Azərbaycan Ordusu 3 şəhid verib.
Gundem
Oxunub: 1 589
26 yan 2015 | 12:46
"Yanvar ayı ərzində ermənilərin 17 hərbi qulluqçusu məhv edilib, 20-dək yaralısı var"

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, son günlər cəbhə bölgəsində çoxsaylı itkilər verən Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhədəki ağır uğursuzluqlar səbəbindən növbəti dəfə daha aqressiv və eybəcər təxribata əl atıb.
"Düşmənin kəşfiyyat-təxribat qruplarının cəbhə boyu və Azərbaycan-Ermənistan dövlət sərhədində qoşunların təmas xəttində Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə qəfil hücum etmək cəhdlərinin qarşısı uğurla alınıb.
Yanvar ayı ərzində ermənilərin 17 hərbi qulluqçusu məhv edilib, 20-dək yaralısı var.
Sayca qat-qat çox olan düşmənlə qeyri-bərabər döyüşdə Silahlı Qüvvələrimizin bölmələri şəxsi şücaət və igidlik göstərib. Düşmən hücumlarının qarşısı alınan zaman 3 hərbi qulluqçumuz şəhid olub, yaralananlar var.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrinə əsasən şəhid hərbi qulluqçular ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal ilə təltif ediliblər.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidlərin yaxınlarına və əzizlərinə dərin hüznlə baş sağlığı verir və səbir diləyir!
Müdafiə Nazirliyi xüsusi olaraq qeyd edir ki, biz öz xalqımızdan həqiqəti gizlətmirik. Ermənistan mətbuatının cəbhədə guya çoxsaylı itkilərimiz barədə yaydığı məlumatlar tam yalandır, dezinformasiya xarakteri daşıyır və qoşunların təmas xəttindəki vəziyyəti düzgün əks etdirmir", - deyə məlumatda bildirilir.
Bu gün, 14:45
İlham Əliyev İranın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
Bu gün, 14:22
Azərbaycanda yeni enerji bumu gözlənilirmi?
Bu gün, 14:00
İranın "səltənət postu" hədəfdə: Arzuolunmaz liderlik kreslosu
Bu gün, 13:36
İranda müharibənin acı üzü: 1000-dən çox mülki şəxs həlak olub
Bu gün, 13:04
DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
Bu gün, 12:29
ABŞ ordusunda yas: İran dronunun öldürdüyü dörd hərbçinin fotoları yayıldı
Bu gün, 12:21
Bayramlara görə pensiyalar tez ödəniləcək
Bu gün, 11:48
Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
Bu gün, 11:41
Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
Bu gün, 11:29
Avropalı liderdən İran xəbərdarlığı: "Hamımızı öldürəcək, Avropa cəhənnəmə dönəcək"
Bu gün, 11:09
"Müctəba axır ki, istədiyinə çatdı" - İranın yeni ali lideri
Bu gün, 10:24
Son Dəqiqə: İranın İsrailə qarşı raket zərbələri davam edir
Bu gün, 10:19
Azərbaycan neftinin qiyməti 86 dolları keçib
Bu gün, 10:10
İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
Bu gün, 09:47
Son Dəqiqə: ABŞ indi də bu ölkədə hərbi əməliyyatlara başladı
Bu gün, 09:31
SEPAH-ın Qüds qüvvələrinin komandari MOSSAD agenti çıxdı
Bu gün, 09:25
ABŞ bu ölkədəki səfirliyini bağlayır
Bu gün, 09:11
Novruz ərəfəsi bazarda QİYMƏTLƏR
Bu gün, 09:00
Avropanı gözləyən “qorxunc ssenari” reallaşır: Üçüncü Dünya Müharibəsinin gizli mərhələsi artıq başlayıb
Dünən, 16:00
İran "bağlıdır" deyir, ABŞ isə "bağlı deyil" - DİLEMMA
Dünən, 15:30
Məktəbin bombalanması nəticəsində ölən 160 şagirdə məzar qazıldı - FOTO
Dünən, 14:22
Çin Hörmüzə görə İrana ÇAĞIRIŞ ETDİ
Dünən, 14:00
Paşinyan və Anna buna görə ayrılıb - ŞOK İDDİA
Dünən, 11:53
İrandan bəzi məhsulların ixracına - Qadağa
Dünən, 11:48
Baş nazirdən aksiyalarla bağlı - Qərar
Dünən, 11:15
Tramp: Əgər mən olmasaydım, dünya indi tamam başqa cür olardı
Dünən, 11:00
Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix açıqlandı