ADR hökümətə 9 təklif verdi
Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının 22 yanvar 2015-ci il tarixdə yerli mütəxəssislərin iştirakı ilə «Dünya bazarında neftin qiymətinin ucuzlaşmasının və Rusiyada iqtisadi böhranın Azərbaycana mümkün təsirləri» mövzusunda təşkil etdiyi ekspert müzakirəsinin qətnaməsi qəbul olunub.
Azerinfo.az-ın Moderator.az-a istinadən yaydığı məlumata görə, ADR hökümətə 9 təklif verib.
"Dünya bazarında neftin qiymətinin ucuzlaşması iqtisadiyyatı həmin resursdan asılı vəziyyətdə olan ölkələrdə yeni situasiya yaradır. Azərbaycadakı vəziyyəti bununla yanaşı qonşu Rusiyada başlayan iqtisadi böhran daha da müəkkəbləşdirərək, ağırlaşdırır. Odur ki, ADR hərəkatının təşəbbüsü ilə təşkil olunan ekspert müzakirələrinin iştirakçıları xarici faktorların fəallaşmasının son zamanlar Azərbaycan iqtisadiyyatına təsirlərinin çoxalması səbəbindən qərarlaşmış hazırkı durumu müzakirə edərək, ondan narahatçılığını ifadə edir və onların Azərbaycana təsirlərinin yaratdığı risklərin idarə olunması və dəf edilməsi üçün sistemli təbdirlərin hazırlanmasını vacib sayır və aşağıdakı iqtisamətlərdə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zəruri hesab edirərk, təkliflərlə çıxış edir:
1) Ölkə iqtisadiyyatıda neft gəlirlərinin əhəmiyyətli rolunu nəzərə alaraq dövlət maliyyə planları (dövlət büdcəsi, neft fondunun büdcəsi, sosial müdafiə fondunun büdcəsi) müxtəlif qiymət ssenariləri (pis, yaxşı, orta) üzrə yenidən hesablansın, orta ssenarı əsasında dövlət gəlirlərinin dürüstləşdirilməsinə və optimallaşdırılmasına nail olunsun.
2) Qeyri-neft sektorundan vergi daxilolmalarını artırmaq üçün xüsusilə də orta və iri şirkətlərdə vergi öhdəliklərinin vaxtında və tam həcmdə yerinə yetirilməsi, vergi borclarının qaytarılması, bütövlükdə vergi və gömrük intizamının artırılması istiqamətində səylər gücləndirilsin.
3) Gizli iqtisadiyyatın leqallaşdırılması, korrupsiya qarşı mübarizənin gücləndirilməsi, monopollaşmaının qarşısının alınması istiqamətində xüsusi tədbirlər planı işlənilsin, Milli Məclisdə Rəqabət Məcəlləsi, “Maliyyə nəzarəti” haqqında qanun qəbul edilsin, “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın, “Mədən Sənayeisndə Şəffaflıq Təşəbbüsü”nün daha səmərəli reallaşdırılması yolu ilə ictimai maliyyənin xərclənməsi sahəsində şəffaflıq və hesabatlılıq artırılsın. Hesablama Palatasının, Korrupsiya qarşı mübarizə idarəsinin və anti-inhisar departamentinin müstəqilliyi təmin edilsin və səalhiyyətləri genişləndirilsin.
4) Müxtəlif qiymət ssenariləri üzrə xərclərin optimallaşdırılması, iş yerlərinin bağlanması və əmək haqqı gəlirlərinin azalmasına yol verilmədən lüzumsuz dövlət xərclərinin ixtisarı yolu ilə dövlətin cari və kapital xərclərinin idaəolunmasının səmərəliliyi artırılsın.
5) Dövlət mərkəzi və yerli idarəetmə orqanlarında struktur islahatları aparılsın, paraelel idarəetmə strukturlarının ləğv edilsin, səmərəli və çevik idarəetmə modelinin yaradılması yolu ilə icra aparatının saxlanılması xərcləri optimallaşdırılsın.
6) Azad sahibkarlıq və sağlam rəqabət üçün şərtlər, o sıradan da məhkəmələrin müstəqilliyi təmin edilsin, qeyri-neft sektorunun inkişafı stimullaşdırılsın, bankların faiz siyasətinin bazar dəyərinə uyğunlaşdırılması isiqamətində tədbrilər həyata keçirilsin.
7) Açıq ticarət, şəffaf gömrük siyasəti vasitəsilə dünya iqtisadiyyatına inteqrasiya və Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qəbulu sürətləndirilsin.
8) Neft gəlirləinin səmərəli idarəolunması üçün fiskal qaydalar işlənilsin, investisiya portfelinin diversifikasiya aparılsın, rus rublu ilə olan sərmayələr geri çağrılsın, bir sözlər səmərəli və şəffaf xərclənməsi, eləcə də ədalətli bölüşdürülməsi təmin olunsun.
9) Əhalinin sosial müdafiəsi istiqamətində əmək haqqı və pensiyaların artırılması ilə bağlı tədbirlər davam etdirilsin. Həsas sosial qruplar (işsizlər, aztəminatlı təbərələr, müharibə veteranları, əlillər, şəhid ailələri, məcburi köçkünlər və qaçqınlar) üçün xüsusi proqramlar hazırlansın, onlara və onların ailə üzvlərinə ödəniləcək müavinətlərin və ünvanlı yardımların məbləği yaşayış dəyərinə uyğunlaşdırılsın.
ADR hərəkatı hesab edir ki, iqtisadi və sosial siyasət sahəsində qərarlaırn qəbulunda mövcud reallığın, qərarlaşmış tendensiyaların, formalaşmış yeni şərtlərin nəzərə alınması ictimai maliyyə sahəsində şəffaflıq və hesabatlılığın artırılması, dövlət xərclərinin optimallaşdırılması qarşılaşa biləcəyimiz makroiqtisadi şokların əvvəlcədən dəf edilməsinə şərait yarada bilər. Odur ki, yerli mütəxəssislər və ekspertlər yuxarıda qeyd olunan qısa müddətli dövrdə təkliflərin reallaşdırılacağına ümid edir."
Dünən, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Dünən, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Dünən, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Dünən, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Dünən, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Dünən, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Dünən, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Dünən, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Dünən, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Dünən, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Dünən, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Dünən, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Dünən, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Dünən, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Dünən, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Dünən, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Dünən, 09:43
Zelenski müsahibə zamanı ağladı
Dünən, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Dünən, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Dünən, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
22-10-2026, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22-10-2026, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22-10-2026, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22-10-2026, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22-10-2026, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22-10-2026, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
22-10-2026, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib