Azərbaycanda bu insanlara evlənmək – QADAĞANDIR
“O cinayət məsuliyyəti daşıyacaq”
2014-cü il oktyabrnda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə dəyişiklik edildi.
Həmin qanuna əsasən Ailə Məcəlləsinin 13-cü maddəsi yeni varinatda verildi. Bu maddə nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi haqqındadır. Əvvəlki variantda Ailə Məcəlləsinə əsasən nikaha daxil olan tərəflərin nikahdan öncə tibbi müyaniədən keçməsi öz əksini tapsa da bu könüllü idi.
Dövlət başçısı tərəfindən verilən fərman bu sahədə insanların qarşılaşdığı problemləri azalda biləcəkmi?
Azerinfo.az xəbər verir ki, Ailə, qadın, uşaq problemləri üzrə Dövlət Komotəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova Modern.az-a açıqlamasında bildirib ki, edilən dəyişiklik baş verən ciddi problemlərin aradan qaldırılmasında mühüm rol oynayacaq:
“Son zamanlar ailələrdə olan problemlər, xüsusilə boşanmaların səbəbləri araşdırılarkən müəyyən edildi ki, nikaha daxil olacaq şəxslərin öncədən müayinədən keçməsi olduqca vacibdir. Bu həm tərəflərin hüquqları, həmçinin ailədə dünyaya gələcək uşaqların sağlamlığı, ailənin bütövlüyünü qorunması baxımından vacibdir.
Statistika göstərir ki, boşanmaların əksəriyyətinin səbəbi sonsuzluq və ya təhlükəli xəstəliklərin aşkarlanması, eyni zamanda qüsurlu körpələrin doğulması ilə bağlıdır.
Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi 2007-ci ildən bu məsələ ilə bağlı öz təkliflərini Milli Məclisə təqdim etmişdi. Nəhayət ki, 2014-cü ildə Ailə Məcəlləsinin 13-cü maddəsinə bu dəyişikliklər edildi”.
Komitə rəsmisi bildirib ki, baş verən dəyişliklərə əsasən nikaha daxil olmaq istəyən şəxslər qeydiyyat şöbələrinə öz ərizələrilə bərabər, tibbi müayinədən keçdiyini təstiq edən arayışı da təqdim etməlidir:
“Həmin arayışda şəxslərin tibbi müayinədən keçdiyi təstiq olunmalı, lazımi tibbi məsləhətlərin verildiyi də öz əksini tapmalıdır. Lakin nəticə barədə digər tərəfin məlumatlandırılması könüllüdür. Bildiyiniz kimi insanın sağlamlıq durumu barədə informasiyalar fərdidir, konfedensialdır, eyni zamanda həkim sirridir. Nikaha daxil olan digər şəxsin bu məsələni bilməsi könüllü formada həyata keçirilir.
Edilən dəyişiklikdən sonra nikaha daxil olmaq istəyən şəxslər konkret olaraq müəyyən olunmuş xəstəliklər üzrə müayinədən keçməlidirlər:
Hazırda həmin xəstəliklərin siyahısı təstiq edilməsə də, çox güman ki, AİDS, immun çatışmazlığı, narkomaniya, dəri-zöhrəvi xəstəliklərinin adı orada öz əksini tapacaq. Qanunverciliyə görə bir şəxsin digərini SPİD, yaxud dəri-zöhrəvi xəstəliklərinə yoluxdurması cinayət məsuliyyəti deməkdir və buna görə nikah etibarsız sayıla bilər”.
T.İbrahimova onu da qeyd edib ki, Prezindetin fərmanı ilə müvafiq qurumlara tapşırıq verilib: “Səhiyyə Nazirliyində tibbi müayinədən keçmə qaydası və müayinə ediləsi xəstəliklərin siyahısı hazırlanır. Müvafiq qurumlarla razılaşdırıldıqdan sonra təstiq ediləcək.
Son zamanlar gənclər arasında sorğular aparmışdıq. Nəticələr göstərirdi ki, gənclər də bunu arzulayır. Düşünürəm ki, nikaha daxil olmaq istəyən şəxs tibbi müayinədən keçdikdən sonra problemləri barədə məlumatlı olacaq, zamanında həyata keçirlən müalicələrdən sonra riskləri azaldacaq”.
Bu sahədə baş verə biləcək özbaşınalıqlar, səhlənkarlıqlara gəldikdə komitə rəsmisi qeyd etdi ki, həmin arayışı verən həkim birbaşa məsuliyyət daşıyacaq: “Ona görə də nəticələri gözə alaraq bunu etməldir. Korrupsiya halları baş verəcəksə belə, o cinayət məsuliyyəti daşıyacaq. Bu cür risklər hər zaman ola bilər. Nikaha daxil olmaq üçün müarciət edən şəxs arayış təqdim etməyəcəyi təqdirdə nikah baş tutmayacaq”.
Bu gün, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Bu gün, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Bu gün, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Bu gün, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Bu gün, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Bu gün, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Bu gün, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Bu gün, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Bu gün, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Bu gün, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Bu gün, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Bu gün, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Bu gün, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Bu gün, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Bu gün, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Bu gün, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Bu gün, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Bu gün, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Bu gün, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Bu gün, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Bu gün, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Bu gün, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
Dünən, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
Dünən, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
Dünən, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
Dünən, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
Dünən, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI