Ağsunun İcra başçısı barədə şok iddia - BİABIRÇILIQ
Gundem / Bolge
Oxunub: 2 259
1 fev 2016 | 01:12
Ağsunun İcra başçısı barədə  şok iddia - BİABIRÇILIQ










Ə.Seyidəliyev gününü «Yer Piri» deyilən pirlə üzbəüz yerləşən restoranda qumar oynamaqla keçirir.

Ə.Seyidəliyevin qeyri-adi eşq məcaraları…



Azerinfo.az-a Ağsu sakinləri tərəfindən şikayət məktubu daxil olmuşdur. Sakinlər İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevi və icra hakimiyyətinin digər işçilərini onların problemlərinə biganə olmaqda və başçı başda olmaqla icra hakimiyyətinin işçilərinin adətən vaxtlarını Ağsu perevalında yerləşən restoranların birində qumar oynamaqla keçirməkdə ittiham edirlər.
Bir qrup Ağsu sakini adından ünvanlanan müraciətdə bildirilir ki, icra başçısı Ənvər Seyidəliyev rayon sakinlərinin sosial problemlərinin həlli ilə məşğul olmaqdan imtina edir. Bildirilir ki, Ənvər Seyidəliyev şikayətçiləri dinləmək istəmir və buna məcbur qaldıqda isə adətən şikayətçiləri acılayaraq onları haqsız çıxarır. Şikayətçilərin sözlərinə görə buna səbəb Ənvər Seyidəliyevin rayondakı bütün vəzifələri öz qohum-qardaşına paylamasıdır:
«Ənvər Seyidəliyev öz qohum-əqrabasına heç bir şey deyə bilmədiyinə və bütün özbaşanalıqların başında özü durduğu üçün şikayətçiləri ya dinləmir, ya da dinləyib boş söz verməklə kifayətlənir. Artıq rayonda hamı bilir ki, Ənvər Seyidəliyevə hansısa məsələ ilə bağlı şikayət etmək və yaxud ondan hansısa problemin həllini istəmək boş və mənasız bir işdir».
Ağsu sakinləri bildirir ki, artıq onlar Ənvər Seyidəliyevin istefaya yollanılması ilə bağlı imza toplamğı və həmin imzaları prezident İlham Əliyevə ünvalamağı düşünürlər: «Bizim başqa yolumuz yoxdur. Ağsuda özbaınalığa son vermək üçün ancaq prezdentimizə inanırıq. İnanırıq ki, cənab prezident İlham Əliyev yaxın vaxtlarda Ənvər Seyidəliyevi Ağsuda yol verdiyi özbaşınalıq və qanunsuzluqlara görə işdən çıxarıb məsuliyyətə cəlb etmək barədə göstəriş verəcək. Bunun üçün də Ənvər Seyidəliyevin vəzifədən götürülməsi üçün imza toplayıb prezidentə müraciət etməyi düşünürük. Müraciətdə Ənvər Seyidəliyevin və qohumlarının bu günə qədər törətdikləri bütün özbaşanalıqları göstərəcəyik», deyə şikayətçilər bildirilir.
Daha sonra Ağsu sakinləri bildirir ki, icra başçısı Ənvər Seyidəliyev və müavinləri adətən günorta saatlarından sonra vaxtlarını Ağsu perevalında «Yer Piri» deyilən pirlə üzbəüz yerləşən restoranda qumar oynamaqla keçirirlər. Bu barədə şkayətçilər aşağıdakıları bildiriblər:
«İcra başçısı Ənvər Seyidəliyev və müavinləri adətən günortadan sonra Ağsu perevalında Şamaxı rayonu ilə Ağsu rayonu arasında «Yer Piri» deyilən pirlə üzbəüz yerləşən restoranda qumar oynayırlar. Bunu Ağsuda artıq hamı bilir. Hamı bilir ki, günortadan sonra Ənvər Seyidəliyevi və icra hakimiyyətinin işçilərini qumar stolu arxasında tapmaq olar. Həmin restoran Ənvər Seyidəliyevin özünə məxsusdur və adətən həmin restoranda çalışanlar və ərazini nəzarətdə saxlayan Ənvər Seyidəliyevin yaxın qohumudur və özüdə orda daimi olaraq qumar oynamaqla məşğuldur».
Şikayətçilərin məlumatlarını araşdırmaq məqsədi ilə biz Ağsudan olan digər mənbəyə müraciət etdik. Mənbə şikayətçilərin məlumatlarını təsdiqləməklə yanaşı Ağsuda bir neçə gündür total yoxlamaların aparldığını bildirdi.
Mənbəninin sözlərinə görə bu yoxlamalar nəticəsində Ağsuda bir neçə məmurun həbs olunması qaçınılmaz olacaq. Onların hamısı Ənvər Seyidəyliyevin və ƏƏSM naziri Səlim Müslümovun qohumlarıdır. Həmçinin mənbə onu da bildirdi ki, artıq Ənvər Seyidəyliyev özünü icra başçısı hesab etmir. Çünki yaxın zamanda işdən azad olunacağını bilir. Mənbəninin sözlərinə görə hazırda Ənvər Seyidəyliyev həbs olunmaqdan canını qurtarmaq üçün çalışır və buna görə də bacısı oğlu, ƏƏSM naziri Səlim Müslümovu hakimiyyət qapılarına minnətçi salıb.

P.S Redaksiyamıza yeni ilginç bir məlumat da daxil olub. Məlumatda İH başçısı Ə.Seyidəliyevin qeyri-adi eşq məcaraları barədə bəhs olunur.Yaxın saatlarda bu barədə daha şok məlumatları sizə təqdim edecəyik. Bizi izləyin
Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı