“Azerros” sədri Putinin təşkilatını tərk etdi
Gundem
Oxunub: 1 676
30 yan 2015 | 17:17

“Azerros” sədri Putinin təşkilatını tərk etdi

“Azərros”un fəxri sədri Söyün Sadıqov Rusiya Prezidenti yanında Millətlər Şurasında qalmaqal yaradıb.

Azerinfo.az Publika.az-a istinadən xəbər verir ki, şuranın bu gün keçirilən toplantısının ilk dəqiqələrində söz alan S. Sadıqov Millətlər Şurasından çıxdığını elan edib. Sadıqov Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyini sərt ittiham edib. Buna səbəbsə güc strukturlarının onun rəhbərliyi ilə yanvarın 17-də keçirilən qurultaya müdaxilə etməsi olub.

S. Sadıqovun bu bəyanatından sonra zaldan onun Millətlər Şurasında qalması ilə bağlı replikalar səslənib.


Lakin “Azərros”un fəxri sədri Millətlər Şurasını Azərbaycan icmasının müdafiəsinə qalxmaq cəsarətinin olmamaqda ittiham edib: “Müdaxilə nəticəsində qurultay yarımçıq qalma həddinə çatdı. Burda Rusiyanın milli siyasəti üçün məsuliyyət daşıyan məmurlarının da fəaliyyətsizliyi rol oynayır”.


Bundan sonra, o, Şuranı tərk edib.


S. Sadıqov daha sonra Rusiya mediasına açıqlamasında Millətlər Şurasında ona yaxın və dost olan insanların qaldığını deyib: “Lakin Rusiya azərbaycanlılarının qurultayı ətrafında baş verənlərə şuranın reaksiya verməməsi, vətəndaş cəmiyyətinin öz hüquqlarını müdafiə etməyə hazır olmadığını deməyə əsas verir. Mənim gedişim hər kəsi Rusiya Federasiyasının ictimai həyatında yeri və rolu barədə düşünməyə vadar edəcək. Mən öz millətimi – azərbaycanlıları sevirəm. O cümlədən, vətənim Rusiyanı sevirəm. Heç kəsin onları ələ salmasına imkan vermərəm”.


Qeyd edək ki, yanvar ayının 17-də “Azerros”da Sadıqov qruplaşması növbədəkənar qurultay keçirdərək Abbas Abbasovun adamı olan prezidenti Asim Məhərrəmovu postundan uzaqlaşdırıb. Həmçinin, Abbasovun sədri olduğu Ağsaqqallar Şurası da ləğv edilib. Abbasov isə bu qurultayın nəticələrini tanımayıb. O, mart ayının 6-da “Azerros”un qurultayını təyin edib. Hazırda “Azerros” Abbasov və Sadıqov qruplaşması olaraq iki hissəyə ayrılıb. Moskvanın Abbasova dəstək verdiyi deyilir. Sadıqovun keçirdiyi qurultaya polis müdaxiləsinin də Abbas Abbasov tərəfindən sifariş olunduğu iddia edilir.
Dünən, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Dünən, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Dünən, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Dünən, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Dünən, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Dünən, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Dünən, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Dünən, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Dünən, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Dünən, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Dünən, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Dünən, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Dünən, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Dünən, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Dünən, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Dünən, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Dünən, 09:43
Zelenski müsahibə zamanı ağladı
Dünən, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Dünən, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Dünən, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
22-10-2026, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22-10-2026, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22-10-2026, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22-10-2026, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22-10-2026, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22-10-2026, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
22-10-2026, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib