Həbsxanada uşaq doğan Lamiyə ilə bağlı yeni müəmmalar
Şəmkirin sabiq icra başçısı Aslan Aslanovun oğlunu ödürməkdə ittiham olunan Lamiyyə Quliyevanın cəza çəkdiyi müəssisədə uşaq dünyaya gətirməsi ilə bağlı yeni iddialar ortaya çıxıb.
"Qafqazinfo"nun yaydığı məlumata görə, Lamiyyə Müzəffər Məmmədov adlı rəisin vaxtında rəislə "intim" münasibət şansı olan üç-dörd qadından biri olub: "Həmin dövrdə Lamiyyə heç kimi saymayıb, kefi istəyəni edib, o cümlədən sələm işinə də baxıb. Gəliri o qədər olub ki, evinə də pul göndərirmiş. Həbsxana rəisi dəyişiləndən sonra Lamiyyənin xodunu alırlar, sələm verməsinin də qarşısı alınır. İşçilərdən acıqlı qalan "xanım" bir gün yeməkxanada çayniki götürüb qadın nəzarətçinin başına çırpır. Nəzarətçinin şikayəti əsasında 2013-cü ildə təzə cinayət işi açılır. İndi bu hadisəni utandıqlarından olduğu kimi deyil, guya məhkum yoldaşı ilə dava etməsi kimi təqdim edirlər. Nəzarətçinin iş yerini sonra başqa yerə dəyişirlər".
Saytın yazıdığına görə, ötən qış L. Quliyeva istintaqla əlaqədar Kürdəxanı təcridxanasına aparılıb: "Orada kişi nəzarətçilərin bir-neçəsi ilə münasibətdə olur. Güman ki, təcridxananın rəhbərliyinin də bundan xəbəri olur. Hamiləliyini abortdan qorumaq üçün dörd ayınadək gizlədir. Maraqlıdır ki, Lamiyyə özü də uşağın atasının kimliyini dəqiq ayırd edə bilməyib".
"Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə Lamiyə Quliyeva ilə bağlı xəbərlərin sabiq icra başçısı Aslan Aslanov tərəfindən mediaya ötürüldüyün qeyd edir. O, "facebook" səhifəsində yazıb ki, Aslan Aslanov oğlu Ruslanı qətlə yetirmiş Lamiyə Quliyeva və onun keçmiş nişanlısı Vüqar Əliyevdən hələ də qisas alır.
Ə. Oruclu A. Aslanovun sabiq müdafiə naziri Səfər Əbiyevlə kirvə, eyni zamanda "Azərneftyağ" birliyinin mərhum direktoru Ramiz Mirzəyevin qaynı olduğunu da qeyd edib: "Bütün bu imkanlarından istifadə edən Aslanovun qisasçılığı bununla bitmədi. Vüqar Əliyevin ailəsinin Şəmkirdəki evi buldozerlərin qabağına verilərək dağıdıldı, Şəmkirdə sakinlərə oğlu Ruslanın sürdüyü qara rəngdə VAZ-2107 markalı maşını olmaq faktiki qadağan edildi. Ruslanın qətlinin ildönümü günü oğluna toy edən rayon sakini şərlənərək həbsə atıldı. İndi isə məlum olur ki, dünyaya uşaq gətirən Lamiyə Quliyevanın 2013-cü ildə cəza müddəti bitməli olsa da, 2 il əvvəl CM-nin 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə onun cəzası 5 il 6 ay artırılıb. Sizi əmin edirəm ki, bu yazdıqlarım Aslan Aslanovun hikkəli özbaşınalıq və cinayətlərinin çox cüzi bir hissəsdir".

L. Quliyeva ilə münasibətlərdə adı hallandırılan sabiq həbsxana rəisi Müzəffər Məmmədov isə APA-ya barəsində söylənilənlərin böhtan olduğunu deyib: "Mən 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsindən 5 il bundan əvvəl azad olunmuşam, sonra ora getməmişəm".
M. Məmmədov bildirib ki, müəssisəyə hər kəsin daxil olması qeyri-mümkündür: "Müəssisəyə daxil olanda buraxılış vərəqi yazılır, hər yerdə kameralar quraşdırılıb. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov orada cəza çəkən Lamiyə Quliyevanın övladı olması ilə bağlı məsələlərdə mənim adımı hallandırıb. Bütün bunlar cəfəngiyatdır. Mənim 65 yaşım var. Bu söz-söhbətə görə ailəm dağılır".
Ədliyyə Nazirliyi Penitensiar Xidməti isə hadisə ilə bağlı araşdırma aparıldığını qeyd edib. Penitensiar Xidmətin məlumatında L. Quliyevanın uşaq dünyaya gətirməsinin "onun şəxsi işi" olduğu da qeyd edilib.
Qeyd edək ki, Lamiyyə Quliyeva 2003-cü ildə həbs olunub. O, keçmiş nişanlısı Vüqar Əliyevlə bərabər Şəmkirin o vaxtkı icra başıçısı, sonralar isə uzun müddət kənd təsərrüfatı nazirin müavini olan Aslan Aslanovun oğlunu qətlə yetirib. L. Quliyevanın qətllə bağlı həbs müddəti 2013-cü ildə başa çatsa da, 2 il əvvəl Cinayət Məcəlləsinin 317-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının normal fəaliyyətini pozma) maddəsi ilə onun cəzası 5 il 6 ay müddətinə artırılıb.
lent.az

Bu gün, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Bu gün, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Bu gün, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı