Con Kerri də daxil olmaqla, bir qrup senatorun 20 yanvar 1990-cı il ərəfəsində Qorbaçova ünvanladığı ermənipərəst müraciəti ortaya çıxıb
Gundem
Oxunub: 2 361
20 yan 2015 | 14:17
Con Kerri də daxil olmaqla, bir qrup senatorun 20 yanvar 1990-cı il ərəfəsində Qorbaçova ünvanladığı ermənipərəst müraciəti ortaya çıxıb"Erməni azlıqların qətlinin, o cümlədən bu regionda digər zorakılıq hallarının qarşısının alınması üçün Sizdən bütün zəruri tədbirlərin görülməsini xahiş edirik"

Ermənistan-Azərbaycan münaqişəsi, habelə SSRİ rəhbərliyi tərəfindən azərbaycanlılara qarşı törədilən haqsızlıqlarla bağlı yeni fakt ortaya çıxıb.
Bu fakt Dağlıq Qarabağın işğalının və Ermənistanın tərkibinə keçirilməsi cəhdlərinin arxasında həm də ABŞ-ın durduğunu təsdiq edir.
Məlum olub ki, 1990-cı il yanvarın 18-də ABŞ Konqresinin bir üzvü SSRİ rəhbəri Mixail Qorbaçova müraciət edib.
APA-nın "Karabakhrecords.info" saytına istinadən verdiyi məlumata görə, amerikalı senatorların müraciətində son 6 gün ərzində azərbaycanlılardan ibarət qruplar tərəfindən Azərbaycanda erməni əhalinin qətlə yetirilməsi, Bakının erməni əhalisinin əmlakının qarət edilməsindən ciddi narahatlıq ifadə olunur. Bildirilir ki, öldürülən 60 nəfər və yaralanan 156 nəfərin əksəriyyəti ermənidir. Habelə son hadisələr nəticəsində 4000-dək erməni qaçqın vəziyyətinə düşüb.
Müraciətdə deyilir ki, Azərbaycana göndərilən sovet zabitləri vəziyyəti vətəndaş müharibəsi kimi təsvir ediblər.
“Biz erməni azlıqların qətlinin, o cümlədən bu regionda digər zorakılıq hallarının qarşısının alınması üçün Sizdən bütün zəruri tədbirlərin görülməsini xahiş edirik. Vətəndaş sülhünün bərpa olunması ilə yanaşı, ümid edirik ki, öz vətəninə getmək istəyi olan ermənilərin bu regiondan təhlükəsiz köçməsini təmin etmək də sovet rəhbərliyinin məqsədi olacaq. Ümid edirik ki, Siz həmçinin bir çox amerikalı və digər əcnəbilərin işləməyə davam etdikləri zəlzələ zonasında Qarabağ və Ermənistanın iqtisadi blokadasını aradan qaldıracaqsınız. Azərbaycan əhalisinin dəhşətli dərəcədə hiddətlənməsi 160 min Dağlıq Qarabağ ermənisinin Ermənistanla birləşməsinin zəruriliyini bir daha önə çəkir. 70 il ərzində Azərbaycan hökuməti yalnız region əhalisinin mədəni hüquqlarını məhdudlaşdırmağa, habelə region əhalisinin 60%-nı təşkil edən Dağlıq Qarabağ ermənilərinin iqtisadi diskriminasiyasına nail olub. Biz Sizdən təkidlə xahiş edirik ki, baş verən faciəni Qarabağ xalqının Sovet dövləti çərçivəsində gələcək siyasi və mədəni mənsubiyyətini seçmək hüququnu tanımaqla həll edəsiniz”, - deyə müraciətdə qeyd olunur.
Maraqlıdır ki, müraciəti imzalayan senatorlar arasında ABŞ-ın indiki dövlət katibi Con Kerri də olub. Bundan başqa, müraciəti senatorlardan Pit Uilson, Pol Seymak, Lerri Breksler, Kleyborn Pell də imzalayıblar.
Yanvarın 19-da isə Moskvada ABŞ Senatının xarici işlər üzrə alt komissiyasının sədri, senator Kleyborn Pellin SSRİ-nin xarici işlər naziri Eduard Şevardnadze ilə görüşü olub. Söhbət əsnasında K. Pell deyib ki, Sovet rəhbərliyi Azərbaycana erməni Qarabağı üzərində gələcək nəzarəti həyata keçirməyə imkan verməməlidir.
"Mən azərbaycanlıların qəddarlığından və SSRİ-də erməni talanlarından son dərəcə sarsılmışam. Sovet hökuməti erməni əhalisinin təhlükəsizliyini təmin etmək üçün bütün tədbirləri görməlidir. Sovet hökuməti həmçinin Dağlıq Qarabağı Azərbaycanın tərkibindən çıxarmalıdır. Dağlıq Qarabağ üzərində gələcək nəzarəti Azərbaycanın əlində saxlamasına icazə vermək vəziyyəti daha da gərginləşdirmək deməkdir", - deyə K. Pell vurğulayıb.
Bu gün, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Bu gün, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Bu gün, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Bu gün, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Bu gün, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Bu gün, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Bu gün, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Bu gün, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Bu gün, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Bu gün, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Bu gün, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Bu gün, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Bu gün, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Bu gün, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Bu gün, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Bu gün, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Bu gün, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Bu gün, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Bu gün, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Bu gün, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Bu gün, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Bu gün, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
Dünən, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
Dünən, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
Dünən, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
Dünən, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
Dünən, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI