Qubada yenə gərginlik, kəndə polis gətirildi
Bunu virtualaz.org saytının bölgə müxbirinə yanvarın 7-də günorta saatlarında mərkəzi yolu bağlamağa toplaşan Qubanın Mirzəqışlaq kəndinin sakinləri deyib.
Kənd sakinlərinin bu aksiyaya əl atmaqda məqsədi məmurların diqqətini kənddəki şəraitsizliyə çəkmək idi. Bundan xəbər tutan polis qüvvəsi özünü kəndə çatdırdı. Sakinlərdən dağılışmaq tələb olundu. Kəndlilər isə yolu bağlamaqda israrlı idi.
"Dolana bilmirik bu kənddə"
"Susuzluqdur... Su gələndə az qalırıq stəkanları da su ilə dolduraq ki, bizə su çatsın. Nə suvarmağa, nə də içməyə suyumuz var. Nə əkin yerimiz, nə də torpağımız var. Şəxsən mənim ailəm 7 nəfərdən ibarətdir. Heç cür dolana bilmirik bu kənddə..." - deyə kənd sakinlərindən biri bildirib.
Az sonra Quba Rayon İcra Hakimiyyətinin (RİH) səlahiyyətliləri də kənddə göründü. Kəndliləri dinləmək üçün Mirzəqışlaq kənd məktəbinə topladılar. Qarşılarına isə Quba RİH başçısının birinci müavini Yusif Abidov çıxdı.
"Bir az səbrli olmaq lazımdır. Yaraşmaz axı, 5-6 qadın çıxıb yola ki, aksiya keçirirəm, filan... Nə kəndin adına, nə camaatımızın, nə də rayonumuzun adına yaraşmır. Bizim icra hakimiyyətinin qapısı hamının üzünə açıqdır. Nə vaxt gəlmisiniz, kömək eləmişik..." - deyə Y.Abidov bildirdi.
Kənd sakinləri kənddəki problemlərdən boğaza yığıldıqlarını deyirdilər. Onlar icra hakimiyyətindən kəndin problemlərinə əncam çəkilməsini istəyirdilər. Başçının müavininə problemləri bir-bir sayırdılar:
- Su yol, qaz, işıq... Hələ ev şəraitimizi demirik. Yol yoxdur, palçıqdır, evdən çıxmaq olmur. İşıq yoxdur, saat 7-dən sonra kəndə gəlin, görəcəksiniz ki, qaranlıqda oturmuşuq. Odun məsələsinin necə çətin olduğunu isə özünüz bilirsiniz...
Başçının müavini:
- Yaxşı, qaz çəkiləcək...
Y.Abidov üzünü icra hakimiyyətinin işçilərinə və bələdiyyə sədrinə tutur:
- Kənddə karyerlər var. Kəndin ara yollarının qismən düzəldilməsinə, çınqıl tökülməsinə kömək etsinlər. Nəzarətdə saxlayıb bu məsələni həll edərik. Qaldı ki, işıq...
Sakinlər:
- Elə o karyerlər işləməyən günlərdə işığımız gur yanır.
Başçının müavini:
- Xorla danışmayın. Karyer işləməlidir. O da sənaye müəssisəsidir. Sahibkardır, qanuni fəaliyyətlə məşğuldur. Onun da sahibkar hüququnu tapdamaq olmaz. İşığın zəifliyini karyerlə bağlamaq düzgün deyil. Ancaq hər halda araşdırarıq, bir şey fikirləşərik.
Başçının birinci müavini 1 saatdan çox danışıb kənddəki problemlərin tezliklə həll olunacağını vəd edəndən sonra sakinlər dağılışdılar.
Bu gün, 13:42
Kafedə döyüb naməlum ünvana apardılar, 25 min manat istədilər
Bu gün, 13:35
Koçaryan indi də xəstəxanaya aparıldı - Yenilənib - Video
Bu gün, 12:32
Böyük Qayıdış Davam Edir: Xocavəndə Daha 191 Sakin Doğma Yurduna Qayıdır
Bu gün, 12:06
“Hadrut fatehi”nin xanımı da tələbə oldu
Bu gün, 12:01
Bu xəstəxanaya yeni direktor təyin olundu
Bu gün, 11:56
Bu gecə metro 1 saat artıq işləyəcək
Bu gün, 11:51
9 yaşlı qıza ögey anası zorakılıq etdi: DİN-dən reaksiya
Bu gün, 11:41
İlham Əliyev və Mehriban Əliyeva Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərdi
Bu gün, 11:23
Yağış, şimşək, duman - Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI
Bu gün, 10:58
Şəhid yoldaşı ali məktəbə qəbul oldu - FOTO
Bu gün, 10:53
Ali Məhkəmədən faiz müqabilində borc verənlərə SƏRT XƏBƏRDARLIQ
Bu gün, 10:47
Səhər saatlarında İrəvandan XOŞ XƏBƏR GƏLDİ - YENİLƏNDİ
Bu gün, 10:05
Şəhid anası da tələbə adını qazandı - Foto
Bu gün, 10:00
Paşinyan yenə Başkənd dedi - Çıxış yolları AÇIQLANDI
Bu gün, 09:50
Ukrayna Rusiyada dəmir yolunu və neft zavodunu VURDU: Ölənlər var
Bu gün, 09:45
Azərbaycanda ana və iki övladı eyni vaxtda tələbə oldu
Bu gün, 09:38
Bakıda bu ərazilərdə evlər KƏSKİN UCUZLAŞDI
Bu gün, 09:32
Bakının mərkəzində ağır qəza, 32 yaşlı kişi öldü
Bu gün, 09:29
Robert Koçaryan Ermənistan Milli Təhlükəsizlik Xidmətinə aparılıb
Bu gün, 09:22
Türkiyəni ayağa qaldıran məhkəmə qərarı açıqlandı
Bu gün, 09:17
Bu da baş verdi-Neft nəhəngi Rusiyada benzin qıtlığı: indi Türkiyədən yanacaq istəyir
Bu gün, 09:00
“17 il Ermənistanın dəmir yoluna pul tökdük, Azərbaycan və Türkiyədən xilas etdik” – Rusiya böyük “razborka”ya başladı
Dünən, 16:00
Hitlerdən qalma "miras"lar "dirildi" – Avropanın 82 illik qorxusu
Dünən, 15:53
Günə 77 qəpiyə “Nar”dan smartfon!
Dünən, 15:30
Kuytul işi böyüyür – 9 məsul şəxs, 24 FETO bağlantısı və ər-arvadın həbsi
Dünən, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Dünən, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?