmsil olunan ailə üzvlərinin dəstəyilə onun Bakını da fəth edəcəyi gözləniləndir. Və elə baş verəcəklər də bunu söyləyir. Söhbət hazırda Gəncəyə rəhbərlik edən Elmar Vəliyevdən gedir.
Azerinfo.az bildirir ki, DİA.AZ-a Gəncə icra hakimiyyətinin başçısı ilə bağlı ilginc faktlar ötürülüb. Məlumatlı mənbələrdən redaksiyamıza verilən informasiyaa görə, Elmar Vəliyev Gəncəyə başçı göndərilməmişdən əvvəl Bakı şəhərinin açarlarını istəyirmiş: «Amma buna nail ola bilmədi. Əslində qardaşı, Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyevin də bu yöndəki çabaları səmərəsiz oldu».
Mənbəmiz iddia edir ki, amma buna rəğmən Elmar Vəliyevin artıq gedəcəyilə bağlı xəbərlər yayılan Hacıbala Abutalıbovun yerinə gətiriləcəyi kifayət qədər asanlaşıb: «Amma onun ailədaxili hələ bir «razborka»sı var ki, onu həll etmək zorundadır. Bundan sonra Vəliyevlər ailəsinin tam gücü Elmar Vəliyevin Bakı meri postuna gətirilməsinə yönələ bilər».
Problem nədədir. Bu barədə danışan mötəbər mənbə iddia edir ki, Elmar Vəliyev hələ Gəncə şəhər icra hakimiyyətinin başçısı postuna təyin olunduğu ilk illərdə qardaşlarından birinə borclanıb və aradan xeyli vaxtın keçməsinə baxmayaraq hələ də həmin borc ödənməmiş olaraq qalır.
DİA.AZ-a bu barədə danışan mənbə bildirir ki, Gəncəyə rəhbər təyin olunandan sonra böyük söküntülərə başlayan Elmar Vəliyev qardaşı Şahmar Vəliyev sahibi olduğu “Dəvəli” MMC-ni bu prosesə cəlb edib.
Azərbaycanda metlax, mərmər, daş üzlüklərin hazırlanması, satışı ilə məşğul olan “Dəvəli” MMC Gəncədə bir sıra işlər görüb. Bu işlər Elmar Vəliyevin “nisiyə dəftəri”nə yazılsa da aradan illər keçməsinə baxmayaraq, Şahmar Vəliyevə olan borclar ödənməyib.
Bu isə iki qardaş arasında narazılığa səbəb olub. Məlumata görə, Elmar Vəliyevin qardaşına olan borcu 2 milyondan yuxarıdır.
Və məlumatı verən qaynaq bildirir ki, bu borc qapanmadığından Elmar Vəliyev ailəsinin tam gücünü öz məqsədlərinin reallaşmasına cəlb edə bilmir: «İstər-istəməz aradan söz-söhbətlər yaranır. Və bu şərait illərdir ki, davam edir»…
Dia.Az-a daxil olan son məlumatlarda qeyd olunur ki, artqı Elmar Vəliyevlə bağlı qərarın verilmə anı yetişdiyindən o, işlərini təcili şəkildə yekunlaşdırmalıdır. Mənbənin söylədikləri: "İstənilən halda onu Gəncənin taxtından salırlar. Artıq Elmar Vəliyevin gedişi qərarı verilib. Hansısa yeni təyinat məsələsi isə həll olunmayıb. Buna görə də Gəncə ŞİH başçısının yenidən "qardaş dəstəyi"nə ehtiyacı var... Köhnə borcun ödənmədiyi şəraitdə isə bunun mümkün olacağı o qədər də inandırıcı görünmür".
Bu gün, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Bu gün, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Bu gün, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Bu gün, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Bu gün, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Bu gün, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Bu gün, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Bu gün, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Bu gün, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Bu gün, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Bu gün, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Bu gün, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Bu gün, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Bu gün, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Bu gün, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Bu gün, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Bu gün, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Bu gün, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Bu gün, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Bu gün, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Bu gün, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Bu gün, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
Dünən, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
Dünən, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
Dünən, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
Dünən, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
Dünən, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI