Bəhram Bağırzadə: Bakıda tum satmağı qadağan edin!!!
Gundem
Oxunub: 1 351
26 dek 2014 | 14:58
Bəhram Bağırzadə: Bakıda tum satmağı qadağan edin!!!


















“Bakıda ictimai ayaqyolu çatışmır”.

2015-ci ildə Azərbaycanın paytaxtında tarixdə ilk dəfə Avropa oyunları keçiriləcək. Böyük Britaniya parlamentinin deputatı Marqaret Tetçer və Con Meycora hakimiyyətində məsul vəzifələr tutan ser Toni Boldri Bakıya səfəri zamanı bu hadisənin bütün dünyada səbirsizliklə gözlənildiyi fantastik idman festivalı və təəssüratlarla dolu bir hadisə olacağını demişdi.

Çoxsaylı xarici vətəndaşlar ölkəmizə gələrək idman yarışlarından həzz almaq, öz komandalarını dəstəkləmək və son illərdə uğurlarından yazılan, danışılan və göstərilən Azərbaycanla tanış olmaq istəyirlər. Bakı böyük turist axınına həm fiziki, həm emosional şəkildə hazır olmalıdır. Avropa oyunlarının təşkili ilə məşğul olan dövlət strukturları üçün sakit ola bilərik, çünki onlar dəfələrlə ən yüksək səviyyədə beynəlxalq miqyaslı tədbirlər təşkil edib və keçiriblər.

Mən məsələnin digər tərəfindən danışmaq istərdim. Avropa oyunlarına biz bakılılar necə hazırlaşmalıyıq? Mən öz yerlilərimin davranışının incəliklərini həmişə diqqətlə öyrənmişəm, sonda isə “milli xüsusiyyətlərimizə” diqqət mənim peşəmə çevrildi və demək olar ki, ildən-ilə məni daha çox cəlb edən prosesə çevrildi. Avropa oyunları ərəfəsində bizim malik olduğumuz üstünlükləri vurğulamaq və çatışmazlıqlardan yaxa qurtarmaq üçün gözəl fürsət ələ düşüb. Həm də bunu məhz bura on minlərlə turistin gələcəyi və sonradan onların Azərbaycan haqqında, onun sakinlərinin davranışına görə mühakimə yürüdəcəklərinə görə etmək lazım deyil.

İlkin olaraq bütün bunları özümüzə görə etməliyik! Turist gəlirli və prestijlidir, amma unutmaq lazım deyil ki, o gəldi, gördü və problemlərlə zəngin olan öz həyatına geri döndü. Amma biz sizinlə hələ ki, heç hara getməyə hazırlaşmırıq! O zaman niyə bu andan istifadə edib, gündəlik həyatımızda səliqə yaratmayaq? Aşağıda həm öz gözümüzdə, həm də gələn qonaqların gözündə layiqincə görünmək üçün nəhayət ki, yaxa qurtarmalı olduğumuzların təxmini siyahısı verilib.

1. Avropalılar uşaq kimi qəlbi incədirlər – onların səliqə, qayda-qanun haqqında anlayışlarına uyğun gəlməyən hər şey onlarda şok yaradır. İlk gördükləri uyğunsuzluq ömür boyu bizim ölkəmiz ilə assosiasiya olunacaq, Avropa orqanizminin bu xüsusiyyətini unutmaq olmaz, ona görə də hər addımı dəqiqliklə düşünməliyik ki, onlarda Azərbaycan haqqında mənfi təəssürat oyatmayaq.

2. Aeroportdan şəhərə gələn avtobus marşrutları yaratmaq lazımdır. Düşünmək lazım deyil ki, bura mütləq yalnız milyonerlər gələcək. Orta statistik avropalıya 25-30 manat taksi pulu bahadır, amma 5-10 manat yol pulu qəbul ediləndir.

3. Bakı süpürgəçisinin obrazı, hətta Rembonu belə hürküdə bilər! Paltar üstündən geyilmiş ətəklər, yaxası açıq jiletlər, üzlərini tamamən bağlayan eybəcər yaylıqlar, ayaqlarından çıxan qaloşlar, göz qamaşdıran, üstündə bələdiyyənin adı olan jiletlər və bu kabusun apafioz həddi – küpəgirən qarının iri süpürgəsi. Əgər hər hansı bir yüksək texnologiyalarla tanış ərköyün avropalı səhər tezdən bu qəmli məxluqla rastlaşsa, bu onun psixikası üçün çox böyük zərbə olacaq. Bizim süpürgəçilər üçün rahat bir uniforma düşünmək lazımdır və nəhayət, normal inventar vermək lazımdır ki, onlar müasir Bakının simasına uyğun görünsünlər.

4. Demək olar ki, bütün bakılılar zibili bunun üçün nəzərdə tutulan qutulardan başqa küçəyə, bağ və parklarda, binaların girişində, balkondan və pəncərədən hara gəldi atırlar. Xüsusi “inkişaf etmiş” bakılılar hələ maşının pəncərəsindən belə zibil atırlar. Həm də burada avtomobil nə qədər bahalı olarsa, sahibi də o qədər çox şüşə atmaq üzrə məşq edənlərdən olur. Demək olar ki, hər həyətdə tikinti zibillərindən ibarət təpələr görmək olar, onların yanında isə rəngbərəng paketlər olur, gül kollarının ətrafı siqaret kötükləri, konfet kağızları, plastik şüşələr ilə doludur. Bəlkə bu il məşq edək, zibili qutulara atmağı öyrənək?

5. Bakı sürücüləri həddən artıq sərt idarəetmələri və yola özünü təsdiq forması kimi baxmaları ilə seçilirlər. Onlar “zebra”dan yolu keçən insanı öz yollarında ciddi şəkildə maneə hesab edirlər. Bizim sürücülər mənə qədim Roma imperatoru Sezarı xatırladır, çünki eyni zamanda, bir neçə iş görürlər: maşını idarə edirlər, siqaret çəkirlər, telefonla danışırlar, hələ digər sürücülərin idarəetməsinə şərh də verməyi çatdırırlar. Ona görə də işıqfor olmayan yerlərdən “zebra” olsa belə yolu keçmək məsləhət görülmür. On sürücüdən yaxşı halda yalnız ikisi əyləcə basacaq, ona görə də əgər siz “russkaya ruletka” oynamaq istəyirsizsə Bakı “zebraları”na xoş gəlmisiz, əgər həyatınız sizə dəyərlidirsə yeraltı keçid axtarın, onların tikilməsinə görə şəhər hakimiyyətinə təşəkkür etmək lazımdır.

6. Bakı trafiki xaricilərə unudulmaz təəssüratlar bəxş edir. Adətən onu Mexiko, Qahirə və Yunanıstan ilə müqayisə edirlər. Ən maraqlısı isə odur ki, azərbaycanlı sürücülərin çoxu daim əsəb gərginliyi vəziyyətində olurlar, ümumi kütlə isə avtomobilin siqnalının ünsiyyət vasitəsi olmadığını unudub. Almaniyada, məsələn, sürücülərin emosional fonu üçün sərt cərimə sistemi mövcuddur: orta barmağın göstərilməsi 4000 avro, polisə kobud “sən” müraciətinə görə 600 avro, söz davası 200-dən 2500 avroya qədər. Bizdə də belə cərimələr olsaydı, yığılan pula yollarımıza gümüş örtük çəkmək olardı.

7. Bir çox taksi sürücüləri şəhəri pis tanıyırlar, demək olar ki, heç biri ingiliscə danışmır, qarşısında xaricinin olduğunu görən kimi qiymətləri qaldırırlar. Doğrudur, Bakının küçələrində “London” taksilərinin peyda olması ilə əlaqədar taksilərlə vəziyyət yaxşılığa doğru dəyişdi, amma problemlər tam olaraq həll olunmadı. “Keb”lərin səliqəsiz geyimdə saqqallı sürücüləri telefonla danışır, sükan arxasında siqaret çəkirlər. Axı niyə, onlara söz verildiyi kimi uniforma geyindirmədilər? Bu böyül sual olaraq qalır.

8. Yol hit-paradının zirvəsində ictimai nəqliyyatın sürücüləri durur. Bu halda yuxarıda sadalanan çatışmazlıqları ona vurmaq lazımdır. İctimai nəqliyyatın təmizliyi ayrı söhbətin mövzusudur: əgər bu nəqliyyat vasitəsini hərdənbir çöldən yuyurlarsa, salonlarda bir əsrlik zibil olduğu kimi qalır. Əgər bizim avtobuslardan birinə hansısa steril bir avropalı səhvən girsə, o dəqiqə hansısa bir xəstəliyə tutulacaq. Sərnişinlərimiz də özlərini lazımi qaydada aparmırlar, hələ bu avtobuslar bəzən taksi kimi işləyir, sərnişinlərin harda gəldi düşməsinə icazə verirlər. Avropa oyunları günlərində Bakıya on minlərlə xarici turist gələcək. Onlardan çoxu yəqin ki, ictimai nəqliyyatdan istifadə edəcək, heç istəməzdim ki, həmvətənlərimin qeyri-sivil davranışı xaricilərdə neqativ təəssürat yaratsın. Ona görə də əziz bakılılar, gəlin bir qədər özümüzü tərbiyə edək.

9. İctimai yerdə burnunu silmək və tüpürmək isə ayrı söhbətdir. Bakı Yer üzündə yeganə şəhərdir ki, buna yol verilir, elə isə gəlin həm özümüzü, həm də turistləri bu iyrənc mənzərədən azad edək.

10. Demək olar ki, bütün evlərin pəncərələri çirklidir. Başa düşürəm ki, total tikinti şəraitində təmizliyə riayət etmək çətindir. Ona görə də bununla əlaqədar gəlirli və lazımlı biznes ilə əlaqədar kreativ bir təklif etmək istəyirəm. Aydındır ki, bütün qadınlar pəncərə yumaqdan ötrü əldən getmirlər. Nəyə görə belə xidmət göstərən şirkət yaratmayaq? Sərfəli olması göz qabağındadır, yüzlərlə iş yeri açılacaq. O zaman şəhərimizdə bütün pəncərələr təmiz olacaq, qadınlar isə həyatları ilə risk etməyəcəklər.

11. Xaricilər deyirlər ki, biz çox nadir hallarda gülümsəyirik, xüsusilə də tanımadığımız şəxslərə. Bu heç də qonaqpərvər olmadığımız üçün deyil, bu, bizim mentalitetimizin xüsusiyyətidir. Qərbdə təbəssüm nəzakət əlamətidir, biz hələ ki, bu sənətə yiyələnməmişik, amma qonaqların axını zamanı gülümsəmək olar və lazımdır.

12. Biz şəhərdə içində çörək və yemək qalıqları olan torbaları asmaqdan əl çəkməliyik. Əgər bakılılardan kim isə it və pişikləri yemləməyi sevirsə, pəncərədən küçəyə toyuq sür-sümüyü və ya dərisi atmaq mütləq deyil.

13. Hətta şəhərin mərkəzində belə maşın yuyan adamları görmək olar. Dəhşətli görüntüdür: çirkli gölməçələr, çirkli su olan vedrələr və nəhəng tənzif parçaları. Bəlkə bu əməliyyatı Bakıda bol olan sivil avtoyuma məkanlarında edək?

14. Yas çadırı – bu tamam başqa söhbətdir! Onu elə düz yolun ortasında açaraq tıxac yarada bilərlər. Rəhmətə gedənə qarşı hörmətimiz böyükdür, amma bununla yanaşı, dirilər, həm də nəhəng şəhərdə yaşayan dirilər haqqında da unutmaq olmaz.

15. Səkidə parkinq və hərəkəti görən xarici huşunu itirə bilər, sonra isə bunun şəklini çəkərək internetdə paylaşacaq. Şərh yazmağı da unutmayacaq. Bu problemi həll etmək lazımdır, yoxsa biz istehzalara məruz qalacağıq.

16. Avropa oyunları zamanı bələdiyyələr şəhər sakinlərinə balkon və pəncərələri bəzəmək üçün dibçək gülləri paylaya bilərlər. Bu, qədim Bakı binalarının gözəlliyini vurğulayan parlaq nüansa çevriləcək.

17. Səkiləri da qaydaya salmaq mütləqdir. Onlar gözəl plitələr ilə döşənsə də bu iş hər yerdə demək olar ki, yarımçıqdır – dərələr, hansısa xətlər. Bu, çox səliqəsiz görünməklə yanaşı, piyadalar üçün də narahatlıq yaradır, xüsusilə də günün qaranlıq saatlarında.

18. Bakıda ictimai ayaqyolu çatışmır. Onların yerini isə hər bir bakılı bilmir, bəs onda bu yazıq xaricilər nə etsin? İdman yarışlarına baxarkən isinən və bol miqdarda maye qəbul edən xaricilər ayaqyolu axtarışında çox əzablı dəqiqələr keçirməli olacaqlar. Qonaqların həyatını yüngülləşdirmək üçün Avro-oyunlar zamanı biotualetlərin quraşdırılmasını təklif edirəm, o zaman biz də binaların girişlərinin, kol diblərinin təmizliyi üçün rahat olacağıq.

19. Avro-oyunların keçirildiyi dövrdə şəhərdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoymaq lazımdır. Bunun üçün olimpiadalar keçirilən şəhərlərin təcrübələrindən istifadə etmək olar.

20. Oyunların başlamasına qədər hər yerdə Wi-Fi quraşdırmaq və xidmət personalına kredit kartlarından istifadəni öyrətmək lazımdır.

Və nəhayət, ən əsas müddəa! Avropa oyunları dövründə tum satmağı qadağan etmək lazımdır. Mən anlayıram ki, bu, tum satan biznesmenlərin cibinə ziyandır, amma heç olmasa bir neçə gün ərzində bizim şəhərin küçələri tum qabığından azad olacaq. Hətta meqapolisdə yaşama qaydalarını şəhər sakinlərinə izah edə biləcək xüsusi volontyorları da dəvət etmək olar.

Əminəm ki, Birinci Avropa Oyunları Azərbaycana növbəti uğur gətirəcək, bakılılar isə qürur və vəhdət hiss edəcəklər, axı qısa müddət ərzində olsa da vətənimiz bütün dünyanın diqqət mərkəzində olacaq! Və qarşıdan gələn hadisələrin sevinc həyəcanına baxmayaraq biz Avropa oyunlarına hazırlığı öz çatışmazlıqlarımızı aradan qaldırmaqla başlamalıyıq!

Bəhram Bağırzadə
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu