Qarabağ savaşı başlaya bilər
Gundem
Oxunub: 1 826
19 yan 2015 | 21:25
Qarabağ savaşı başlaya bilərMünaqişə həll olunmasa, hərbi əməliyyatlar başlayacaq

Biz Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini bütün platformalarda dəstəkləyirik.

ANS PRESS-in məlumatına görə, bunu APA-nın Dağlıq Qarabağ cəbhəsində gərginliyin artması, danışıqların kəsilməsi və ATƏT-in Minsk Qrupunun fəaliyyətindəki nəticəsizliklə bağlı sorğusuna cavab olaraq ATƏT-in Minsk Qrupunun üzvü olan Türkiyə dövlətinin Xarici İşlər Nazirliyinin İnformasiya idarəsindən bildiriblər.

“Nə qədər ki, bu münaqişə həll olunmayıb, regionda sülh və təhlükəsizlik üçün ciddi təhdidlər və hərbi əməliyyatların yenidən başlanması üçün zəmin qalacaq. Ötən ilin iyul və avqust aylarında xeyli insan itkisinə səbəb olan qarşıdurmalar, 12 noyabr tarixində işğal olunmuş ərazilərdə helikopterin vurulması ilə bağlı insident bunu təsdiqləyir. Bu insidentlər, eləcə də gərginliyin davam etməsi bizə vəziyyətin dəyişkənliyini göstərir. Gələcəkdə bu cür toqquşmalardan qaçmaq üçün Dağlıq Qarabağ münaqişəsinin dinc, təcili həll yolunu tapmaq lazımdır”, – deyə Türkiyə XİN-in rəsmi nümayəndəsi söyləyib. O qeyd edib ki, Türkiyə ATƏT-in Minsk Qrupunun üzvü və bölgədə qonşu ölkə kimi, bu münaqişənin sülh yolu ilə, danışıqlar vasitəsilə həll olunmasını istəyir: “Təəssüf ki, 20 ildən çox davam edən münaqişənin sülh yolu ilə həlli üçün çalışan ATƏT-in Minsk Qrupu hələ konkret nəticə göstərməyib. Artıq Minsk Qrupunun nizamlanma istiqamətində daha fəal rol oynamasının vaxtı çatıb. Biz həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin bitməsi üçün səylərini artırmağa çağırırıq. Prezidentlər səviyyəsində görüşlərin ötən il impuls qazanmasını alqışlayırıq. Ümid edirik ki, bu dialoq 2015-ci ildə də davam edəcək və ciddi nəticələr verəcək”.

Diplomat əlavə edib ki, Türkiyə münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü çərçivəsində həll olunmasını, Ermənistan qoşunlarının işğal altındakı ərazilərdən çıxarılmasını tələb edir: “Biz Dağlıq Qarabağ kontekstində hər platformada Azərbaycanın yanındayıq. Bu münaqişə bizim siyasi prioritetlərimizdən biri və ölkələrimiz arasındakı yüksək səviyyəli səfərlərin gündəliyində duran məsələdir. Azərbaycan və Türkiyə prezidentlərinin həmsədrliyi ilə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının yanvarın 15-də baş tutan görüşündə də Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə mövzularından biri olub”.
Bu gün, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Bu gün, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Bu gün, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Bu gün, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Bu gün, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Bu gün, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Bu gün, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Bu gün, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Bu gün, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Bu gün, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Bu gün, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Bu gün, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Bu gün, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Bu gün, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Bu gün, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Bu gün, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Bu gün, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Bu gün, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Bu gün, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Bu gün, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Bu gün, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Bu gün, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
Dünən, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
Dünən, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
Dünən, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
Dünən, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
Dünən, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI