Məhəmməd “bəy”in imkanları və qol qoyduğu əməllərin görünən tərəfi - Foto(Video)
Gundem / Bolge / Video
Oxunub: 4 530
14 may 2015 | 12:49


Məhəmməd “bəy”in imkanları və qol qoyduğu əməllərin görünən tərəfi - Foto(Video)













Ağdaş rayon mərkəzinin yaxınlığında dördyol ayrıcı adlanan ərazidə, bir qədər də dəqiq desək, Göyçay yolunun üstündə fəaliyyət göstərən taxta-şalban sexinə Məhəmməd adlı şəxsin rəhbərlik etməsi, yəqin ki, əksəriyyətə bəlli bir həqiqətdir. Ümumi görnüşü diqqəti cəlb etdiyindən və əhatə dairəsi də geniş olduğundan, həmin sexdə gündəlik nələrin baş verməsi, hal-hazırda hər kəsin diqqətini cəlb etməkdədir.

Əhalinin taxta-şalbana və digər təminolunmalara olan ehtiyaclarının ödənilməsində xüsusi rolu olan həmin sex, hal-hazırda fəaliyyət imkanlarının göstəricilərinə görə, rayondakı əksər sexlərdən də fərqlənir. Elə bu səbəbdən də, taxta-şalbanların topdan və pərakəndə satışıyla məşğul olan sexin fəaliyyəti barədə müəyyən informasiyaların əldə olunması üçün, informasiya mərkəzimizin Mərkəzi Aran zonası üzrə bölgə mübirinə lazımi tapşırıqlar verdik. Başlıca məqsəd sexin fəaliyyəti, kimə məxsus olması, müştərilərə göstərilən xidmətin göstəricisi və.s kimi məsələlər barədə müəyyən araşdırmalar aparıb, lazımi məlumatları əldə etmək idi. Düzdür, verilən tapşırıqdan sonra bölgə müxbirimiz müəyyən araşdırmalar apardı və bəzi informasiyaları da əldə edə bildi. Belə ki, əldə olunan informasiyaların əksəriyyəti sexin fəaliyyətindən bəhs etsə də, bir çoxu isə sexə sahiblik edən Məhəmməd “bəy”in qol qoyduğu əməllərdən bəhs edirdi. Məsələn, əməkdaşımızın apardığı araşdırmalar zamanı bəlli olur ki, Məhəmməd adlı şəxsin sahiblik etdiyi sex, bu gün Azərbaycan hökümətində təmsil olunan və hələlik adını çəkilməsini istəmədiyimiz yüksək çinli vəzifə sahiblərindən birinə məxsusdur. Yəni həmin vəzifə sahibi sexə rəhbərlik etməyi, hələ bir neçə il bundan əvvəl Məhəmməd adlı şəxsə olan etibarı sayəsində həvalə edir. Amma gəlin görək o, həmin vəzifə sahibinin etibarını necə doğruldur və yaxud da doğruldurmu? Əməkdaşımızın bu yöndə apardığı araşdırmalar zamanı o da bəlli olur ki, sexə rəhbərlik edən şəxs, bu gün minbir hoqqalara qol qoymaqla məşğuldur. Və bunun da nəticəsi o olur ki, ona bəslənilən etimad heçə enir.
Əvvəla əldə olunan məlumatlarda bildirilir ki, sexdə çalışan işçilərlə rəhbərlik arasında heç bir əmək müqaviləsi bağlanmır, texniki təhlükəsizlik qaydalarına əməl olunması barədə bir kimsəyə təlimat öyrədilmir, topdan və yaxud pərakəndə satış zamanı mal dövriyyəsindən əldə olunan gəlirin miqdarı, verilən hesabatlarda düzgün göstərilmir. Belə bir səbəblər üzündəndir ki, həmin sexdə ara-sıra bədbəxt hadisələr baş verir və baş verən hadisələrin də əksəriyyəti aiddiyyəti dövlət orqanlarından gizlədilir.
Atılan addımlaırın içərisində daha çox diqqəti cəlb edən an, Məhəmmədin əslən Yevlax şəhərindən olan bir xanımı işə qəbul etməsidir. Bu yöndə də aparılan araşdırmalar zamanı bəlli olur ki, onun həmin xanıma “cəfakeşlik” edərək işə qəbul etməsi qalsın bir yana, hüzurunda “sərasər” dayanması da, hal-hazırda hər kəsin diqqətini cəlb etməkdədir. Məsələn, əldə olunan məlumatlarda bildirilir ki, Məhəmməd həmin xanımı Yevlaxdan Ağdaşa dəvət etmiş və rayon polis şöbəsinin yaxınlığındakı beşmərtəbəli binanın 5-ci mərtəbəsində, onun üçün hər aya 250 manat ödəmək şərtilə ev də kirayələmişdir. Evin kirayə haqqını ödəmək qalsın bir yana, hətta kommunal xərcləri də ödəməyə hazır olan sex sahibinin, bir müddət bundan əvvəl işə dəvət etdiyi qadın günlərin birində xəstələnir. Bu zaman o, özünü o yana bu yana vurmaqla, xanımın həyatını üzləşdiyi təhlükədən sovuşdura bilir. Və həmin xanımın yaşadığı ünvana müxtəlif ərzaq məhsulları, növbənöv mürəbbələr, o cümlədən 1kq zoğal, 1 kq göyəm, 1 kq bal bal və ehtiyacı ödəniləcək məbləğdə pul, hətta ətçəkən maşın və fen də alıb çatdırır. Xəstəliklə üz-üzə qalan xanım çox keçmir ki işə çıxır, bu zaman Məhəmməddən tapşırıq alan Famil adlı sürücüsü onu gündəlik iş başına “Piryora” markalı, ağ rəngli, dövlət nömrə nişanı 03-BC-025 olan maşınla səhər-səhər işə aparır, işin sonunda isə yaşadığı mənzilə gətirir. Yəni, gün ərzində həmin maşın xanımın ixtiyarında olur. Bir qədər vaxt keçdikdən sonra isə, Məhəmməd həmin xanıma “Planşet” markalı mobil telefon da alıb hədiyyə edir. Bakı şəhərinə müalicəyə gedərkən də, sürücüsü ilə ona 150 manat cib xərcliyi çatdırmağı da unutmur.
Xanımın bölgə müxbirimizə bu günə qədər Məhəmməd “bəy” haqda danışdıqlarına nəzər saldıqda o da bəlli olur ki, sex sahibi onun yaşadığı ünvana mütəmadi olaraq bahalı bazarlıq etdirir və digər xidmətləri də göstərir. Məsələn, xanım dediyinə görə “sex sahibi oturduğu ofisin 2-ci mərtəbəsində divan saxlayır və həmin divanda isə, işə qəbul etdiyi “xanım”larla minbir hoqqalara da qol qoyur. Bu hqda məlumatı informasiya mərkəzimizə çatdıran bölgə müxbirimiz bildirir ki, “mənə bir müddət bundan əvvəl Məhəmmədin işə götürdüyü xanım bildirirdi ki, “günlərin birində ofisin ikinci mərtəbəsini təmizləyərkən zibil qabının içərisindən çirkli bir əl dəsmalı və rezin tapdım və bu zaman sanki şoka da düşdüm”.
Bundan əlavə, bölgə müxbirimiz onu da qeyd edir ki, “hal-hazırda Məhəmmədin işə götürdüyü və müəllimə deyə müraciət etdiyi xanım, bir müddət bundan əvvəl mənə bildirirdi ki, “o, hər həftənin altıncı bazar günləri “Pikap” markalı maşınla ova gedir, əlindəki silahla və ovladığı ov heyvanları ilə şəkil çəkdirir, çəkdirdiyi şəkilləri divardan asır və onların dərilərini isə ofisində saxlayır. Sahiblik etdiyi sexdə o, bir cüt bahalı it də saxlatdırır və işə qəbul etdiyi xanıma müəllimə deyə müraciət də edir”. Xanım onu da vurğulayır ki, “Məhəmməd “bəy” sahiblik etdiyi ofisinin həyət-bacasındakı yaşıllıqlara qulluq etmək üçün, bağbanlar da saxlayır”.


Məhəmməd “bəy”in fəaliyyəti, sexdə yaşanan olaylar, işə qəbul etdiyi xanım(lar)la qurduğu işbirliyi və.s kimi əməllər barədə araşdırma aparan əməkdaşımızın, sexə sahiblik edən şəxs tərəfindən hədələnməsi də diqqətdən kənarda qalmır. Məsələn, informasiya mərkəzimizin Mərkəzi Aran zonası üzrə bölgə müxbiri bildirir ki, “mənim bu yöndə apardığım araşdırmalar Məhəmməd “bəy”i olduqca qıcıqlandırır, odur ki, o, mənim başıma oyun açacağını, aradan götürdəcəyini də bildirir. Hətta bir müddət bundan əvvəl, onun işə qəbul etdiyi xanımın Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə məndən şikayət etməsində də, sən demə onun xüsusi rolu olubmuş” deyir. Bölgə müxbiri onu da vurğulayır ki, “Məhəmməd “bəy”in fitvası ilə həmin xanımın qeyd olunan ünvana şikayət etməsinin arxasında, başqa-başqa planlar dururmuş. Yəni, məqsəd o imiş ki, mən həbs olunum, hər iki şəxsin rahatlığı təmin olunsun və onlar haqda dövriyyəyə heç bir məlumat ötürməyim. Çünki, mənim azadlıqda olmağım Məhəmməd “bəy”ə sərf etmir” deyir.
Bütün bu kimi araşdırmalardan sonra o da bəlli olur ki, Ağdaş rayonunun yuxarıda qeyd olunan ünvanında, Məhəmməd “bəy”in rəhbərliyi altında fəaliyyət göstərən taxta-şalban sexində gündəlik minbir hoqqalara qol qoyulur, hər cür qanunsuzluq əməllərinə geniş imkanlar açılır. Bütün bu kimi olaylar onu söyləməyə əsas verir ki, Məhəmməd “bəy”ə yüksək çinli vəzifə sahibi tərəfindən bəslənilən ümid, göstərilən etimad özünü doğrultmur, necə deyərlər heçə endirilir. İnanırıq ki, onun əməllərindən xəbər tutan həmin vəzifə sahibi Məhəmməd “bəy”ə “dur” deyib, qol qoyduğu əməllərə görə onu qınayacaq.
Hörmətli oxucular! Yaşanan problemlərin varlığı barədə, hələ bundan sonra da geniş açıqlamalarla çıxış edəcəyik.
Odur ki, diqqətiniz bizdə, bir də yazacaqlarımızda olsun.

“Azerinfo”
Bu gün, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Bu gün, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Bu gün, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Bu gün, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Bu gün, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Bu gün, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Bu gün, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Bu gün, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Bu gün, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Bu gün, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Bu gün, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Bu gün, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Bu gün, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Bu gün, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Bu gün, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Bu gün, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Bu gün, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Bu gün, 09:17
Polşa “Bayraktar”lara qovuşdu
Bu gün, 09:17
Sülhməramlılarsız Qarabağ: Müstəqil Azərbaycanın yeni reallıqları - VİDEO
Bu gün, 09:13
Avropada BAŞ NAZİR "OVU" - Daha bir hökumət başçısı ÖLÜMLƏ HƏDƏLƏNİR
Bu gün, 09:00
“Ona birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız”
Dünən, 16:00
Kalininqrad modeli yaxşı ideyadır - AKTUAL
Dünən, 15:30
"Paşinyanın yerinə kim gəlsə, onun üzərinə ən ağır yük düşəcək" - "Fakt"
Dünən, 15:26
Azərbaycan və Belarusun üç şəhəri qardaşlaşıb
Dünən, 14:22
Rusların belə gedişi... BÖYÜK UĞURDUR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
Tezliklə çərçivə sazişi imzalana bilər - GƏLİŞMƏ
Dünən, 13:00
Prezidentdən tələb: Masada artıq bu sənəd var, ATƏT isə... - NƏ BAŞ VERİR?