Ağdam rayonu inkişaf yolunda
Gundem / Bolge
Oxunub: 2 282
24 dek 2014 | 20:32
Ağdam rayonu inkişaf yolundaAğdam rayonu 1930-cu ildə yaradılıb. Sahəsi 1094 kvadrat km olan rayonun relyefi əsasən düzənlik, qismən dağlıqdır.Ağdam rayonu Azərbaycanın qədim, füsunkar təbiətli torpağı olan Qarabağın mərkəzində Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində, Kür-Araz ovalığının qərbində yerləşir. Gözəl Qarabağın ürəyi sayılan Ağdamın qədim tarixi abidələri minillik keşməkeşli illərdən keçərək bu günə qədər gəlib çatmışdır.
Ağdam rayonu son illər öz inkişaf yoluna qədəm qoymuşdur. Rayon gündən günə çiçəklənir. Rayonun inkişaf yoluna qısa nəzər salaq:
2014-cü il iyulun 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclası keçirilmişdir.
İclasda qeyd olunmuşdur ki, cari ilin birinci yarısında qarşıda duran bütün məsələlər uğurla həll olunmuş, düşünülmüş siyasət, sabitlik, iqtisadi islahatlar nəticəsində iqtisadiyyatın neft amilindən asıllığı xeyli azalmışdır.
İlin birinci yarısında ölkə iqtisadiyyatı 2,1 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 6 faiz, qeyri-neft sektoru 7 faiz artıb, inflyasiya 1,6 faiz təşkil edib. Respublikanın valyuta ehtiyatları 54 milyard dollardan çoxdur. Ölkənin müstəqilliyini şərtləndirən əsas amillərdən biri olan maliyyə vəziyyəti sabit olmuş, adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan dünyada qabaqcıl yerlərdən birini tutur və beləliklə, dünyada höküm sürən maliyyə böhranı ölkəmizə qətiyyən təsir etməmişdir. Bu il 3-cü Regional İnkişaf Proqramı qəbul olunmuş, proqramda nəzərdə tutulan layihələrin icrası nəticəsində 6 ayda 65 min yeni iş yeri yaradılmış, ümumilikdə Regionların Sosial-İqtisadi inkişafına dair birinci Dövlət Proqramının icrasına başlanandan bəri 1 milyon 300 min yeni iş yeri açılmışdır.
Ötən 6 ayda sosial məsələlər də diqqət mərkəzində olmuş, əhalinin pul gəlirləri 4,7 faiz artmış, orta aylıq əmək haqqı 440 manata çatmışdır.
2014-cü ilin 6 ayında rayonda tikinti, abadlıq və quruculuq sahəsindəki işlər davam etdirilmişdir.
Belə ki, Birinci Baharlı kənd 160 şagird yerlik tam orta məktəbin binası, Quzanlı qəsəbəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli 6 mərtəbəli yaşayış binası, Telekommunikasiya Qovşağının inzibati binası istifadəyə verilmişdir.
Hazırda Dördyol Mamırlı ərazisində uzun müddət çiy kərpicdən və qamışdan tikilmiş yeraltı qazmalarda məskunlaşmış Ağdamlı məcburi köçkünlər üçün İmamqulubəyli qəsəbəsi yanında tikilən 632 ailəlik qəsəbədə son tamamlanma işləri aparılır, Əfətli kənd 360 şagird yerlik, Hacıməmmədli və Həsənxanlı kənd 120 şagird yerlik tam orta məktəblərinin, Xındırıstan kənd uşaq musiqi məktəbinin, Evoğlu kənd 100 yerlik uşaq bağçasının, Fövqəladə Hallar Naziri cənab Ağdam rayonu inkişaf yolundaKəmaləddin Heydərovun tapşırığı ilə Quzanlı qəsəbəsində tikilən 360 şagird yerlik məktəb-litseyin, Avtovağzalın tikintisi davam etdirilir.
Son iki ayda rayonda tikinti, abadlıq və quruculuq sahəsində aparılan işlər daha da genişləndirilmişdir. Heydər Əliyev prospektinin İmamqulubəyli kəndindən rayon Təhsil şöbəsinə qədər olan 1 km-dən artıq hissəsində böyük abadlıq işləri aparılır, müasir üslubda Xiyaban salınır, Ağdam rayonunun simvoluna çevrilmiş Çay Evinin tikintisinə başlanılmışdır. Prospektin Akademik Zərifə Əliyeva küçəsindən Hindarx istiqamətindəki hissəsində divarlar üzlənmiş, möhtəşəm işıqlandırma sistemi quraşdırılmış, səkilər yenidən işlənilmişdir.
Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında Ağdam rayonu üzrə 14 tədbirin icrası nəzərdə tutulmuşdur. Ondan 10 tədbir icra olunur, 4 tədbirin icrasına başlanmayıb.
Dövlət Proqramının icrası olaraq rayonda 2014-cü ilin birinci yarısında 790 yeni iş yeri açılmış, ondan 485 daimi, 305 isə mövsümüdür.
Rayon üzrə 2014- cü ilin 6 ayı ərzində ümumi məhsul istehsalının həcmi 52 milyon 100 min manat olmuş, 2013-ci ilin müvafiq dövü ilə müqayisədə 7 milyon 500 min manat və ya 14.5 faiz artmışdır, sənaye məhsulunun ümumi həcmi 3 milyon 300 min manat, kənd təsərrüfatı məhsulunun həcmi 27 milyon 100 min manat, ticarətin dövriyyəsi 4 milyon 500 min manat olmuş, 6 ayı ərzində kapitala yönəldilən investisiyalar 17 milyon 200 min manat olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramının və həmin Proqrama Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 31 oktyabr tarixli və 2011-ci il 21 fevral tarixli Sərəncamları ilə təsdiq edilmiş Əlavələrin icrası ilə əlaqədar Ağdam rayonu üzrə 32 tədbirin icrası nəzərdə tutulmuşdur. Ondan hal- hazıra kimi 17 tədbir icra edilmiş, icra müddətinə əməl olunmaqla 5 tədbir icra olunur, 1 tədbirin icrası başlanıb, 9 tədbir isə icra olunmur.
Ağdam rayon Vergilər şöbəsi üzrə 2014-cü ilin 6 ayı ərzində proqnoz tapşırığına 101,5 faiz əməl olunmuş, büdcəyə 37,4 min manat əlavə vəsait daxil olmuşdur.
Rayonda 2014-cü ilin 6 ayında əhaliyə 450 min manatlıq nəqliyyat xidməti göstərilmişdir
Rayonumuzda sahibkarlığın inkişaf etdirilməsinə xüsusi fikir verilir.
2014-cü ili 6 ayı ərzində Kapital Bankın Ağdam rayon filialı tərəfindən 700 nəfərə 800 min manat, Kafqaz kredit təşkilatı tərəfinədn 452 nəfərə 435,1 min manat, Kaspian-İnvest kredit təşkilatı tərəfindən 218 nəfərə 265,0 min manat və Azərkredit 1528 nəfərə 1555,2 min manat kredit verilmişdir. İqtisadiyyat və Sənaye Nazirliyi Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonda 23 layihə həyata keçirilmiş, 38 yeni iş yeri açılmış, 242 min manat kredit verilmişdir.
2014-cü ilin 6 ayı ərzində rayon Məşğulluq ərkəzinə 160 nəfər işaxtaran vətəndaş müraciət etmiş və onlar Mərkəzdə rəsmi qeydiyyatdan keçirilmişdilər. 2014-cü ilin 6 ayı ərzində müraciət edənlərdən 105 nəfəri daimi işlə təmin olunmuş, 23 nəfər vətəndaşa isə işsizlik statusu verilərək müavinət təyin edilmişdir. 01 iyul 2014-cü il tarixə Mərkəzdə qeydiyyatda olan işsizlərin sayı keçən illə müqayisədə 1971 nəfərdən 1831 nəfərə enmiş, yəni 140 nəfər azalmışdır. Hazırda idarə və müəssisələrdə 145 vakant iş yeri vardır, ondan 118-i qulluqçu, 27-i isə fəhlə kateqoriyasından olan iş yerləridir.
Rayonda təhsilin səviyyəsinin yüksəldilməsinə diqqət artırılmışdır. Təhsilin maddi-texniki bazasının möhkəmləndrilməsi üçün bir sıra məktəb binaları tikilib və əsaslı təmir edilib, avadanlıqlarla, kompyuterlərlə təmin edilmişdir.
2014-cü ilin yanvar ayından başlayaraq tədrisin səviyyəsini yüksəltmək, şagirdlərin yüksək bilik almalarına nail olmaq əsas məqsəd kimi qarşıya qoyulmuşdur. Bununla əlaqədar 2014-cü ilin yanvar mart aylarında kurikulum islahatının həyata keçirilməsinə, innovasiyaların tətbiqinə ardıcıl nəzarət edilərək monitorinqlər keçirilmiş, mütərəqqi təlim metodlarının tətbiqinə əhəmiyyətli diqqət yetirilmişdir.Bu da şagirdlərin yüksək bilik almalarına stimul vermişdir.
Rayon ümumtəhsil məktəbləri şagirdlərinin intellek səviyyəsini yüksəltmək məqsədi ilə tam orta məktəb şagirdlərindən ibarət komandalar arasında 5 bölgə üzrə 4 fəndən bilik yarışları keçirilmişdir.
2014-cü ilin mart ayından başlayaraq Rayon Təhsil Şöbəsində buraxılış imtahanlarına hazırlıqla əlaqədar müvafiq işlər görülmüş, rayon üzrə buraxılış imtahanları 18 iyun 2014-cü il tarixdə rayonda yaradılmış üç imtahan mərkəzində TQDK-sı tərəfindən mərkəzləşmiş qaydada keçirilmişdir.
11-ci siniflər üzrə imtahanlara buraxılan 1063 nəfər şagirddən, 1040 nəfəri imtahanlarda iştirak etmiş, onlardan 736 nəfəri, yəni 70,7 faizi müvəffəq qiymət almışdır. 9-cu siniflər üzrə imtahanlara buraxılan 1633 nəfərdən 1556 nəfəri imtahanlarda iştirak etmiş, onlardan 938 nəfəri və ya 60,3 faizi müvəffəq qiymət almışdır.
2014-cü ilin 6 ayında Ağdam rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın 13 iclası keçirilmiş, tədbirlər planına uyğun olaraq və müzakirəsi zəruri olan məsələlər müzakirə olunmuşdur. Müzakirəyə çıxarılan hər bir məsələ haqqında geniş və müfəssəl arayışlar hazırlanmış, çıxışlar dinlənilmiş və Şura məsələlər barədə öz tövsiyyə və qərarlarını vermişdir.
Rayon İcra Hakimiyyəti Başçısı Aparatında Dövlət qulluğu haqqında Qanuna uyğun olaraq kadrların hazırlanması, seçilməsi, yerləşdirilməsi, ehtiyyat kadr bazasının yaradılması işi təlimata uyğun aparılır.
Kadr işinin təşkili, Aparatda işləyən dövlət qulluqçuları haqqında məlumat, Dövlət Qulluğu ilə Reyster xidmətinin aparılması Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Quluğu Məsələləri Komissiyasına göndərilmiş, onlarla mütəmadi əlaqə saxlanılır.
Rayonun sosial-iqtisadi inkişafı sahəsində 2014-cü ilin sonuna qədər görüləsi işlərimiz, həlli vacib problemlərimiz çoxdur.
Rayon üçün çox mühüm əhəmiyyətə malik problemlərin həlli üçün tədbirlər görməli, tikinti, quruculuq, abadlaşdırma sahəsindəki işlərimizi, əhalinin həyat şəraitinin, məcburi köçkünlərin mənzil- məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirləri davam etdirməliyik.
Belə ki, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə Dövlət Proqramında nəzərdə tutulmuş Dördyol adlanan ərazidə yeraltı qazmalarda, çiy kərpicdən və qamışdan tikilmiş daxmalarda ağır vəziyyətdə yaşayan 932 ailə üçün İmamqulubəyli kəndi ərazisində tikilən 632 ailəlik qəsəbə, 360 şagird yerlik Əfətli, 120 şagird yerlik Həsənxanlı, 120 şagird yerlik Hacıməmmədli kənd tam orta məktəbləri, Xındırıstan kənd uşaq musiqi məktəbi, Evoğlu kəndindəki 100 yerlik uşaq bağçası, Çay Evi istifadəyə verilməlidir. Heydər Əliyev prospektində salınan Xiyabanın tikintisini tezliklə başa çatdırmalıyıq.
Kəndarası yolların tikintisi və təmiri daim diqqət mərkəzində saxlanılmalı, 29000 nəfər əhalisi olan 1 qəsəbəni, 10 kəndi, 3 məcburi köçkün qəsəbəsini birləşdirən Quzanlı-İmamqulubəyli-Orta Qərvənd-Xındırıstan, 21000 nəfər əhalisi olan 1 qəsəbə, 9 kəndi, 4 məcburi köçkün qəsəbəsini birləşdirən Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli, 6000 nəfər əhalisi olan 8 kəndi birləşdirən Əfətli-Hacıturalı-Həsənxanlı avtomobil yollarının yenidən qurulmasına nail olmalıyıq. Heydər Əliyev parkında yenidənqurma, Heydər Əliyev Mərkəzi üçün yeni binanın tikintisinə, rayon İcra Hakimiyyətinin və YAP rayon təşkilatının inzibati binlarında yenidənqurma işləri aparması nəzərdə tutulmuşdur..
Rayonumuz daim cənab prezidentin diqqət mərkəzindədir.

Ağdam Rayon İcra Hakiyyəti başçısı Raqub Məmmədov
Bu gün, 10:44
Daha bir “Prius” qəzası - Ölən və yaralananlar var - Foto
Bu gün, 10:39
Könülün qətlindən sonra nənəsi də öldü
Bu gün, 10:24
Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - VİDEO
Bu gün, 10:19
DİN xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ etdi - FOTO
Bu gün, 10:13
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb
Bu gün, 09:18
Blinkenin “gecə konserti” qorxunc sirri ifşa etdi: Ukrayna ABŞ-a daha lazım deyil
Bu gün, 09:00
Paşinyan istefaya hazırlaşır? - Xandanyan açıqladı
Dünən, 16:00
Ermənilər Xocalı aeroportunu niyə bu formada tikiblər? – Sirr açıldı
Dünən, 15:30
Ermənilərin sərhəd TƏLAŞI... - Daha çox ərazi...
Dünən, 14:22
Sülhməramlıları xatırlayarkən: separatçılığa dəstək, terrora yardım... - "Həmişə Azərbaycana qarşı qərəzli mövqedə dayandılar"
Dünən, 14:04
Lukaşenkodan Şuşada traktor hədiyyəsi - FOTOLAR
Dünən, 13:58
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər
Dünən, 12:51
Azərbaycan XİN: Fransa tərəfi üzr istəməlidir
Dünən, 12:00
Prezidentlər Füzulinin Baş planı ilə tanış oldu
Dünən, 11:53
Əliyev Lukaşenkonu Füzulidə qarşıladı - FOTOLAR
Dünən, 11:46
Taksilərdə minimum gediş haqqı 4,50 olacaq? - AÇIQLAMA
Dünən, 11:41
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri yenidən görüşüblər
Dünən, 11:05
Rövşən Nəcəf UEFA prezidenti ilə görüşüb
Dünən, 11:01
Misir İsrailin təklifini rədd edib - "Reuters"
Dünən, 10:56
Pedofillərlə bağlı qanunda dəyişiklik edildi - RƏSMİ
Dünən, 10:51
Türkiyə Xarici İşlər Nazirliyində ciddi dəyişiklik
Dünən, 10:33
Füsunkar təbiəti ilə seçilən Kəlbəcərdən yeni görüntülər - VİDEO
Dünən, 10:28
Azərbaycanın İrandakı səfirliyinin yeri dəyişdirilib
Dünən, 10:21
Azərbaycanla proses uğurlu keçdi - Qriqoryan
Dünən, 09:26
"Kurtlar vadisi"nin aktyoru Azərbaycan vətəndaşı olmaq istəyir
Dünən, 09:21
ABŞ ruslara qarşı sanksiyalar tətbiq etdi
Dünən, 09:17
Polşa “Bayraktar”lara qovuşdu