Qazaxda milli qəhrəmanın və şəhidlərin ruhuna hörmətsizlik olunur

Diqqəti cəlb edən hal odur ki, icra hakimiyyətinə məxsus binadan təqribən 70-80 metr aralı məsafədə yerləşən və milli qəhrəman Şamoy Çobanovun, polis şəhidlərinin, həmçinin 20 Yanvar şəhidlərinin adını daşıyan və cəmi 3 dənə olan bulaq bərbad haldadır. Hər gün həmin ərazilərdən ötüb-keçən vəzifəli şəxslər isə, ümumi mənzərənin hansı görkəmdə olduğunu görsələr də, bəslədikləri bəlli münasibətləri ilə, əslində milli qəhrəmanın və şəhidlərin ruhuna hörmətsizlik etmiş olmurlarmı?
Tarixən hər bir xalq özünün qəhrəman oğul və qızları ilə öyünmüş, hətta iftixar hissi də keçirmişlər. Azərbaycan xalqı da, dünya xalqlarının bir parçası olaraq bəşər tarixində hər zaman xüsusi rola malik olmuş, övladlarının yaratdıqları xariqələrlə ad-san da qazanmışdır. Istər ötən əsrlərdə, istərsə də yaxın tariximizdə baş verən hadisələr bir daha sübut edir ki, Azərbaycan xalqı qürurlu xalqdır, onun başını uca edən isə, qoynunda böyüyüb boya-başa çatdırdığı oğul və qızlarıdır. Bir anlığa fikir verək.Yaxın tariximizdə baş verən hadisələrdə, o cümlədən istər milli müstəqilliyimizin əldə olunmasında, istərsə də ərazi bütövlüyümüzün qorunması uğrunda aparılan mübarizələrdə, xalqımız nə qədər qanlar axıtsa da, amma milli qürur hissini itirmədi. Aparılan mübarizələrdə igid ərənlərimiz elə bir qəhrəmanlıqlar göstərdi ki, sanki onların oynadıqları rol, tariximizin qəhrəmanlıq səhifəsinə birdəfəlik həkk olundu.
Bəs bu gün əmin-amanlıq şəraitində yaşadığımız bir vaxtda, siyasi sabitliyin mütləq olduğu tarixi bir zamanda, canını Vətən, xalq yolunda sipər edənlərə münasibət necədir? Elə bu necəliyin nəticəsidir ki, hələ bir neçə gün bundan əvvəl Qazax rayonunda olduq və üzləşdiyimiz mənzərəni gördükcə dəhşətə gəldik. O halda bilib başa düşdük ki, bu gün Qazax rayon rəhbərliyi başda olmaqla, problemlərin valığına cavabdehlik daşıyan vəzifə sahibləri ətraf ərazilərdəkilər qalsın bir yana, rayonun mərkəzi hissəsində yerləşən və cəmi 3 dənə olan bulağa ən böyük hörmətsizlik edirlər. Hansı ki, həmin bulaqlardan biri milli qəhrəman Şamoy Çobanovun və polis şəhidlərinin xatirəsinə, digəri polis şəhidlərinin, başqa birisi isə 20 Yanvar şəhidlərinin xatirəsinə əbədləşdirilmişdir. Təəssüf doğuran hal odur ki, avtovağzala gedən mərkəzi magistral yolun üstündə yerləşən və baxımsızlıq ucbatından bərbad halda olan bulaq, milli qəhrəmanımız Şamoy Çobanovun adını daşıyır. Qazax rayon Polis Şöbəsinin köhnə inzibati binası ilə üzbəüz olan bulaq isə, canını Vətən, xalq yolunda şəhid edən polis şəhidlərinin adını daşıyır. İcra hakimiyyətinə məxsus binanın təqribən 30-40 metrliyində yerləşən bulaq isə, 20 Yanvar şəhidlərinin adını daşıyır. Diqqəti cəlb edən hal odur ki, hal-hazırda 20 Yanvar faciəsi ilə bağlı hər yerdə hazırlıq işləri görülür, müəyyən tədbirlər proqramı işlənib hazırlanır. Məqsəd o olur ki, faciə qurbanlarının xatirəsi unudulmasın, bir daha yada salınsın. Elə bu səbəbdən də, hansı şəhər və rayonda 20 Yanvar faciəsi qurbanlarının adını daşıyan küçələr varsa, bu gün həmin küçələrdə təmizlik işləri aparılır, bulaqlar varsa təmir olunur, abidələri ucaldılıbsa nəzər-diqqət onlara yönəldilir.
Bütün bunların qarşılığında isə, milli qəhrəman və səhid adını daşıyan bulaqlara Qazax rayon rəhbərliyi başda olmaqla, digər vəzifə sahibləri də sanki qənim kəsilmişlər. Bəlli münasibət bu cür olmasaydı, yəqin ki, rayonun mərkəzi hissəsində yerləşən və cəmi 3 dənə olan bulaq, belə bir görkəmdə olmazdı.
Bir faktı da qeyd edək ki, şəhid bulaqlarına bəslənilən bəlli münasibət digər şəhər və rayonlarda da yaşandığından, hələ bir neçə gün bundan əvvəl Xəzər televiziyasında bu yöndə tənqidi açıqlamalar verilmişdir. 04 yanvar 2015-ci il tarixdə verilən verlişdə, Mingəçevir və Göyçay şəhərlərində yaşanan problemlərin varlığına cavabdehlik daşıyan şəxslər tənqid olunduqdan sonra, biz elə başa düşdük ki, Qazax rayon rəhbərliyi həmin tənqiddən bir nəticə çıxaracaq. Amma, çox təəssüflər olsun ki, bu belə olmadı. Necə deyərlər, bəslənilən münasibət yenə də yaşadıldı.
Milli qəhrəmanın və şəhidlərin adını daşıyan bulaqların baxımsızlıq ucbatından bərbad halda olması, onu söyləməyə əsas verir ki, bəli bu gün Qazax rayon rəhbərliyi belə bir məsələlərdə olduqca unutqandır. Əgər bu belə olmasaydı, o halda gündəlik yüzlərlə, minlərlə insanın gəlib-keçdiyi yerdə olan bulaqlar, belə bir görkəmdə olmazdı. Rəhbərliyin bəlli münasibəti, yəqin ki, hər kəsi sızıldadır, milli ruhu olanların milli ruhunu azacıq da olsa sındırır, tam əksəriyyəti özünə qapanmağa sövq edir. Odur ki, biz belə bir münasibəti qəbul etmirik və rəhbərliyi bu cür idarəsizlikdə, bacarıqsızlıqda, Vətəninə, xalqına ögey münasibətdə, daha dəqiq desək milli qəhrəmana və şəhid ruhuna hörmətsizlikdə qınayırıq. Bu bizim haqqımız, vətəndaş təəssübkeşliyimizdən irəli gələn yanaşmamızdır.
Hörmətli oxucular! Rayon ərazisində yaşanan digər problemlərin də varlığını, daim qabartmağa çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.
Elman Nuroğlu



Bu gün, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Bu gün, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Bu gün, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Bu gün, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Bu gün, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Bu gün, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Bu gün, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Bu gün, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Bu gün, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Bu gün, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Bu gün, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Bu gün, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Bu gün, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Bu gün, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Bu gün, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Bu gün, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Bu gün, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Bu gün, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Bu gün, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Bu gün, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Bu gün, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Bu gün, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
Dünən, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
Dünən, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
Dünən, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
Dünən, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
Dünən, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI