Heydər Əliyev və SSRİ elmi
Gundem
Oxunub: 2 996
20 okt 2015 | 17:39
Akademik Bloxin: "SSRİ Heydər Əliyevin sayəsində dünyaca məşhur olan ğöz xəstəlikləri klinikasına sahib oldu"
Heydər Əliyev və SSRİ elmi
Bu gün bəzi mətbuat səhifələrində ümummilli lider Heydər Əliyevin Söbet dönəmində gördüyü işlərə xələl gətirən, Azərbaycana həmişə ikrah hissilə baxan, düşmən mövqedə olan şəxslərin məqalələri çap edilir. Bu yazıların əksəriyyəti Qorbaçov dövründə SSRİ və Azərbaycan DTK-sının mətbəxindən çıxan və Heydər Əliyevə qarşı hazırlanan məqalələrdir. İndi bu yazıları yenidən gündəmə gətirməklə bir vaxtlar dünyanın yarısından çoxuna nəzarət edən SSRİ kimi bir dövlətin rəhbərlərindən olan Heydər Əliyevin Azərbaycan üçün etdiklərinə kölgə salmaq və bununla da guya iqtidarla mübarizə apardıqlarını göstərmək istəyidir. Amma SSRİ kimi güclü bir dövlətin imkanlarından istifadə edən Qorbaçov, Heydər Əliyev şəxsiyyətinə xələl gətirə bilmədisə, milliyəti və əqidəsi bəlli olmayan kəslərin bir-iki yazısına "it hürər karvan keçər" məsəli ilə çavab vermək lazımdır.
Mənim də indiki hakimiyyətin bəzi işlərindən, bəzi məmurlarından ciddi narazılığım var. Amma bu o demək deyil ki, həyatının çox hissəsini bu ölkənin inkişafına sərf edən, Azərbaycanı vətəndaş müharibəsindən və dağılmaqdan qoruyan dünya miqyaslı siyasətçi Heydər Əliyev haqqında ermənipərəst şəxslərin yazdıqlarını belə doğmalıqla təbliğ edək. Buna nankorluq adını vermək belə azdır. Ona görə bu gündən həftədə iki dəfə olmaqla qəzetimizdə ümummilli lider Heydər Əliyevin nəinki Azərbaycanda, bütün SSRİ məkanında gördüyü işlər, onun haqqında yazılan məqalələri sizin diqqətinizə çatdıracağam.
İndi təqdim edəcəyim məqalə Rusiyanın tanınmış jurnalisti Oleq Siqanovun və məşhur oftolmoloq-akademik Nikolay Bloxinin xatirələri əsasında hazırlanıb.
Millətin sağlamlığına xidmət edən elm
Azərbaycanda tikilən və müasirləşdirilən diaqnostika mərkəzləri hələ Sovet dönəmində yaradılan infrastrukturun və kadr potensialının məntiqi nəticəsidir. Bu, birbaşa Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə yürütdüyü strateji siyasətin tərkib hissəsidir. Buna sübut kimi bu dahi şəxsiyyətin hələ Sovet dövründə tibb sahəsində gördüyü işlərin cuzi bir hissəsini sizin diqqətinizə çatdırıram.

1986-cı ildə SSRİ Nazirlər Sovetinin birinci müavini Heydər Əliyevə o dövrün ən məşhur oftolmoloq-alimi Svyatoslav Fyodorov görüş üçün müraciət edir. Görüşdə alim Heydər Əliyevə təklif edir ki, SSRİ-də ilk dəfə olaraq səyyar oftolmoloji klinika təşkil etmək istəyir. Və bu işdə ona kömək lazımdır. Heydər Əliyev ideyanı bəyənib qəbul etsə də, SSRİ dövrünün bürokratik əngəlləri bu işi həyata keçirməyə çətinlik törədir. Amma Heydər Əliyev bu məsələnin üstündə duraraq Politbüroda müzakirələr təşkil etməyə nail olur. Və 26.04.1986-cı ildə Politbüronun toplantısında Heydər Əliyevin beynəlxalq səviyyəli "Gözün mikrocərrahiyəsi" adlı elmi-texniki kompleksin yaradılmasına icazə ala bilir. Bununla da Heydər Əliyevin sayəsində SSRİ dünyaca məşhur göz xəstəlikləri klinikasına sahib olur.
Nəzərə alaq ki, akademik Fyodurovun Heydər Əliyevə etdiyi təklif göydən düşmə olmamışdı. Hələ 1974-cü ildə Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə Bakıda Qafqazin ən böyük oftolmoloji mərkəzi açılmışdı. Bu mərkəzdə ilk dəfə olaraq lazerdən istifadə etməklə cərrahiyyə əməliyyatı aparılmışdır. Və peşəkar həkim personalına malik idi.
Onu da nəzərə alaq ki, Bakıda yerləşən oftolmologiya institutunun inkişafında məşhur alim Zərifə Əliyevanın xüsusi rolu olmuşdur. Qeyd edək ki, SSRİ-nin Politbüro üzvilərindən yalnız Heydər Əliyevin həyat yoldaşı Zərifə Əliyeva böyük elmi ada sahib idi.
Heydər Əliyevin Azərbaycan və Rusiya tibb elminə daha bir töhfəsi də kordiologiya sahəsində olmuşdur.
O dövrün məşhur kordioloq-həkimlərindən bir qrupu Rinat Akçurinin rəhbərliyi altında kordioloqiya sahəsində elmi-təhqiqat insitutunun yaradılmasına cəhd edirlər. Kremlin və nazirlər Sovetinin bir sıra yüksək vəzifəli şəxsləri ilə görüşlər nəticə vermir. Bir sıra qapıları döydükdən sonra alim qrupu Heydər Əliyevlə görüşə bilir. Alimlər Heydər Əliyevə belə bir institutun yaradılmasının vacibliyini deyirlər. Və ilk dəfə olaraq açıq ürək əməliyyatının keçirilməsi üçün icazə istəyirlər. Uzun müzakirələrdən sonra Heydər Əliyev nəhayət, alimlərin bu təşəbbüsünə icazə ala bilir. Və bu sahəyə maddi-texniki bazanın yaradılması üçün büdcədən pul ayırtdırır.
Sonradan həmin hadisədən 10 il keçəndəın sonra Heydər Əliyevin köməyi ilə yaradılan institutda Akçurin Rusiyanın birinci prezidenti Boris Yeltsinin ürəyində özünün məşhur əməliyyatını aparır.
Heydər Əliyev həmin dövrdə Xəzər dənizi sahillərində istirahət-sağlamlıq mərkəzlərinin yaradılması ətrafında da ciddi işlər aparıb. Hələ 1970-80-ci illərdə Xəzər dənizi ətrafında istirahət-sağlamlıq mərkəzlərinin yaradılması üçün geniş layihələr hazırlanaraq mərkəzə - Moskvaya göndərilir. Və Heydər Əliyevin təkidi və əməyi nəticəsində 1982-ci ildə icazə almaq mümkün olur. İstirahət və müalicə üçün əlverişli iqlimə malik Abşeron, Lənkəran, Qəbələ və Naxçıvanda böyük komplekslər və müalicə mərkəzləri tikilərək istifadəyə verilir. Halbuki ona qədər bütün SSRİ-də bu cür müalicəvi istirahət mərkəzləri yalnız Soçi və Krosnadar diyarında olub.
Hal-hazırda Azərbaycanda Heydər Əliyev dövründən qalan ənənə davam etdirilir. O dövrdə yaradılan maddi-texniki, elmi və kadr potensialı imkan verir ki, Azərbaycan tibb sahəsində nəinki Qafqazın o cümlədən bölgənin aparıcı ölkələrindən birinə çevrilsin. Və bu işdə Heydər Əliyev Fondunun gördüyü işlər daha çox nəzərə çarpır.
P.S. Mənim üçün çox maraqlıdır görəsən, büdcədən maliyyələşən və məmurların pulları hesabına çıxan qəzetlər ümumilli lider Heydər Əliyev haqqında yazılan qarayaxmalara niyə cavab vermir. Yoxsa cavab verməyə imkanları və savadları çatmır. Ömrünün 20 ildən çoxunu Azərbaycana sərf edən Heydər Əliyev haqqında dünyanın tanınmış ziyalıları, jurnalistləri materiallar tapıb, araşdırmalar edib sanballı məqalələr ortaya qoya bilirlər. Amma əllərinin altında en qədər material olan, kifayət qədər maddi duruma sahib iqtidar və yönlü qəzetlər sanballı bir cavab verə bilmirlər. Niyə? Deyəsən, rahat kresloda oturub mal-dövlət içində üzmək onları çox rahatladıb. Yadınızdan çıxmasın ki, bütün bunlara Heydər Əliyevin sayəsində nail olubsunuz.

Şöhrət El-Dəniz
http://gundelik-baku.com
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI