Əli Həsənov: “Yəhudi lobbisi Vaşinqtonda bizə kömək edir”

Azərbaycan İsraili "olduqca mühüm” müttəfiq və strateji tərəfdaş hesab edir.
Azerinfo.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Prezident Administrasiyasının rəhbərinin müavini Əli Həsənov Bakıda səfərdə olan İsrail nümayəndə heyəti ilə görüşdə deyib.
Məlumatı İsrailin "The Jerusalem Post” qəzeti yayıb. Qəzet Əli Həsənovun İsrailin Akko şəhərinin meri Şimon Lankri ilə onun Bakıya yanvarın 26-da baş tutmuş səfəri zamanı keçirdiyi görüşdən sitatlar gətirir.
Prezident Administrasiyası rəsmisinin sözlərinə görə, İranla qonşu olan dünyəvi müsəlman ölkəsinin İsraillə münasibətləri "təzyiqlərə baxmayaraq” inkişaf edəcək və çiçəklənəcək.
"Bizim bütün ölkələrlə qarşılıqlı maraqlara söykənən münasibətlərimiz var, o cümlədən bir-biri ilə rəqib olan ölkələrlə” - Ə.Həsənov deyib.
Azərbaycan rəsmisi buna misal olaraq Bakının Rusiya və ABŞ-la münasibətlərini, həmçinin İran, Türkiyə və İsraillə tərəfdaşlığını göstərib. Ə.Həsənov deyib ki, o, yanvarın əvvəllərində prezident İlham Əliyevi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə müşayiət edib, ancaq bir dəfə də bunun şahidi olmayıb ki, Türkiyədən kimsə Azərbaycanın İsraillə sürətlə inkişaf edən münasibətlərinin soyumasını, yaxud kəsilməsini xahiş etsin.
Qəzet qeyd edir ki, İsrail idxal etdiyi neftin 40 faizini Azərbaycandan alır. Eyni zamanda ölkənin çoğrafi mövqeləri onun İsrail üçün nə dərəcədə mühüm olduğunu göstərir.
Ə.Həsənov deyib ki, İsrailin Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli ölkə olmasının səbəblərindən biri də onun Yaxın Şərqin çox mühüm dövləti olması və qabaqcıl texnologiyalara malik olmasıdır.
Bundan əlavə, Prezident Administrasiyası rəhbərinin müavinin sözlərinə görə, İsraillə yaxşı münasibətlər Azərbaycana Vaşinqtonda kömək edir. Belə ki, Amerika paytaxtında fəaliyyət göstərən yəhudi qrupları və İsrail liderləri amerikalı həmkarları ilə Azərbaycana dair çoxlu diskussiyalar aparırlar.
Həmçinin Azərbaycan və İsrail etibarlı hərbi tərəfdaşlıq münasibətlərinə malikdir. Ə.Həsənov Azərbaycanın İslam Konfransı Təşkilatına üzv olan müsəlman ölkəsi kimi eyni zamanda İsraillə yaxın münasibətlərə malik olmasını başqa müsəlman ölkələri üçün nümunə hesab edir.
Dünən, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Dünən, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Dünən, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Dünən, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Dünən, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Dünən, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Dünən, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Dünən, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Dünən, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Dünən, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Dünən, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Dünən, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Dünən, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Dünən, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Dünən, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Dünən, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Dünən, 09:43
Zelenski müsahibə zamanı ağladı
Dünən, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Dünən, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Dünən, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
22-10-2026, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22-10-2026, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22-10-2026, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22-10-2026, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22-10-2026, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22-10-2026, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
22-10-2026, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib