"Azadlıq"ın qara buxovları və ya ABŞ kəşfiyyatının Bakı "bürosu" - TƏHLİL
Gundem
Oxunub: 1 497
5 yan 2015 | 14:30
"Azadlıq"ın qara buxovları və ya ABŞ kəşfiyyatının Bakı "bürosu" - TƏHLİL2003-cü ilə qədər "Azadlıq radiosu"nun Azərbaycan xidmətinin rəhbəri olmuş Mirzə Xəzər maraqlı faktlar açıqlayıb.

Publika.az xəbər verir ki, radionun hazırki rəhbərliyini tənqid edən M. Xəzər Vaşinqtondan gələn qadağalarla bağlı danışıb. Ən maraqlısı məqam isə Vaşinqtonun Azərbaycan xidmətinə "erməni işğalçısı" ifadəsini işlətməyə qadağa qoymasıdır.
"2000-2003-cü illərdə "Azad Avropa və Azadlıq" radiolarının rəhbərliyi "Azadlıq" radiosunun Azərbaycan redaksiyasında bir sıra qadağalar tətbiq etmişdi. Bu qadağalara əsasən, şərh yazmaq olmaz, şəxsi fikir ifadə etmək olmaz, İran Azərbaycanından yazmaq olmaz, "cənubi Azərbaycan" kəlməsindən istifadə etmək olmaz, erməni işğalçıları təbirini işlətmək olmazdı", - deyə M. Xəzər vurğulayıb.
M. Xəzər keçmiş prezidenti Jeff Gedmanın "Washinqton Post" qəzetindəki məqaləsini də xatırladıb. Belə ki, Gedman Azadlıq radiosunun təzadlı siyasət apardığını, bunun pis nəticələrindən isə sıravi müxbirlərin əziyyət çəkdiyini bildirib.
Radionun keçmiş əməkdaşı, hazırda Avropada yaşayan Rövşən Əliyev sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olmuş məsələyə maraqlı münasibət bildirib.

"Azad Avropa və Azadlıq Radiosu"nda həmişə vertikal idarəçilik olub. Hər dil xidmətini bir nəfər təkbaşına idarə eləyib. Loru dildə desək, Azərbaycan xidməti həmişə briqadir üsulu ilə işləyib. Yəni, orda heç vaxt yayım şurası, qrup məsuliyyəti anlayışı olmayıb. Mübahisəli məsələlər müzakirə edilməyib. Bütün situasiyalarda peşə kodeksi yox, təyin olunmuş briqadirin göstərişləri əsas sayılıb. Briqadir peşə kodeksini istədiyi kimi yoza, ondan istifadə eləyib istədiyi siyasəti yürüdə, istədiyi düzgün adamı vura, ən azı işini məhdudlaşdıra, istədiyi əyri adamı irəli çəkə, istədiyi zay materialı yayımlaya, istədiyi peşəkar verilişi dayandıra bilərdi. Həmin briqadirə amerikalılar o qədər rol verirdilər ki, o özünü padşah da saya bilərdi. Radioda nə qədər islahatlar olduğunu, nə qədər dəyişikliklər aparıldığını desələr də, bu idarəçilik sistemi mahiyyətcə heç vaxt dəyişmədi. Briqadir sistemi amerikalıları da hərifləməyə, dinləyicinin də gözünə kül üfürməyə imkan verirdi. Peşəkar jurnalistika fəal siyasətə qarışmağı istisna eləsə də, bu radionun tarixində "Bakı-Ceyhan"a əngəl olmaqdan tutmuş, bu yaxınlarda Azərbaycan-Amerika münasibətlərini altdan-altdan pozmağa qədər çoxsaylı siyasi fəaliyyətlər olub. Radiodakı vertikal idarəçilik qaldıqca, iş yaxşı padşahların ümidinə buraxıldıqca, belə də davam edəcək. Yaxşı padşah anlayışı isə mənim dünyagörüşümdə yoxdur. Mən o radionun düzəlməməsinin, oradakı bütün peşə pozuntularının, bütün əyintilərin səbəbini bunda görürəm", - deyə keçmiş əməkdaşı radionun fəaliyyətini, demək olar ki, tamamilə açıqlayıb.

Burda diqqət çəkən digər məqam radionun Azərbaycan xidmətinə erməni işğalçıları ilə qoyulan qadağadır. Bunu açıqlayan M. Xəzər Azərbaycan auditoriyası üçün tanış simadır. O həm də xarici media korporasiyasında işləməsindən asılı olmayaraq milli maraqları heç nəyə qurban verməyən şəxs kimi də tanınıb. Bəlkə də, o məhz bu qadağalara görə 2003-cü ildə işdən ayrıldı. Bu kontekstdə onun ötən ilin aprelində Publika.az-a verdiyi müsahibəsindəki fikirləri diqqət çəkir: "Dar çərçivədə, hansısa qayda və göstərişlərdən asılı vəziyyətdə işləməyə meylim olsaydı, 2003-cü ildə qürurumu yerə vuraraq radiostansiyada işləməyə davam edərdim".
Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü, millət vəkili Zahid Oruc Publika.az-a açıqlamasında Mirzə Xəzəri "Azadlıq radiosu"nun simvollarından biri adlandırıb: "Bu şəxsin müstəqil fəaliyyət apardığını heç kəs inkar edə bilməz. Onu hakimiyyətlə əlaqələndirənlər gerçəklik hissini itirmiş adamlar ola bilər. Belə olan təqdirdə siyasi opponentlərin, xüsusilə "Azadlıq radiosu" üzərindən hakimiyyətlə mübarizə aparan dairələrin, müxtəlif QHT-lərin, insan haqları üzrə ixtisaslaşan qurumların Mirzə Xəzərin açıqlamasını qulaqardına vurması mənə təəccüblü görünür. Çünki onlar adətən hər xırda detalı müzakirəyə çıxarıb hakimiyyətə qarşı istifadə edirlər. Mirzə Xəzərin sözləri göstərdi ki, "Azadlıq radiosunun müstəqillik devizi saxta imiş. Hətta hansısa istiqamətlər yox, Cənubi Azərbaycan, erməni işğalçıları kimi ifadələr də yuxarıdan sifarişlə işlədilir".
Z. Oruc əlavə edib ki, "Azadlıq radiosu" bu gün ABŞ-Azərbaycan münasibətlərinə zərbə vuran "nifaq almasına" çevrilib.
Sözügedən KİV iki ciddi problemdən əziyyət çəkir. Birincisi, açıq şəkildə çirkli pulların yuyulması və tendensiyalı şəkildə xarici sifarişlərin qurbanıdır. İkincisi isə Mərkəzi Kəşfiyyat İdarəsinin müxtəlif şəkildə "verborkasından" keçən jurnalistlərin sığınacaq yeridir. Bunu radionun keçmiş prezidentinin Amerika nəşrində yazdıqları da sübuta yetirir", - deyə millət vəkili vurğulayıb.

Qeyd edək ki, keçmiş prezidenti J. Gedman "The Boston Globe" nəşrində çap olunan "Mərkəzi Kəşfiyyat İdarəsi jurnalistlərin ələ alınmasına qadağa qoyduğunu bəyan etməlidir" başlıqlı məqaləsində Xədicə İsmayıl və həmkarlarına qarşı ittihamlara münasibət bildirərək MKİ-ni günahlandırır.
"Amerikanın milli təhlükəsizlik maraqları naminə jurnalistlərin və dövlət strukturlarının əməkdaşlığı praktikası var. Jurnalistlərin ələ alınması və kəşfiyyatçıların jurnalist pərdəsi altında xarici ölkələrdə yerləşdirilməsi 1977-ci ildə qadağan olunub. Ancaq zahiri görünüş aldadıcı ola bilər", - deyə keçmiş prezidenti vurğulayıb.
Z. Oruc isə ABŞ və Azərbaycan arasında soyuq savaşa qon verilməsinə çağırıb. Onun sözlərinə görə, hansısa radionun iki ölkə arasındakı münasibətləri pozmasına yol vermək olmaz: "Bütün məsələlər dialoq mühitində həll olunmalıdır. Azərbaycan hökuməti bu gün nə balans siyasətindən geri çəkilib, nə də anti-Amerika mövqedən çıxış edir".

http://publika.az
Bu gün, 15:30
Rəisinin ölümü, Fitsoya sui-qəsd, Vuçiçə təhdidlər, Türkiyədə çevriliş cəhdi nədən xəbər verir...
Bu gün, 15:06
Xankəndiyə prokuror təyin edilib
Bu gün, 14:22
Rəisi və digərləri qəzadan sonra nə qədər sağ qalıb? - AÇIQLAMA
Bu gün, 13:12
İlham Əliyev Latviya Seyminin sədrini qəbul edib - FOTO
Bu gün, 12:39
Pakistanda matəm günü elan edildi
Bu gün, 11:53
İran prezidentinin ölümü nefti bahalaşdırdı
Bu gün, 11:49
Kirants kəndində sərhəd dirəkləri quraşdırıldı
Bu gün, 11:46
İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edib
Bu gün, 11:42
İranda milli matəm elan edilib
Bu gün, 11:05
Faciəvi şəkildə həlak olan İran rəsmilərinin DOSYESİ
Bu gün, 10:56
Aİ İrana başsağlığı verib
Bu gün, 10:48
Ceyhun Bayramov: Abdullahianın vəfatı xəbəri məni dərindən sarsıtdı
Bu gün, 10:38
Rəisisiz iclas... - Foto
Bu gün, 10:33
Bakıda Avropa çempionatı başlayır
Bu gün, 10:29
İranda cəsədlərin axtarışı başa çatdı - Yenilənib
Bu gün, 10:26
İlham Əliyev Xameneyiyə başsağlığı verdi
Bu gün, 09:44
Rəisi kim idi, yerinə kim gələcək? - BƏZİ DETALLAR
Bu gün, 09:40
Rəisinin helikopteri tamamilə yanıb - FOTO
Bu gün, 09:35
Rəisinin qəzaya düşdüyü helikopterlə bağlı DETALLAR (FOTO)
Bu gün, 09:30
İran hökuməti təcili toplanır
Bu gün, 09:25
Klopp dünyanın ən yaxşı məşqçisinin adını açıqladı
Bu gün, 09:20
Niger: ABŞ hərbçilərinin ölkədən çıxarılması proseduru razılaşdırılıb
Bu gün, 09:13
Helikopter qəzasında həlak olanların SİYAHISI - ADLAR
Bu gün, 09:08
İran Prezidenti və helikopterin bütün sərnişinləri həlak olub - FOTO/VİDEO
Bu gün, 09:00
"Fənərbağça" "Qalatasaray"ı məğlub edib: Çempion son turda bəlli olacaq
Dünən, 21:50
Rəisinin qəzaya düşən helikopterdən son görüntüləri - VİDEO
Dünən, 21:43
Rəisinin Ermənistan səfəri təxirə salındı