Bakıda qanunsuz 'çöl reklamları' yığışdırılır

Bakı Şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsi paytaxdakı ticarət obyektlərinin çöl reklamlarının monitorinqinə başlayıb
Azerinfo.az İslamazeri.az-a istinadən xəbər verir ki, idarənin rəis müavini Pərviz Abdullayev "Report"a bildirib ki, monitorinq zamanı reklamlarda əks olunan məlumatların, xüsusən də obyektlərin adlarının və s. qanunauyğunluğu yoxlanılır və əsasız reklamlar yığışdırılır. Onun sözlərinə görə, bu, adəti üzrə aparılan bir prosesdir və bunun Bakıda keçiriləcək I Avropa Oyunları ilə heç bir əlaqəsi yoxdur.
"İstənilən bir reklam vasitəsi "Dövlət dili haqqında" qanunla tənzimlənir. Yazılan söz "Dövlət dili haqqında" qanuna ziddirsə və sözün Azərbaycan dilində açıqlaması yoxdursa, həmin formalı reklam vasitələrinin yayımının qarşısı alınır. Onu təsdiq edən sənədi, əmtəə nişanı və yaxud eyni adlı MMC-si varsa, o zaman problem olmur", - rəis müavini qeyd edib.
P.Abdulllayev ticarət obyektlərinin müxtəlif ölkələrin adlarının çəkildiyi reklam lövhələrinin yığışdırılmasına da aydınlıq gətirib. Onun sözlərinə görə, bu, qanunamüvafiq formada həyata keçirilir. Belə ki, həmin reklamların yığışdırılması ya həmin reklamların yalançı olması, ya da həmin reklamlarda adları istifadə olunan ölkələrin səfirliklərinin müvafiq icazəsi olmadan yazılması ilə bağlıdır.
"İtaliya mebeli" və bunun kimi digərlərinin də qarşısı alınır: "Çünki yalançı reklamlardır. Məsələn, İqtisadiyyat və Sənaye Nazirliyinin keçirdiyi reydlər əsasında fakt təsdiqini tapmayıb. Həqiqətdə orada satılan Çin mebelidir, amma "İtaliya mebeli" yazılıb və s. Bundan başqa, hər hansı bir ölkənin adından istifadə etmək üçün həmin dövlətin səfirliyinin rəsmi icazəsi olmalıdır".
P.Abdullayev Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar onlara xüsusi göstərişin verilmədiyini də bildirib: "Bakı Şəhər İcra Hakimiyyətinin reklam idarəsi konkret qrafik üzrə işini davam etdirir. Yəni əlavə dəyişiklik, yenilik yoxdur. Şəhər üzrə təmizlik aparır, qeydiyyatsız reklamları çıxarır, yararsız reklamları demontaj edirik. Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı hər hansı xüsusi göstəriş olmayıb".
Dünən, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Dünən, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Dünən, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Dünən, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Dünən, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Dünən, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Dünən, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Dünən, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Dünən, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Dünən, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Dünən, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Dünən, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Dünən, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Dünən, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Dünən, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Dünən, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Dünən, 09:43
Zelenski müsahibə zamanı ağladı
Dünən, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Dünən, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Dünən, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
22-10-2026, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22-10-2026, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22-10-2026, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22-10-2026, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22-10-2026, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22-10-2026, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
22-10-2026, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib