Bayram Aslanov AzMİU-da qaragüruhçu "çete" yaradıb
Gundem / Sosial
Oxunub: 1 996
19 dek 2017 | 01:20
Bayram Aslanov  AzMİU-da qaragüruhçu "çete" yaradıb













Universitet Tələbə Həmkarlar İttifaqı Komitəsi korrupsiya məngənəsində

*

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) rektor, professor Gülçöhrə Məmmədovanın rəhbərliyi altında respubikamızın aparıcı ali təhsil müəssisələrindən biri kimi tanınır. Ancaq özünün dediyi kimi, tələbələrini doğma övladından ayırmayan Gülçöhrə xanımın yetirmələrinə göstərdiyi analıq qayğısını "qayçılayan" şəxslər ümumən Universitetin imicinə xələl gətirirlər. AzMİU - nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin vəzifələri sırasında öncül yeri əlbəttə ki, tələbələrin sosial problemlərinin həlli istiqamətində işin aparılması, tələbələrin hüquqlarının təmin edilməsi, tələbələrin problemlərinin öyrənilməsi və müvafiq qərarların qəbul olunması üçün Elmi Şuraya məsələlərin çıxarılması, onların yataqxana ilə təminatı və s. durur. Lakin etibarlı mənbədən redaksiyamıza verilən məlumata görə, sədr Aslanov Bayram Mirazim oğlunun səbatsızlığı ucbatından Komitə öz üzərinə düşən vəzifələrin öhdəsindən gələ bilmir.

Yataqxanalarla bağlı məsələ bəllidir: 5 yataqxanadan 4-də qaçqın və məcburi köçkünlər məskunlaşıb. Di gəl, digər sosial məsələlərin həlli yolunda da korruptiv maneələr yaranıb. Mənbə bildirir ki, Aslanov imkansız tələbələr üçün verilən yemək talonlarını özü mənimsəyir. Tələbələr üçün konsertlərə verilən biletlərin pulu THİK tərəfindən ödənilməli olduğu halda, sonradan Bayram müəllim həmin biletlərin pulunu tələbələrdən yığır. Məlumatda həmçinin Aslanovun korrupsiya ortağının da adı çəkilir: "Bu işləri Aslanov Universitetin təsərrüfat işləri üzrə prorektoru Məmmədov İsrafil Rəfi oğlunun və Universitetin ictimaiyyətlə, o cümlədən KİV-lə əlaqələrinə məsul şəxs olan xanım əməkdaşın dəstəyi ilə həyata keçirir. İsrafil Məmmədovla Bayram Aslanov yaxın qohumdurlar. Qohumluqdan əlavə, həm də sələf-xələfdirlər. Belə ki, İsrafil Məmmədov prorektor vəzifəsinə təyin olunmazdan əvvəl Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri olmuşdur". Əlimizdə olan informasiyaya görə, İsrafil Məmmədov Universitetdə təmir adıyla da külli miqdarda pullar mənimsəyir: "Vaxtilə yük maşını ilə dolu sement satdığı zaman Universitetin keçmiş ümumi işlər üzrə prorektoru tərəfindən yaxalanmış, ancaq həmin prorektor işdən azad olunduqdan sonra bu məsələlərin araşdırılması yarımçıq qalmışdır. Bundan başqa, İsrafil Məmmədov Universitet üçün lazım olan ləvazimatları ucuz alaraq bir neçə qat artıq qiymətə rəsmiləşdirir". Bütün bu işdəycələrin üstündən Bayram Aslanov guya tələbələrin şikayət və təklifləri üçün qutu düzəldib. Amma hamı bilir ki, o qutular əhəmiyyətsizdir, oyuncaqdan başqa bir şey deyildir.

Etibarlı mənbə bildirir ki, Universitetdə sözügedən üç nəfərdən ibarət "triada"nın iştahı böyükdür. Onlar korrupsiya, yeyinti üçün üçün daha münbit gördükləri Universitet Həmkarlar Təşkilatı Komitəsinin sədri postunu hədəfləyib Bayram Aslanovu o kürsüdə oturtmaq istəyirlər. Həmin vəzifə hazırda boşdur və rektor tərəfindən Rahat adlı müəllimə həvalə edilib. Bildirilir ki, bir az əvvəl Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, eyni zamanda Azərbaycan Təhsil İşçiləri Həmkarlar İttifaqının sədri, millət vəkili Səttar Mehbalıyevin göndərdiyi nümayəndələr AzMİU HİK-nin sədri vəzifəsini icra edəcək şəxsin seçkisini keçirməyə cəhd ediblər. Lakin rektor həmin gün Universitetdə olmadığı üçün seçkini təşkil etmək qərarlarını dəyişiblər. AHİK - i təmsil edən qonaqlar bunu gözləmirlərmiş. Onları isə məhz həmin gün üçün Universitetə dəvət edən Aslanovun qruplaşması imiş. "Triada" bilərəkdən Gülçöhrə müəllimənin yoxluğu şəraitində seçkini keçirmək istəyirmiş ki, tərəfdarlarının dəstəyi ilə Rahat müəllimi "of-sayd"da qoyub Aslanovu "seçsinlər". Yəqin ki, artıq Tələbə Həmkarlar Komitəsinin sədri postuna da öz namizədləri vardır. O da bildirilir ki, rektor qayıdandan sonra məsələdən hali olub və subordinasiya qaydalarını pozan Aslanovla Məmmədova irad tutub, etimad göstərdiyi Rahat müəllimin həmin vəzifənin öhdəsindən heç də pis gəlmədiyini xatırladıb.

Aldığımız məlumatda həmçinin bildirilir ki, Aslanovun qaragüruhçu "çetesi" Universitetdə həm professor-müəllim heyəti, həm də tələbə kontingenti arasında xof yaradıb, hamını onların özbaşınalıqlarından rektora və KİV-ə şikayətlənəcəkləri təqdirdə ciddi problemlərlə üzləşəcəkləri barədə xəbərdarlıq edib. Hətta Mətbuat xidmətinin rəhbəri Nəcibə Mirzəyevanı da bunlar gətirdiblər ki, özlərinə dəstək olsun..Şikayətlər olanda yuxarılara çatmasın.

Yeri gəlmişkən xatırladaq ki, indiyədək AzMİUməhz Gülçöhrə Məmmədovanın sayəsində ali təhsil müəssisələri arasında korrupsiyanın keçmədiyi universitetlərdən hesab olunur. Lakin hazırda Bayram Aslanovun yarıtmaz fəaliyyəti hesabına kifayət qədər korrupsiya faktlarının olduğu şübhəsizdir. Bütün bu baş verənlərdən rektorun xəbərinin olmadığını zənn edərək ona rəsmi məktubla müraciət etmişik. Hələ ki cavab özünü ləngidir. Hörmətli rektorun münasibətini öyrənib yenidən bu mövzuya qayıdacağıq.
Bu gün, 09:47
Rusiya, Azərbaycan və İrana qarşı cəbhə alıblar - Mixail Qaluzin
Bu gün, 09:20
Diqqət: bu yollarda tıxac var
Bu gün, 09:12
Hitlerin səhvini Rusiya edir - Feldman
Bu gün, 09:08
“Real Madrid” Modriçə deyil, Gülərə üstünlük verir
Bu gün, 09:03
Rusiyalı deputat: “Ermənistan Aİ-yə qəbul edilməyəcək”
Dünən, 16:00
Bakı artıq Parisi də `əhilləşdirmək` üzərədir... - YENİ REALLIQ...
Dünən, 15:30
Qafqazı silkələyən savaşı: Kim ağır basır? - İNCƏLƏMƏ
Dünən, 14:22
Ruslar Zəngəzurdan çıxır
Dünən, 13:18
Azərbaycanda birmənalı qarşılanmadı, xaricdə rekord vurdu - VİDEO
Dünən, 13:06
Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar
Dünən, 12:20
Prezident Şen Yueyueni qəbul etdi
Dünən, 12:17
Yalan deyirsiniz, Azərbaycanın istədiyi budur – Babayan jurnalistə qəzəbləndi
Dünən, 10:49
Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK
Dünən, 10:32
Azərbaycanda zəlzələ ilə bağlı açıqlama - Bundan qaça bilməyəcəyik...
Dünən, 10:27
Prezident qəbul keçirdi
Dünən, 10:22
Azərbaycan XİN İsraili təbrik etdi
Dünən, 10:10
Oteldə zəhərlənən gənclərlə bağlı YENİ İDDİA: hadisə anında yanlarında kimlər olub? - VİDEO
Dünən, 10:04
ABŞ iyunda neft hasilatını artıracaq: Qiymətlər ucuzlaşacaqmı?
Dünən, 10:01
ABŞ dövlət katibi həmrəylik məqsədilə Kiyevə gedib
Dünən, 09:47
Şuşa şəhərinə növbəti köç karvanı yola salındı
Dünən, 09:40
ATƏT-dən Qərbi Azərbaycan mövzusuna erməniləri narahat edən CAVABLAR
Dünən, 09:36
İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO
Dünən, 09:17
İrəvandakı qaranlıq məqamlar: Paşinyanın susqunluğu, Putinlə görüşün GİZLİNLƏRİ
Dünən, 09:15
Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ - YENİLƏNİB - FOTO
Dünən, 09:09
Estoniya Ukraynaya ordu göndərməyə hazırlaşır
Dünən, 09:00
“Kilsə qiyamı” Qərbi Bakıya “qaçırır”: ABŞ, Avropa Birliyi və Fransa indi yalnız Azərbaycana möhtacdır
13-05-2024, 16:00
Ermənilər nədən bu başıxarab keşişin arxasınca getmək istəmir... - HƏQİQƏTƏN DƏ...