"Ermənilərlə rusların münasibəti itin öz quyruğunu idarə etməsinə bənzəyir"- FOTO
Jurnalist həmkarımız Ülkər Musazadə Moderator.az-a olduqca ibrətamiz və millət adına utancverici bir yazı göndərib. Mühakimə yürütməyi oxucuların ixtiyarına buraxırıq:
"16 yanvar idi. Rusiyanın tanınmış politoloqu, jurnalisti, yazıçısı və publisisti Aleksandr Fomenkov 20 yanvar hadisəsələrindən 25 il ötməsi ilə bağlı Azərbaycana gəlməsi üçün ona yardım etməyi məndən xahiş etdi. İnanın mənə, bir rusun dövlətçiliyimiz və Azərbaycan xalqı üçün bu qədər canfəşanlıq etməsi həm xoşuma gəldi, həm də məni qürurlandırdı. O dedi ki, ən böyük arzusu 20 yanvarda şəhid olanların məzarlarını ziyarət etməkdir. Azərbaycan şəhidlərini ziyarət edib onları qətlə yetirənlərə lənət oxumaq istəyən bu rusun gəlməsinə yardım edəcəyimi söylədim. Amma necə və nə cür yardım edəcəyimi bilmirdim. Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinə müraciət etsəm də bir cavab gəlməmişdi. Daha sonra onun ermənilərə olan nifrətini və Azərbaycanlılar haqqında olan fikirlərini işıqlandırmaq, ictimailəşdirmək məqsədi ilə Trend.az-a, Lider.Tv-yə və bir neçə mediada sözü keçən əsl jurnalistlərə müraciət edərək, dəstək istədim. Əfsuslar olsun ki, heç kəs yardım etmək istəmədi. Mənə məlum olmayan məqam ondan ibarət idi ki, daim dünyaya duyurmaq istədiyimiz bir gün haqda qanımızdan, canımızdan olmayan bir rus elə öz rusunu qınayacaqdı... amma nədənsə buna heç kəs əhəmiyyət vermirdi. Aleksnadr Femenkova onun 20 yanvarda Şəhidlər Xiyabanını ziyarət etməsi üçün əlimdən gələni edəcəyimi söyləmişdim. Amma deyəsən inandırıcı deməmişdim. Çünki üstündən bir neçə dəqiqə sonra Aleksandr Fomenkov öz facebook səhifəsində onun 20 yanvar günü Bakıya gəlməsi üçün yardım edilməsini istəmişdi. Bir xeyirxah və xaricdə yaşayan azərbaycanlımız ona həmin gün müəyyən məbləğdə pul göndərməsini söz vermişdi.
O Azərbaycan Rusiya münasibətlərindən danışarkən adət almış bütün politoloqlar kimi iki ölkə arasındakı münasibətləri tərifləmədi, əksinə, pərdəarxası məqamlara toxundu: "Bilirsiniz, mən Rusiya Azərbaycan münasibətlərində ikili standartlar görürəm. Daha dəqiq desək ögeylik hiss olunur. Rusiya XİN başçısı Sergey Lavrova böyük hörmətim var. O böyük siyasətçi və güclü diplomatdır. Amma nəzərə alsaq ki, onun bir tərəfi ermənidir və o azərbaycanlılara qarşı heç də ürəkaçan mövqe sərgiləmir. Hətta bu erməni qanı onun iki dövlət arasında obyektiv mövqe bildirməsinə də mane olur. Ümumiyyətlə, Rusiya Xarici İşlər Nazirliyində erməni lobbisinin təsiri güclüdür, deyə düşünürəm. Bu da Rusiyaya Azərbaycan adına gərəkli addımlar atmağa mane olur".
Aleksandr Fomenkov Xocalıdan və 20 yanvar hadisələrindən də danışdı: "Bu gün Gümridə bir ailə qətlə yetirilib. Bu erməni də olsa çox acı bir faciədir. Amma gəlin digər tərəfdən diqqət yetirək, bu sadəcə bir erməni ailəsinin qətlidir. Faciəvi şəkildə ölümüdür. Xocalı soyqrımında isə minlərlə belə ailə qətlə yetirilib. Lakin buna görə orada qətlə yetirilənlərə görə heç kəs cəzalandırlmayıb. Bu haqsızlıqdır. 20 yanvar şəhidlərini ziyarət etməyi özümə borc bildim. 20 yanvar hadisəsi Sovet İttifaqının tarixində bir qara ləkə kimi qalacaq. Bu Sovet İttifaqının böyük səhvi idi. Allah bütün şəhidlərə rəhmət eləsin!"
Aleksandr Fomenkov daim Kremlin danişan dili kimi vəsv edilən Aleksandr Duqinin ermənipərəst mövqeyinin birdən-birə dəyişməsinin səbəblərinə də toxundu: "A. Duqin mövqeyini çoxdan dəyişməli idi. Ermənilər haqda mən ötən dəfə sizə müsahibəmdə də demişdim. Ermənilərlə rusların münasibəti sanki itin öz quyruğunu idarə etməsinə bənzəyir. Bu isə çox iyrənc bir görüntü sərgiləyir. Hər halda, Duqin də bu iyrəncliyin gec də olsa fərqinə varıb".
Daha sonra Aleksandr Fomenkovla xatirə şəkili çəkdirdik. Çox maraqlı bir görüş alınmışdı. Ermənilərin əleyhinə olan hər kəs mənim dostumdur! Hesab edirəm ki, müharibə şəraitində yaşayan hər bir azərbaycanlı. Hələ üstəlik jurnalist bu cür prinsiplə çalışmalıdır."
http://moderator.az/
Bu gün, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Bu gün, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Bu gün, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Bu gün, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Bu gün, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Bu gün, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Bu gün, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Bu gün, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Bu gün, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Bu gün, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Bu gün, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Bu gün, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Bu gün, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Bu gün, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Bu gün, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Bu gün, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Bu gün, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Bu gün, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Bu gün, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Bu gün, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Bu gün, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Bu gün, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
Dünən, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
Dünən, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
Dünən, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
Dünən, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
Dünən, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI