Göygöl Samuxda çağırışçı gənclər ordu sıralarına yola salınır
Gundem
Oxunub: 1 849
6 yan 2015 | 18:16
Göygöl Samuxda çağırışçı gənclər ordu sıralarına yola salınırÖlkədə çağırış yaşı çatan və həqiqi hərbi xidmətdən möhlət hüququ olmayan gənclərin ordu sıralarına yola salınmasına başlanılıb. Bu münasibətlə Göygöl və Samuxda təntənəli mərasim təşkil olunub.

Göygöldə çağırışçı gənclər əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib. Daha sonra çağırışçılar Heydər Əliyev mərkəzində dahi şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən fotostendlərə baxış keçirib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Göygöl rayon şöbəsində həkim nəzarətindən keçən çağırışçılar sağlamlıqları haqqında müsbət rəy aldıqdan sonra təntənəli mərasimə qatılıblar. Qeyd olunub ki, ordumuzun əsgərləri düşmənin hər həmləsinə cəldliklə cavab verməyə və işğal altındakı torpaqlarımızı azad etməyə qadirdir. Çağırışçı gənclər və onların valideynləri hər an əldə silah Ali Baş Komandanın döyüş əmrinə hazır olduqlarını dilə gətiriblər. Rəsmi hissədən sonra gənclər müqəddəs "Qurani Kərim"in altından keçməklə dövlət bayrağımızı öpüblər. Çağırışçılar milli musiqinin sədaları altında xüsusi avtobuslarla bölgü üzrə hərbi hissələrə yola salınıb.

Emin İbrahimov- çağırışçı: "Mən çox sevinirəm ki, Azərbaycan ordusunda xidmət etməyə gedirəm. Sevincimin həddi hüdudu yoxdur. Bütün uşaqlara uğurlar arzulayıram".

Bəhlul Quliyev- valideyn: "Çox sevinirəm ki, oğlum əsgər gedir. Allah hamısını qorusun. Bütün əsgərlərə uğurlar arzulayıram".

Samuxda da çağırış yaşı çatan gənclər ordu sıralarına yollanmazdan öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib. Dahi şəxsiyyətin adını daşıyan mərkəzdə ümummilli liderin müxtəlif illərdə çəkdirdiyi rəsmlərlə tanış olublar. Tədbirdə çıxış edənlər gələcəyin əsgərlərinə xidmətdə ayıq- sayıq olmağı və düşmənə layiqli müqavimət göstərməyi tövsiyə ediblər. Çıxışlarda çağırışçılar göstərilən etimadı doğruldacaqlarına və düşmən tapdağı altında torpaqlarımızı tezliklə azad edəcəklərinə əminlik ifadə olunub.

Elmir İsgəndərov- çağırışçı: "Öz hərbi vəzifəmi yerinə yetirməyə gedirəm. Mən çalışacam ki, öz xidmət dövrümdə qardaşım Azərbaycanın Milli Qəhrəmanı Eltun İsgəndərovun adına layiq xidmət keçim".

Rəsmi hissədən sonra gənc çağırışçılar müqəddəs "Qurani Kərim"in altından keçməklə dövlət bayrağımızı öpüblər. Yola salma şən musiqilərin ahəngi ilə davam edib.

http://kepeztv.az
Dünən, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Dünən, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Dünən, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Dünən, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Dünən, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Dünən, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Dünən, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Dünən, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Dünən, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Dünən, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Dünən, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Dünən, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Dünən, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Dünən, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Dünən, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Dünən, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Dünən, 09:43
Zelenski müsahibə zamanı ağladı
Dünən, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Dünən, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Dünən, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
22-10-2026, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22-10-2026, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22-10-2026, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22-10-2026, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22-10-2026, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22-10-2026, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
22-10-2026, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib