Bərdədə kafe sahibinin “jurnalist”liyi - VIDEO

Görəsən qadınların cinsi istismarına şərait yaratmaqla bərabər, onların cinsi zoraklığa da məruz qalmasına səbəbkar olan və gündəlik minbir hoqqalara qol qoyan Məzahir “bəy”in “jurnalist”liyinə nə ad vermək olar?
Regionlarda fəaliyyət göstərən əksər ictimai-iaşə obyektlərinin hansı yöndə fəaliyyət göstərmələri haqda, kifayət qədər məlumatlara malikik. Bu gün əksər kafelərin, istirahət mərkəzlərinin və digər ünvanların, əhaliyə nümunəvi xidmət göstərmələri hər kəsə bəlli olsa da, bəzilərinin fəaliyyətləri isə qaranlıq məqamlarla doludur. Belə ünvanlardan biri də, Bərdədə köhnə bazarın həndəvərində, daha dəqiq desək dəmiryol xəttinin yaxınlığında fəaliyyət göstərən “Dostluq” kafesidir. Yerli mənbəmizin verdiyi məlumatlarda bildirilir ki, birmərtəbəli olan kafenin bugünkü sahibi Mirzə adlı şəxsdir. Və informasiya mərkəzimizə çatdırılan məlumatlarda o da qeyd olunur ki, həmin şəxs kafeyə sahiblik etməklə bərabər, jurnalist vəsiqəsi də daşıyır. Elə ki, hər hansı KİV nümayəndəsi “Dostluq” kafesinə təşrif buyurur, bu zaman ürəyinin başında bərk-bərk sıxıb saxladığı jurnalist vəsiqəsini “baxın mən də jurnalistəm və burada yalnız yaradıcılıqla məşğul oluram” deyən Mirzə “bəy”in danışdıqlarını eşitdikcə, az qalırsan ki, baş götürüb bu məmləkətdən qaçasan. Onun belə bir danışıqları danışmasına səbəb isə o olur ki, qol qoyduğu qanunsuzluq əməllərini ört-basdır edə bilsin, necə deyərlər KİV nümayəndələrinin “Dostluq” kafesində baş verən həngamələrin ictimailəşməsinə imkan verməsin.
Maraqlı haldır ki, Mirzə adlı şəxsin sahiblik etdiyi “Dostluq” kafesində, gündəlik minbir hoqqalara qol qoyulsa da, yəni yaş həddindən asılı olmayaraq qadınların cinsi istismarına şərait yaradılmaqla bərabər, cinsi zoraklığa məruz qalmaları halları baş versə də, yerli hüquq-mühafizə orqanı əməkdaşları baş verənlərə göz yummaqda davam edirlər. Belə bir halların varlığı isə onu söyləməyə əsas verir ki, həqiqətən “Dostluq” kafesində yaşananlara səbəbkar, həm də Bərdənin hüquq-mühafizə orqanı əməkdaşlarıdırlar. Belə bir yanaşma həmin kafedə gündəlik baş verənlərin əhatə dairəsinin genişlənməsinə, milli-mənəvi əxlaqımızın tapdaq altına atılmasına, bir sözlə minbir hoqqaların baş verməsinə də səbəb olur.
Diqqəti cəlb edən hal həm də o olur ki, Məzahir adlı şəxsə qol qoyduğu həngamələr haqda irad bildirdikdə, o, bir kimsədən çəkinmədən, ehtiyat etmədən “mən sizləri vecimə almıram, çünki arxamda yüksək çinli vəzifə sahibləri dururlar” deyə cavab verir. Hətta, onun danışıqlarının hədə-qorxudan, verdiyi cavabların isə söyüşdən, ifadə olunması mümkün olmayan sözlərdən ibarət olduğunu dinlədikcə, sanki dəhşətə gəlirsən.
Məlumatlı mənbə onu da vurğulayır ki, Mirzə adlı şəxs sahiblik etdiyi “Dostluq” kafesində 4 qızla işləyir ki, həmin qızlardan biri ofisant, digərləri isə müştəri “xidməti”ndə sərasər dayananlardırlar. Və müştəri “xidməti”ndə sərasər dayananlar üçün, müəyyən şəraiti olan iki “kupe” də var. “Kupe”lərdən biri ümumi zala daxil olduqda sol tərəfdə, digəri isə kafenin arxa hissəsində yerləşən axırıncı otaqda yerləşir. Hətta bunlar azmış kimi, Mirzə“bəy”in müştərilərə kənar ünvanlardan sifariş əsasında “xanım”lar gətirməsi haqda da, müəyyən məlumatlara malikik. Belə bir addımların atılmasında isə, kafeyə yaxın ərazidə “taksi” fəaliyyəti ilə məşğul olan Çiçək adlı xanımın da, xüsusi rolu olur. Mənbə onu da bildirir ki, Mirzə “bəy”lə Çiçək adlı xanımın işbirliyi, bəzən hansısa “xanım”ların “qurban” verilməsi ilə də nəticələnir. Məsələn, əldə etdiyimiz məlumatlarda o da bildirilir ki, təqribən bir neçə gün bundan əvvəl, hər iki “işbaz”ın işbirliyi, hələlik adının çəkilməsini istəmədiyimiz bir “xanımın “qurban” verilməsilə də nəticələnib. Hətta əldə etdiyimiz məlumatlarda o da bildirilir ki, kafedə müştərilərə göstərilən xidmətin müqabilində, çox zaman kassa aparatı işləmədiyindən heç bir qəbz-filan verilmir. Belə bir addımların atılması isə, kafe sahibinə vergidən yayımağa əməlli başlıca imkanlar yaradır. Yəni, açıq-aydın Məzahir bəy dövlətə qarşı “xəyanət” edir.
Hər kəsi təəccüb içində qoyan başqa bir hal da ondan ibarətdir ki, Mirzə “bəy”ə qol qoyduğu həngamələri çatdırdıqda, onun müdafiəçisi rolunda çıxış edən “El həkimi” qəzetinin təsisçisi, cənab Zöhrab müəllimin baş verənləri ötr-basdır etməyə çalışmasıdır. “Bilirsiniz, həmin kafe mənə bağlı şəxsə məxsusdur və orada hansısa şərait yaratmadan, cinsi istismardan,cinsi zoraklıqdan və.s söhbət gedə bilməz” deməsi də, böyük şübhələrə yol açır. Necə bəyəm! Deməli əldə olunan məlumatlar, əksəriyyətin danışdıqları, kafedə həyata keçirilən çəklişlər yalandır, amma “El həkimi” qəzetinin təsisçisinin, bir də ki, Mirzə “bəy”in danışdıqları düzdür. Təəssüf hissi doğuran haldır ki, hansısa KİV nümayəndəsi belə bir ünvanı himayə edir və qarşı tərəfi də yalan danışmaqda suçlayır.
P.S. Hörmətli oxucular! “Dostluq” kafesində yaşanan olaylar barədə məlumatlar daxil olduqdan sonra, çalışdıq ki, Mirzə“bəy”lə əlaqə saxlayaq və problemlərin mahiyyətini onun diqqətinə çatdıraq. Təəssüflər olsun ki, ona məxsus mobil telefona zəng çatmadığından məcbur olduq ki, daxil olan məlumatları bitərəfli qaydada dərc edək. Dərc etdiyimiz açıqlamaların işıq üzü görməsinə baxmayaraq, bu gün də qarşı tərəfi dinləməyə və mövqeyini dərc etməyə hazırıq.
Yaxın günlərdə isə, sizləri “Dostluq” kafesində yaşanan olaylar barədə daha ətraflı açıqlamalarla məlumatlandırmağa çalışacağıq.
Teymur Hüseynoğlu
Bu gün, 14:45
İlham Əliyev İranın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib
Bu gün, 14:22
Azərbaycanda yeni enerji bumu gözlənilirmi?
Bu gün, 14:00
İranın "səltənət postu" hədəfdə: Arzuolunmaz liderlik kreslosu
Bu gün, 13:36
İranda müharibənin acı üzü: 1000-dən çox mülki şəxs həlak olub
Bu gün, 13:04
DYP vətəndaşlara müraciət etdi: etibar etməyin
Bu gün, 12:29
ABŞ ordusunda yas: İran dronunun öldürdüyü dörd hərbçinin fotoları yayıldı
Bu gün, 12:21
Bayramlara görə pensiyalar tez ödəniləcək
Bu gün, 11:48
Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək
Bu gün, 11:41
Bu günədək Azərbaycan vasitəsilə İrandan 1161 nəfər təxliyə olunub
Bu gün, 11:29
Avropalı liderdən İran xəbərdarlığı: "Hamımızı öldürəcək, Avropa cəhənnəmə dönəcək"
Bu gün, 11:09
"Müctəba axır ki, istədiyinə çatdı" - İranın yeni ali lideri
Bu gün, 10:24
Son Dəqiqə: İranın İsrailə qarşı raket zərbələri davam edir
Bu gün, 10:19
Azərbaycan neftinin qiyməti 86 dolları keçib
Bu gün, 10:10
İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
Bu gün, 09:47
Son Dəqiqə: ABŞ indi də bu ölkədə hərbi əməliyyatlara başladı
Bu gün, 09:31
SEPAH-ın Qüds qüvvələrinin komandari MOSSAD agenti çıxdı
Bu gün, 09:25
ABŞ bu ölkədəki səfirliyini bağlayır
Bu gün, 09:11
Novruz ərəfəsi bazarda QİYMƏTLƏR
Bu gün, 09:00
Avropanı gözləyən “qorxunc ssenari” reallaşır: Üçüncü Dünya Müharibəsinin gizli mərhələsi artıq başlayıb
Dünən, 16:00
İran "bağlıdır" deyir, ABŞ isə "bağlı deyil" - DİLEMMA
Dünən, 15:30
Məktəbin bombalanması nəticəsində ölən 160 şagirdə məzar qazıldı - FOTO
Dünən, 14:22
Çin Hörmüzə görə İrana ÇAĞIRIŞ ETDİ
Dünən, 14:00
Paşinyan və Anna buna görə ayrılıb - ŞOK İDDİA
Dünən, 11:53
İrandan bəzi məhsulların ixracına - Qadağa
Dünən, 11:48
Baş nazirdən aksiyalarla bağlı - Qərar
Dünən, 11:15
Tramp: Əgər mən olmasaydım, dünya indi tamam başqa cür olardı
Dünən, 11:00
Bakıda üçüncü yerüstü metro stansiyasının istifadəyə veriləcəyi tarix açıqlandı