A. Qocayev - 28 May - Respublika Günüdür
Gundem
Oxunub: 1 800
27 may 2015 | 12:07
1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd edilir.
1917-ci ildə Rusiyada baş vermiş Fevral inqilabı nəticəsində Rusiyada Çar İmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) - müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıları tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur.
Məmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli pespublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.
Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı isə Fətəli Xan Xoyski idi. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyilə - Bakı daşnak-rus üvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçdü.
Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömrundə böyük nailiyyətlər və qalibiyyətlər əldə etmişdir. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən cümhuriyyət o cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimayyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin etmişdir.
1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edilmişdir. O zamana qədər Azərbaycan Demokratik Respublikasının bayrağı qırmızı rəngdəydi.
Azərbaycan Demokratik Respublikası gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına dolmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərifindən devirlməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.
1918-ci ilin may ayının 28-də Azərbaycan milli şurası. "İstiqlaliyyət Bəyannaməsi" ilə Azərbaycanın şimal torpaqlarında Azərbaycan Demokratik Cümhuriyyəti yarandığını elan etdi. Bu tarixi sənədə görə Azərbaycan qonşu xalqlar və dövlətlərlə dostluq münasibəti quracaqdır. Müstəqil Azərbaycan dövlətinin təşkil idarəsi xalq cümhuriyyətidir. Azərbaycan Xalq Cümhuriyyəti, millət, məzhəb, sinif və cins fərqi görmür və bütün vətəndaşların siyasi hüquqlarını təmin etməlidir.

Alı Qocayev Samux Rayon İcra Hakimiyyətinin başçısı
Dünən, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Dünən, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Dünən, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Dünən, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Dünən, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Dünən, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Dünən, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Dünən, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Dünən, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Dünən, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Dünən, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Dünən, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Dünən, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Dünən, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Dünən, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Dünən, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Dünən, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Dünən, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Dünən, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Dünən, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Dünən, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Dünən, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
21-10-2026, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
21-10-2026, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
21-10-2026, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
21-10-2026, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
21-10-2026, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI