YEVLAX ŞƏHƏRİNDƏ SOSİAL XİDMƏTİN SƏVİYYƏSİ DAHA DA YÜKSƏLİR. {FOTO}

Azərinfo.TV : Elxan Əhmədov (Redaktor)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən bölgələrdəəhaliyə tibbi-sosial ekspertiza xidmətinin maddi-texniki bazasının yaxşılaşdırılması və əlilik müayinələrinin müasir tələblərə uyğun şəraitdə aparılmasının təmin olunması istiqamətində işlər davam etdirilir. azirlik dekabrın 17-də Göyçay, Ağsu və Kürdəmir rayonları üzrə 20 saylı, Yevlax rayonu və Mingəçevir şəhəri üzrə 23 saylı, Şəki rayonu üzrə 17 saylı Tibbi-Sosial Ekspert Komissiyalarını (TSEK) müasir tələblərə uyğun iş şəraiti ilə təmin edib. Bu məqsədlə keçirilən tədbirlərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov hazırda nazirliyin 38 regional TSEK-inin fəaliyyət göstərdiyini və nazirliyin digər yerli struktur bölmələri kimi, onların da iş şəraitinin müasir tələblərə uyğun qurulması sahəsində son aylarda müvafiq işlərin aparıldığını qeyd edib. O bildirib ki, bu günkü TSEK-lər də daxil olmaqla artıq 10 bölgə üzrə TSEK müasir iş şəraiti ilə təmin edilib və TSEK-lərin hamısında belə şəraitin yaradılması, həmçinin onların müasir müayinə cihazları ilə təchiz olunması üçün işlər davam etdirilir. Əsas məqsəd odur ki, vətəndaşlar bu komissiyalara müraciət edərkən normal iş şəraitində qəbul olunsunlar və keyfiyyətli xidmətlə təmin edilsinlər. TSEK-lər və ƏƏSMN-nin eyni region üzrə digər yerli qurumların bir binalarda yerləşdirilməsi vətəndaşlara sosial müdafiə, məşğulluğun və əmək hüquqlarının təminatı, tibbi-sosial ekspertiza üzrə əlaqəli iş şəraitində eyni məkandan xidmətlər göstərilməsinə imkan yaradır.
Qeyd olunub ki, son vaxtlarda tibbi-sosial ekspertiza sahəsində şəffaflığın təmin olunması və bu sahəyə nəzarətin gücləndirilməsi məqsədilə görülən işlər bu ilin ötən dövründə əlilliyi olan şəxslər arasında tam və hissəvi reabilitasiya göstəricilərinin yüksəlməsinə səbəb olub. Habelə bu sahə ilə bağlı şikayət xarakterli müraciətlərin sayı kəskin şəkildə azalaraq minimuma enib. Hazırda əlillik təyinatının avtomatlaşdırılması işləri də uğurla aparılır. Yeni yaradılan Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sistemi, həmçinin əlillik müayinələrinin nəticələri ilə bağlı elektron məlumat bazası əlillik təyinatı barədə aidiyyəti qurumlar arasında elektron məlumat mübadiləsinə, eləcə də vətəndaşların öz əlilik müayinələrinin nəticələrinə dair elektron arayışlar əldə edə bilmələrinə yönəlib.
Tədbirlər zamanı TSEK-lər üçün yaradılmış yeni iş şəraitləri, müayinə avadanlıqları nəzərdən keçirilib, vətəndaşlara göstərilən tibbi-sosial ekspertiza xidmətinə baxış olub. Yevlax şəhəri Heydər Əliyev prospektində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin birinci mərtəbəsində 23 saylı Tibbi-Sosial Ekspert Komissiyası üçün yeni iş otaqları hazırlanıb istifadəyə verilmişdir. Yevlax və Mingəçevir şəhər sakinlərinə xidmət edəcək TSEK-in açılışında iştirak etmək üçün gəlmiş respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri-nazir müavinləri Natiq Məmmədovu, Natiq Əzizovu Nazirliyin sosial siyasət şöbəsinin müdiri Saday Abdullayevi Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Qənimət Qaraşov, Mərkəzi Şəhər Xəstəxanasının baş həkimi İlhami Quliyev, Şəhər Poliklinkasının müdiri Məhərrəm Gülməmmədov, digər rəsmilər və ictimaiyyət nümayəndələri qarşılamışlar.
Burada yenidən qurularaq tibb avadanlıqları, kompüter, digər elektron idarəetmə vasitələri ilə təchiz olunmuş gözləmə, müayinə, anketdoldurma, kompüter və arxiv sənədləri üçün nəzərdə tutulmuş otaqlarla tanışlıq zamanı nazir müavini Natiq Məmmədov görülən işlərin keyfiyyət və kəmiyyətindən razı qaldığını bildirdi. Onu da vurğuladı ki, artıq respublikamızın 10 bölgəsində TSEK-lər müasir iş şəraiti ilə təmin edilib. O cümlədən Yevlax və Mingəçevir əhalisi də bu yüksək səviyyəli bir pəncərəli xidmətdən razı qalacaqlar. Nazir müavini həmçinin başda 23 saylı TSEK-in sədri Yaşar Allahverdiyev olmaqla kollektivə əhaliyə xidmətin yüksək səviyyədə və şəffaflıq prinsipi əsasında təşkil olunması, həmçinin əlilliyi olan şəxslərin reablitasiya işinin daha da gücləndirilməsi kimi məsul vəzifələrində uğurlar arzulamaqla yanaşı bir sıra tapşırıq və tövsiyələrini də verdi.
Qonaqlar eyni zamanda müasir şəhərsalma stilini özündə ehtiva edən Yevlaxda son illər aparılan abadlıq, quruculuq işlərini bəyəndiklərini də vurğuladılar.
Bu gün, 13:42
Kafedə döyüb naməlum ünvana apardılar, 25 min manat istədilər
Bu gün, 13:35
Koçaryan indi də xəstəxanaya aparıldı - Yenilənib - Video
Bu gün, 12:32
Böyük Qayıdış Davam Edir: Xocavəndə Daha 191 Sakin Doğma Yurduna Qayıdır
Bu gün, 12:06
“Hadrut fatehi”nin xanımı da tələbə oldu
Bu gün, 12:01
Bu xəstəxanaya yeni direktor təyin olundu
Bu gün, 11:56
Bu gecə metro 1 saat artıq işləyəcək
Bu gün, 11:51
9 yaşlı qıza ögey anası zorakılıq etdi: DİN-dən reaksiya
Bu gün, 11:41
İlham Əliyev və Mehriban Əliyeva Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərdi
Bu gün, 11:23
Yağış, şimşək, duman - Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Bu gün, 10:58
Şəhid yoldaşı ali məktəbə qəbul oldu - FOTO
Bu gün, 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə SƏRT XƏBƏRDARLIQ
Bu gün, 10:47
Səhər saatlarında İrəvandan XOŞ XƏBƏR GƏLDİ - YENİLƏNDİ
Bu gün, 10:05
Şəhid anası da tələbə adını qazandı - Foto
Bu gün, 10:00
Paşinyan yenə Başkənd dedi - Çıxış yolları AÇIQLANDI
Bu gün, 09:50
Ukrayna Rusiyada dəmir yolunu və neft zavodunu VURDU: Ölənlər var
Bu gün, 09:45
Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu
Bu gün, 09:38
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Bu gün, 09:32
Bakının mərkəzində ağır qəza, 32 yaşlı kişi öldü
Bu gün, 09:29
Robert Koçaryan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə aparılıb
Bu gün, 09:22
Türkiyəni ayağa qaldıran məhkəmə qərarı açıqlandı
Bu gün, 09:17
Bu da baş verdi-Neft nəhəngi Rusiyada benzin qıtlığı: indi Türkiyədən yanacaq istəyir
Bu gün, 09:00
“17 il Ermənistanın dəmir yoluna pul tökdük, Azərbaycan və Türkiyədən xilas etdik” – Rusiya böyük “razborka”ya başladı
Dünən, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Dünən, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Dünən, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Dünən, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Dünən, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?