Gəncədə "20 Yanvar" şəhidlərinin xatirəsi anılıb - Foto
Anım tədbirində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev "Şəhidlər Abidə Kompleksi" önünə əklil qoyub. Azərbaycanın Dövlət Himni səsləndirilib və şəhidlərin ruhuna dualar oxunub. Daha sonra çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev müstəqilliyimiz uğrunda canlarından keçən vətən övladlarının xatirəsinin xalqımız tərəfindən daim uca tutulduğunu bildirib.
İcra Başçısı 25 il bundan öncə törədilən "20 Yanvar" hadisəsini təkcə hüzn günü kimi yox, eyni zamanda qürur və qəhrəmanlıq günü kimi dəyərləndirib.
Elmar Vəliyev qeyd edib ki, "20 Yanvar" hadisələri xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz idi. Lakin Azərbaycan xalqı öz qürurunu itirmədi, onun iradəsi qırılmadı. Xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvar eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir:
"Biz "20 Yanvarı" milli matəm, hüzn günü kimi qeyd edirik, ancaq o müdhiş gecəni həm də iftixar hissi ilə xatırlayırıq. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törədilmiş cinayət, tökülmüş nahaq qanlar, insanların vəhşicəsinə qətlə yetirilməsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədi. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət xalq kütlələrini daha da birləşdirdi, onların mübarizliyini daha da artırdı. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Məhz bu əzmin, iradənin sayəsində xalqımız müqəddəs arzusuna çatdı, milli azadlığına qovuşdu. Azərbaycan müstəqil dövlət kimi dünya birliyinə daxil oldu".
Elmar Vəliyev vurğulayıb ki, Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Gəncə şəhərində şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün lazımi şərait yaradılıb. Onların mənzil təminatı yaxşılaşdırılır və problemləriaradan qaldırılır. İcra başçısı bildirib ki, yaxın zamanlarda “Şəhidlər Xiyabanı”nda üç rəngli Azərbaycan bayrağı da dalğalanacaq.
Şəhid anası Zenfira Əliyeva və 20 yanvar hadisələri şahidləri Prezident İlham Əliyevə və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə şəhid ailələrinə göstərdikləri hərtərəfli qayğıya görə şəhid ailələri adından minnətdarlıq bildirib.
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və şəhid ailələri İctimai Birliyinin Gəncə şəhər şöbəsinin sədri Almaz Aşurov və Qafqaz müsəlmanları idarəsinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Tahir Abbasov şəhidlərə Allahdan rəhmət diləyib. Azərbaycan bayrağının işğal olunmuş torpaqlarımızda dalğalanmasını arzu ediblər.
Çıxışlardan sonra şəhid məzarlarını ziyarət edən İcra başçısı məzarlar önünə tər qərənfillər düzüb. Şəhidlərin ruhuna Allahdan rəhmət diləyib. Şəhid ailələrinin problemləri və qayğıları ilə maraqlanıb. Gəncənin 8 nəfər "Milli Qəhrəman"ının və şəhidlərinin adının əbədiləşdirildiyini bildirib.
Qeyd edək ki, Gəncədə Azərbaycan torpaqlarının suverenliyi uğrunda şəhid olan və itkin düşənlərin xatirəsinə salınmış "Şəhidlər Xiyabanı" Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə 2012-ci ildə əsaslı şəkildə yenidən qurulub. Xiyabanda eyni formada, qara mərmərdən olan 368 şəhid məzarı yerləşir. Eyni zamanda, qəbiristanlıqda dəfn edilən 49 naməlum əsgərin məzarı da yeni görkəmə salınıb. Bundan başqa xiyabanda yenidənqurma işləri çərçivəsində şəhidlərin ruhunu əbədiləşdirmək üçün səkkiz guşəli, hündürlüyü 25 metrə çatan “Şəhidlər Abidə Kompleksi”də ucaldılıb.

http://www.ganjanews.az

Bu gün, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Bu gün, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Bu gün, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Bu gün, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Bu gün, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Bu gün, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Bu gün, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Bu gün, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Bu gün, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Bu gün, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Bu gün, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Bu gün, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Bu gün, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Bu gün, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Bu gün, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Bu gün, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Bu gün, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Bu gün, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Bu gün, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Bu gün, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Bu gün, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Bu gün, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
Dünən, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
Dünən, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
Dünən, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
Dünən, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
Dünən, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI