Ayrı-ayrı ünvanlarda Ziya Məmmədovun adını hallandıran şəxs kimdir?
Bir neçə gün bundan əvvəl çoxsaylı oxucularımızın diqqətinə belə bir məqamı çatdırmışdım ki, Quba rayon İcra Hakimiyyətinin başçısı cənab Mübariz Ağayevin kadr siyasəti, bu gün əksəriyyətin müzakirə etdiyi mövzulardan birinə çevrilib. Yazıb onu da bildirmişdim ki, rayon rəhbərliyi qol qoyduğu maxinasiyaların, mənimsədiyi büdcə vəsaitlərinin, həyata keçirdiyi kadr siyasətinin və digər məqamların daha çox ictimailəşməməsi üçün, hələ bir müddət bundan əvvəl yeni bir addımını da atdı. Yəni o, ali təhsili olmayan, latın qrafikası ilə yazıb-oxumağı bacarmayan Arif adlı şəxsə, müəyyən səlahiyyəti həvalə etdi. Belə ki, o, ona verilmiş səlahiyyətlər çərçivəsində hərəkətlər etməli və rəhbərliyin tapşırıqlarını da yerinə yetirməlidir. Yəni, əldə olunmuş razılaşmalar əsasında Arif adlı şəxs, rayon rəhbərliyinin maxinasiyaları barədə tənqidi açıqlamalar dərc edən KİV nümayəndələri ilə görüşməli və əmələ gələn problemləri də "yoluna qoymağı" bacarmalıdır. Hər kəsi düşündürən hal odur ki, bu gün verilmiş səlahiyyətlər çərçivəsində icra başçısına məxsus mobil telefona Arif adlı şəxs cavab verir və problemləri də "yoluna qoymaq" üçün, onun səlahiyyət sahibi olduğu da bildirilir. Maraqlı haldır ki, ötən açıqlamalarımın birində onun həyat tarixçəsi barədə, az-çox məlumatlarla oxucuları məlumatlandırmışdım. Yazıb bildirmişdim ki, hələ məktəbli ikən o, dərsə getməmiş və Bərdə şəhərindəki restoranların birində ofisant da işləmişdir. Elə ki, Arif Bakı şəhərinə gəlir, çox keçmir ki, sahib olduğu peşəsini yenə də yaşatmalı olur. Bu gün isə artıq o, qeyri-adi ixtiyar sahibidir. Yəni, ali təhsili qalsın bir yana, heç tam orta təhsili olmayan olmayan bu şəxs, hal-hazırda Quba rayon İcra Hakimiyyəti başçısının şifahi surətdə verdiyi səlahiyyətdən yararlanaraq, ali təhsilli, peşəkar, kifayət qədər təcrübəsi olan KİV nümayəndələrinə "izahlar verir, tövsiyyələrini bildirir, müəyyən məsləhətlərini də söyləyir". Bax budur hər kəsdə təəssüf hissi doğuran hal, diqqəti cəlb edən məqam.
Son günlər isə onun ayrı-ayrı ünvanlarda danışdıqları, yenə də kər kəsi düşündürməkdədir. Yəni Arif adlı şəxsin keçmişi nə olub, bu günü nədir deyə açıqlamalarla çıxış etdikdə o, onu da vurğulayır ki, "kim məndən nə qədər bacarır bir o qədər də çox yazsın, kim mənə nə edə biləcək?" Çünki, mənə Mübariz müəllim səlahiyyət verib, o da ki, Ziya Məmmədovun kadrıdır. Mənim arxamda Mübariz müəllim, onun arxasında isə Ziya Məmmədov durur. Bəyəm, bu gün Ziya Məmmədovun sözünün qarşısında kimsə nəsə deyə bilər?" deyir. Elə bu kimi səbəblər üzündəndir ki, bu gün Qubada baş verənlər, olub-keçənlər mətbuatın gündəmini zəbt etməkdədir.Bir faktı da qeyd edək ki, hal-hazırda şəhər, rayon icra hakimiyyətləri aparatında KİV nümayəndələri ilə əlaqəni quran, ünvanlanan suallara dolğun şəkildə cavablar verən, savadlı, bacarıqlı elə kadrlar var ki, onlara məxsus göstəricilər hər kəsin diqqətini cəlb edir. Bu belə olmalı olduğu halda, görəsən Mübariz müəllimin diqqətini hansı maraq cəlb edir ki, o, ali təhsili olmayan, adicə latın qrafikası ilə yazıb-oxumağı bacarmayan bir şəxsə belə bir səlahiyyət verib? Bax, budur hər kəsdə təəssüf hissi doğuran hal. Axı, hər kəsin bildiyi bir həqiqət var ki, icra strukturlarında çalışan şəxslər üçün ali təhsilin varlığı, olduqca önəmli məsələlərdən biridir. Bəs səbəb nədir ki, bu gün Quba rayonu, digər şəhər və rayonlarla müqayisədə istisna təşkil edir? Axı, KİV nümayəndələrinin tam əksəriyyəti Arif adlı şəxsin həyat tarixçəsi barədə kifayət qədər məlumatlara malikdirlər. Hər kəs bilir ki, onun heç bir ali təhsili yoxdur və latın qrafikası ilə yazıb oxumağı da bacarmır. Heç bir göstəriciyə malik olmayan belə bir şəxsin, görəsən haqqı varmı ki, bu gün belə bir səlahiyyətə malik olsun və KİV nümayəndələri ilə Quba rayon İcra Hakimiyyəti Aparatı arasında, bir növ "qladiator" rolunu da oynasın.
Hörmətli oxucularımız! Sizləri yaxın günlərdə daha ətraflı məlumatlarla məlumatlandırmağa çalışacağam. Odur ki, bizi izləməyi unutmayın.
İ.Qubadoğlu
Bu gün, 14:22
Paşinyan Rusiya və Avropa İttifaqı arasında SEÇİMİNİ ETDİ
Bu gün, 13:35
Rusiya erməniləri qovmağa hazırlaşır?
Bu gün, 13:06
Nura toylardakı “qapalı çevrə”ni ifşa etdi: “Hər kəs öz faizini alır”
Bu gün, 12:55
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar
Bu gün, 12:41
Ermənistan tezliklə referenduma hazırlıqlara başlaya bilər
Bu gün, 12:06
Prezidentlə xanımını alqışlarla qarşıladılar
Bu gün, 11:36
Əliyev Zelenskini təbrik etdi
Bu gün, 11:33
Prezidentin təyyarəsi Buxara aeroportuna endi - Video - Yenilənir
Bu gün, 10:59
Prezident bu gün Buxaraya gedəcək - Video
Bu gün, 10:54
Azərbaycan nümayəndə heyəti “Ark” qalasında - Video
Bu gün, 10:21
Azərbaycanda ilk dəfə kriptovalyuta dövlət nəfinə müsadirə edilib
Bu gün, 09:52
Türkiyənin qəzəbindən sonra yunan qorxusu– Afina "Patriot"ları adadan çıxardı
Bu gün, 09:48
Sərhəddə saatlarla gözləyən TIR-larla bağlı mühüm qərar – Gürcüstan qaydaları kökündən dəyişdi
Bu gün, 09:45
Aİ İsraili İordan çayının Qərb sahilində məskunlaşmanı dayandırmağa çağırdı
Bu gün, 09:32
Suriya və İsrail arasında danışıqlar başlayıb: Dəməşq mövqeyini açıqladı
Bu gün, 09:27
Tehranda su böhranı - Əhaliyə xəbərdarlıq edildi
Bu gün, 09:23
Mirziyoyev: Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada böyük uğurlar qazanır
Bu gün, 09:20
İlham Əliyev: Dünyada Qarabağın bərpasında Azərbaycana ilk kömək edən ölkə Özbəkistandır
Bu gün, 09:15
“Bu xəstəlik onu da apardı”
Bu gün, 09:11
Mədəniyyət Nazirliyindən Tofiq Bakıxanovun vəfatı ilə bağlı - Nekroloq
Bu gün, 09:00
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
22-08-2026, 12:12
Almaniya sürətlə silahlanır: Uzaqmənzilli raketlərə 12 milyard
22-08-2026, 10:31
Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
22-08-2026, 10:27
Bakıya uçan təyyarələr drona görə havaya qalxa bilmədı
22-08-2026, 10:23
Ukrayna OZON-a keçdi: Samarada anbarlar və neft emalı zavodu YANIR, Putinin yerini bilən yoxdur
22-08-2026, 10:04
Bu gün dəniz havası var
22-08-2026, 09:59
Xəzərdə zəlzələ oldu