“Prezidentin göstərişinə məhəl qoymayan dələduzlardan millətin canını qurtarın”
Gundem
Oxunub: 1 852
22 yan 2015 | 12:43
“Prezidentin göstərişinə məhəl qoymayan dələduzlardan millətin canını qurtarın”

















"İlham Əliyevin göstərişi ilə yaradılan bu səliqəli yarmarkanı bardağa çevirən polis və icra işçiləri haqqında ölçü götürülməlidir"

Hörmətli redaksiya, xahiş edirik bu yazını saytda yerləşdirəsiniz, bəlkə əlaqədar qurumlar nəticə çıxardılar:


Azerinfo.az xəbər verir ki, "bir müddət öncə Moderator.az Yasamal rayonunda Şərifzadə küçəsində təşkil olunmuş yarmarkanın zibillik və üfunət mənbəyinə çevrildiyini yazandan sonra rəsmilər əl-ayağa düşdülər, qısa zamanda yarmarkanı abıra saldılar, hətta ictimai qınaq yarmarkanın ərazisinə asfalt örtüyünün çəkilməsi ilə nəticələndi.

Bəli, bu çox təqdirəlayiq iş oldu. Yarmarkaya gəlib-gedənlər yolun palçıq olmasından cana yığılmışdılar. Bir iki həftə hətta təmizlik işləri aparıldı, amma asfalt örtüyü çəkiləndən sonra Yasamal yarmarkası 2 yerə bölündü. Bu bölünmə Kənd Təsərrufatı Nazirliyi ilə Yasamal Rayon İcra hakimiyyəti və yarmarkaya nəzarət edən polis əmkdaşlarının "səyi" nəticəsində baş verdi. Kənd Təsərufati işçiləri yarmarkaya ancaq lisenziyası olan şəxsləri buraxdığından, kənddən öz malını yarmarkaya gətirən savadsız vətəndaşlar qapı arxasında qalmalı oldular. Odur ki, yarmarkaya aid olmayan ərazidə ikinci yarmarka yaranıb. Bu qeyri-qanuni yarmaka isə Kənd Təsərrufatı yarmarkasının giriş yolunun hər iki tərəfində yerləşdirildiyindən əsl yarmarkaya giriş tamamilə mümkünsüz olub. Həm də bu qeyri-qanuni yarmarkadan küllü miqdarda pul yığırlar. Dəfələrlə Yasamal Rayon İcra başçısı İbrahim müəllim gəlib kənd təsərrüfatı yarmarkasına və hər yerdə səliqə-sahman görüb. Sadəcə onu aldadırlar. Yarmarkaya nəzarət edən icra işçiləri və polis əməldaşları əvvəlcədən məlumat alırlar ki, yarmarkaya vəzifəli şəxslər gələcək, tez yolu boşaldırlar, 200 metr məsafə, yəni əsl yarmarkaya giriş tər-təmiz təmizlənir və həmin vəzifəli şəxslər, elə İbrahim müəllim özü gəlib gedən kimi həmin nəzarətçilər yarmarkanı bölürlər və yenə də hər adamdan 20 manat alıb yolun hər iki tərəfini bağlayırlar. Nəticədə əhali bu cür özbaşına nəzarətçilərin ucbatından əziyyət çəkməli olur. Cənab prezident İlham Əliyevin göstərişi ilə yaradılan bu səliqəli yarmarkanı bardağa çevirən polis və icra işçiləri haqqında ölçü götürülməlidir. Prezidentin göstərişini ikiyə bölən bu dələduzlardan millətin canı qurtarsın. Yarmarkanın sonrakı aqibətini isə fotolarda görəcəksiniz. 5 gün yalançı yarmarka. Yarmarka təmizlənmir, ancaq zibil pulu adından hərədən 2 manat yığılır. Rabitə və Nəqliyyat Kolleci hal-hazırda təmirə başlayıb. Əsaslı işlər gedir. Yarmarkanın ikiyə bölünməyi nəticəsində zibil ortalıqda qalır...
Bu gün, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Bu gün, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Bu gün, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Bu gün, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Bu gün, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Bu gün, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Bu gün, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Bu gün, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Bu gün, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Bu gün, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Bu gün, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Bu gün, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Bu gün, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Bu gün, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Bu gün, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Bu gün, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Bu gün, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Bu gün, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Bu gün, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Bu gün, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Bu gün, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Bu gün, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
Dünən, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
Dünən, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
Dünən, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
Dünən, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
Dünən, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI