Qazax Dövlət Sosial-İqtisad kolleci rüşvətxorluq yuvasıdır
Gundem / Bolge
Oxunub: 6 609
23 dek 2014 | 12:12
Qazax Dövlət Sosial-İqtisad kolleci rüşvətxorluq yuvasıdır










Elşad müəllimin şəxsi tapşırıqları əsasında idarə olunan kollecdə, gündəlik minbir qanunsuzluq əməllərinə qol qoyulmaqla bərabər, təhsilimiz də düşünülmüş şəkildə məhvə sürüklənməkdə davam edir

Hələ ötən açıqlamalarımızın birində yazıb bildirmişdik ki, respublikamızın dilbər gürşələrindən biri də Qazax rayonudur. O məqama da toxunmuşduq ki, ölkə iqtisadiyyatının hərtərəfli inkişafında, əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsində, sosial-iqtisadi vəziyyətin davamlı inkişafında, bir çox islahat proqramlarının həyata keçirilməsində və.s-də, Qazağın adı hər zaman dillər əzbəri olub.
Belə bir amillərin varlığına baxmayaraq, hal-hazırda rayonda həlli vacib olan məsələlər, aradan qaldırılası elə problemləр var ki, onlar haqda məlumatlı olan hər kəs bir anlığa da olsa düşünər və yaxud hansısa formada götür-qoy da edər. Həlli vacib olan problemlərdən biri də, Qazax Dövlət Sosial-İqtisadi Kollecində baş alıb gedən röşvətxorluğun varlığıdır. Problemlərin hansı səbəblərdən əmələ gəlməsi barədə məsələlərə münasibət bildirərkən, onu da qeyd edə bilərik ki, bu gün Elşad müəllim rəhbərlik etdiyi təhsil ocağında əməlli-başlıca “bazar” açıb. Və ümumi vəziyyətin acınacaqlı duruma düşməsinə məhəl qoymayan rəhbərlik, hal-hazırda da hansısa əməli addımını atmaq fikrində deyil.

Bir məqama da toxunaq ki, cənab Elşad müəllim bu gün daşıdığı vəzifəsindən ikiəlli yapışıb. Buna səbəb o olur ki, daşıdığı vəzifəsi ona hər ay həm gəlir gətirir, həm də onu hörmət-izzət sahibi edir. Bəs bu kimi amillərin qarşılığında, görəsən səbəb nədir ki, rəhbərlik haqq yoluna qayıtmır və qayıtmaq istəyində də bulunmur. Yalnız uzun illərdən bəri düşündüyü və tətbiq etdiyi rüşvətxorluq əməllərini, yenə də yaşatmaqda davam edir. Elə bu kimi səbəblər üzündəndir ki, hələ bir müddət bundan əvvəl rəhbərliyin ünvanına sorğu məktubu ünvanladıq ki, problemlərin varlığına münasibətini öyrənə bilək. Təəssüflər olsun ki, qanunvericiliyin tələb etdiyi vaxtdan xeyli müddət keçməsinə baxmayaraq, rəhbərlik sadalanan faktlara aydınlıq gətirmək əvəzinə susmağa üstünlük verdi. Bu da onu söyləməyə əsas verir ki, problemlər məngənəsində boğulan, rüşvətxorluq hallarının tüğyan etdiyi Qazax Dövlət Sosial İqtisad Kollecində, rəhbərlik naşı idarəçiliyi ilə təhsilimizi məhvə sürükləməkdə davam edir.

Diqqəti cəlb edən hal odur ki, rəhbərlik qol qoyduğu əməllərini ört-basdır etmək üçün, hələ bir müddət bundan əvvəl yeni bir idarəçilik üsuluna əl atıb. Yəni, o, kollecin giriş hissəsində polis “otuzdurub” və ona möhkəm-möhkəm tapşırıqlarını da verib. “Kənardan gələn bir kimsəni içəri buraxma, buraxmaq istəsən də mütləq mənimlə əlaqə saxla və razılığımı aldıqdan sonra burax” deyib. O halda sual oluna bilər ki, rəhbərlik sən belə bir addımını atmaqla nəyə nail olmaq istəyirsən? Niyə imkan vermirsən ki, KİV nümayəndələri dərs saatlarında kollecə daxil ola bilib, davamiyyəti öz gözləri ilə görə bilsinlər. Görüb bilsinlər ki, bir qrupda təhsil alan tələbələrin yarıdan çoxu dərsdə tapılmır. Dərs “keçən” müəllimlər dərs keçmək əvəzinə, dərs saatlarını boş-boş söz-söhbətlərə həsr etməklə “yola” verirlər. Smestr imtahanlarında tələbə auditoroyasının tam əksəriyyəti, ümumi vəziyyətdən xəbərsiz olurlar. Köhnə kurs işlərini tələbələrə “sırımaq”la, hər il nə qədər qazanc əldə edə bilirsən? Kollecin balansına ayrılmış yanacağı, çöldən-çölə yanacaqdoldurma məntəqəsində kimlərə “pay-püş” edirsən? Bəlkə bunlar həqiqətdən uzaq açıqlamalardır?

Kollecdə çalışan və adının çəkilməsini istəməyən mənbənin verdiyi məlumatda o da bildirilir ki, Elşad müəllim hər il dərs saatlarını maraqları çərçivəsində bölür və elə tələbə olur ki, o ümumiyyətlə kollec üzü tanımır, müəllim sifəti görmür. Sözsüz ki, belə bir şəraiti kollec rəhbərliyi yaradır və atdığı addımın müqabilində qarşı tərəfdən nəzərdə tutduğu marağını da tələb edir. Verilən məlumatda o da bildirilir ki, tədris olunan dərslərin səviyyəsi heç bir normaya cavab vermədiyindən, buraxlış imtahanları “haqq-hesab”ın müqabilində yola verildiyindən, tələbə adını daşıyanlardan bir çoxu adicə kitabı üzündən oxuya bilmirlər. Belə bir halın varlığı da, Azərbaycan təhsilinin bilərəkdən məhvə sürüklənməsi deyilmi?

Digər tərəfdən, kollecdə ödənişli təhsildən əldə olunan vəsait də, cənab Elşad müəllim tərəfindən bu və ya digər hallarla, çox zaman isə təmir adı altında mənimsənilir. Bir neçə “ölü ъанлар”ın варлыьы da, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin adını dillər əzbəri edib.
Bütün bunları nəzərə alaraq, atdığı müdrik addımları ilə Azərbaycan təhsilinə yeni nəfəs verən cənab Mikayıl Cabbarova müraciət edirik ki, Siz Qazax Dövlət Sosial İqtisad Kollecində yaşanan durumu diqqətdə saxlasanız, yəqin ki, əksər mətləblərdən xəbərdar ola biləcəksiniz. Və Elşad müəllimin əhəmiyyət kəsb edən təhsil ocağına rəhbərlik etməsinə, yəqin ki, öz münasibətinizi də bildirərsiniz.

Ümumiyyətlə, kollecdə baş verən olaylar zaman-zaman diqqət mərkəzində olub və bu gun də diqqət mərkəzimizdədir.
Qarşı tərəfin də, problemlərin varlığına münasibətini öyrənmək və mövqeyini dərc etmək istərdik.

Abdulla
Dünən, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Dünən, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Dünən, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Dünən, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Dünən, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Dünən, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Dünən, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Dünən, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Dünən, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Dünən, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Dünən, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Dünən, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Dünən, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Dünən, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Dünən, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Dünən, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Dünən, 09:43
Zelenski müsahibə zamanı ağladı
Dünən, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Dünən, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Dünən, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
22-10-2026, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22-10-2026, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22-10-2026, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22-10-2026, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22-10-2026, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22-10-2026, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
22-10-2026, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib