Birinci xanım "Rossiya 24"- də
Gundem
Oxunub: 1 742
28 dek 2014 | 11:44
Birinci xanım "Rossiya 24"- dəMehriban Əliyevaya həsr olunmuş sənədli film nümayiş etdirilib

Rusiyanın "Rossiya 24" telekanalında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya həsr edilən "Biz hamımız uşaqlıq ölkəsindənik" ("Âñå ìû ðîäîì èç äåòñòâà") adlı sənədli film nümayiş olunub.

ANS PRESS-in "AzərTAc"a istinadən məlumatına görə, ekran əsərində birinci xanım Mehriban Əliyevanın çəkildiyi "Danışan məktub" filmindən kadrlar göstərilir, həmin filmdə əsas rollardan biri olan Validə obrazını onun məharətlə oynadığı qeyd edilir.

Filmdə Mehriban Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun yüzlərlə insana kömək göstərdiyi də əksini tapır. Belə ailələrdən biri balaca İmranın ailəsi olub. Bədbəxt hadisə nəticəsində ağır zədə almış İmran Fondun dəstəyi ilə yenidən normal həyata qaytarılıb.

Filmdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ali təhsil aldığı və həkim işlədiyi illərdən də bəhs edilir.
Filmin yaradıcı heyəti Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkənin inkişafına, Bakının memarlığına xüsusi önəm verdiyi, Müasir İncəsənət Muzeyi kimi yeni incəsənət və mədəniyyət mərkəzlərinin yaradıldığı məqamlara da diqqət yönəldir.
UNESCO-nun baş katibi İrina Bokova, Fransa Senatının üzvü Natali Qule Mehriban Əliyevanın Azərbaycanın xaricdə tanıdılması istiqamətində gördüyü işlərdən danışırlar. Aktrisa Ornella Muti təşkilat komitəsinin sədri birinci xanım olan "Eurovision-2012" musiqi yarışmasının yüksək səviyyədə keçirildiyini deyib.
Filmdə Heydər Əliyev Fondunun dəstəyi ilə Fransada qədim məbədlərin, Romada katakombaların bərpa edildiyi, Azərbaycanın İtaliyada həyata keçirilən müştərək humanitar layihələrdə iştirak edən ilk müsəlman dövləti olduğu, Fondun Versal sarayında aparılan bərpa işlərində fəal iştirak etdiyi vurğulanır. Həmçinin Mehriban Əliyevanın Azərbaycan Gimnastika Federasiyasının rəhbəri kimi fəaliyyəti, birinci xanımın Federasiyaya rəhbərlik etdiyi dövrdə ölkədə bu idman növünün inkişafı ilə bağlı kadrlar da yer alır.

SSRİ xalq artisti Tamara Sinyavskaya Mehriban Əliyeva haqqında xatirələrini bölüşür, Ümumrusiya Gimnastika Federasiyasının prezidenti İrina Vinner birinci xanımın rəhbərliyi ilə Azərbaycan gimnastikasının qazandığı uğurlardan, aktyor Rober Osseyn isə Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın çoxşaxəli humanitar fəaliyyətindən bəhs edirlər.
Dünən, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Dünən, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Dünən, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Dünən, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Dünən, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Dünən, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Dünən, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Dünən, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Dünən, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Dünən, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Dünən, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Dünən, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Dünən, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Dünən, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Dünən, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Dünən, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Dünən, 09:43
Zelenski müsahibə zamanı ağladı
Dünən, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Dünən, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Dünən, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
22-10-2026, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22-10-2026, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22-10-2026, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22-10-2026, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22-10-2026, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22-10-2026, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
22-10-2026, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib