Gənclər Fazil Mustafanın təhqirinə cavab verdi
Ötən gün ANS telekanalında yayımlanan "Şəxsiyyət vəsiqəsi" proqramında Fazil Mustafanın çıxışı gənclər arasında etiraza səbəb olub.sözü geden verilişdə Babəkin qəhrəman olub-olmaması müzakirə olunub və verilişdə qonaq qismində iştirak edən millət vəkili F.Mustafa Babəki tənqid edib:
"Nə türklük baxımından, nə İslam baxımından Azərbaycan cəmiyyətinə dəxli olmayan, Sovet sistemi tərəfindən sırınmış, M.Ə.Rəsulzadə tərəfindən ayıb olaraq göstərdiyi bir simadır. Bu simanın da hələ də Azərbaycanda Milli Qəhrəman olaraq tanınması utanc verici bir haldır".
Məhəmməd Əmin Rəsulzadənin fikirlərinə istinad eləyib XIX əsrə qədər Babək adının uşaqlara verilməsinin ayıb olduğunu qeyd edir:
"Bu ilk dəfə olaraq Sovet dövründə Cəfər Cabbarlının "Od gəlini" əsərində, təxminən onun obrazının Elxan personajı ilə yaradılması ilə başlayan. Sonradan da İslama qarşı, İslamın ərəb dini olduğu, ərəb istilası kimi xarakterizə olunmasını məqbul sayan Sovet ideoloji aparatının bir kəşfi idi".
Deputat bildirib ki, Babək məhz SSRİ-in təbliğatı ilə Milli Qəhrəman kimi tanınmağa başlayıb.
Millət vəkilinin bu fikirləri millətçi gənclər tərəfindən birmənalı qarşılanmayıb, gənclər sosial şəbəkələrdə Fazil Mustafanı tənqid atəşinə tutublar.
Jurnalist Natiq Cavadlı da gənclərin etirazına qoşularaq bildirib ki, Fazil Mustafa azadlıq aşiqi olan liderindən imtina edib:
"Deputat Fazil Qəzənfəroğlu ANS-də Babək Xürrəmdini yalançı, uydurma qəhrəman sayır. Ancaq Qəzənfəroğlunu anlamaq olar, çünki adam azadlıq və müstəqillik aşiqi olan liderindən imtina edib gedib oturub saxta parlamentdə. Belə adam Azadlıq nə olduğunu hardan bilsin.
Babək Xürrəmdin isə Azadlıq aşıqi idi.
Adam ərəblərin mənbələrin oxuyub gəlib studiyaya. Necə ki, sovet tarixçiləri ADR haqqında ağızlarına və ağıllarına gələni yazırdılar".
Bundan sonra millət vəkili facebook sosial şəbəkəsindəki səhifəsində status yazaraq onu tənqid edən gəncləri "tərbiyəsiz" adlandırıb. Onun bu ifadəsi gənclər tərəfindən sərt tənqid olunub. Gənclər Fazil Mustafanın ona qarşı olan hər kəsə qarşı qeyri-etik ifadələr işlətdiyini bildirərək ondan bunu dayandırmağı tələb ediblər.

"Fazil Mustafa mövzuya sırf dini aspektdən yanaşmışdı. Radikal dindarlardan fərqi yox idi. Babək, həmçinin Şah İsmayıl haqqında məzhəbçi yaxınlaşması var idi. Biz sivil şəkildə etirazımızı bildirirdik, özü girdi təhqir elədi etiraz edənləri. Bu, bir millət vəkilinə yaraşmayan hərəkətdir. Biz etirazımızı bildiririk ki, ən azından Elçibəy məktəbini görmüş adamın belə fikirlər yürütməsi, tariximizə qarayaxmalar, nurçu mövqeyi göstərməsi qıcıq doğurur. O da, bizə "cahillər, savadsız cahillər” deyə müraciət edirdi. Nə qədər ki, o, tariximizə dini aspektdən yanaşacaq, biz də etirazımızı bildirəcəyik. Erməni bizim tariximizə qara yaxırsa, bunun kimilər də onların dəyirmanına su tökür. Fazil Mustafanın çıxışlarından bir nəticə də çıxarmaq olar ki, XI əsrə qədər bura türk torpağı olmayıb. Halbu ki, tarixçilər də konkret faktlarla sübut eləyir ki, Səlcuqlardan öncə də burda türklər olub”.



Dünən, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Dünən, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Dünən, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Dünən, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Dünən, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Dünən, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Dünən, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Dünən, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Dünən, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Dünən, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Dünən, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Dünən, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Dünən, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Dünən, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Dünən, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Dünən, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Dünən, 09:43
Zelenski müsahibə zamanı ağladı
Dünən, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Dünən, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Dünən, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
22-10-2026, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22-10-2026, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22-10-2026, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22-10-2026, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22-10-2026, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22-10-2026, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
22-10-2026, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib