Görüş yerini dəyişmək olmaz!

Adətən “qızıl payız”ın sərin vaxtlarında baş tutan görüş yerlərinin başqa ünvanlara dəyişdirilməsi, sonda yaxşı sonluqla nəticələnmir və müəyyən söz-söhbətlərin də əmələ gəlməsinə səbəb olur
Bir neçə gün bundan əvvəl Qax rayonunda yaşanan olaylardan, rəhbərliyin həyata keçirdiyi səriştəsiz idarəçilikdən, rayonun müxtəlif ərazilərində əmələ gələn saysız-hesabsız sosial problemlərin varlığından və.s bəhs etmişdik. Düzdür, yaşanan sosial problemlərin varlığı haqda ictimaiyyətə az-çox məlumatlar versək də, amma əksəriyyətin gözləmədiyi, ağlına belə gətirmədiyi məqamlara toxunmamışdıq. Yalnız yazıb onu qeyd etmişdik ki, icra başçısı vəzifəsini daşıyan şəxs, rəhbərlik etdiyi şəhərdə, rayonda yerli sakinlərə bir çox göstəriciləri, davranışı və digər xarakterik xüsuiyyətləri ilə nümunə olmalıdır. Buna səbəb, icra başçısı vəzifəsini daşıyan şəxsin, ölkə rəhbərinin yerlərdə səlahiyyətli nümayəndəsi olmasıdır.
Amma təəssüf doğuran hal odur ki, bu gün bir çox vəzifə sahibləri kimi, Qax rayon rəhbərliyi də, tələb olunan göstəricilərə cavab verməyən vəzifə sahiblərindən biri hesab olunur. Buna səbəb olan amillərdən ən əsası, cənab Musa müəllimin kifayət qədər hazırlıqlı şəxs olmaması və atdığı addımları yüz ölçüb bir də biçə bilməməsidir. Məsələn, onun atdığı addımlardan biri haqda məlumatları informasiya mərkəzimizə çatdıran mənbə qeyd edir ki, hələlik adını çəkmək istəmədiyimiz xanım bir “jurnalist” (..alə adlı), bir müddət bundan əvvəl Musa müəllimin qəbuluna üz tutur. Diqqəti cəlb edən hal o olur ki, rayon rəhbərliyinin hüzuruna üz tutan xanım “jurnalist”lə, Musa müəllimin “duzlu-məzəli” söz-söhbəti bir müddət davam edir. Və elə ki, ümumi söz-söhbətə yekun vurulur, bu zaman cənab başçı xanım “jurnalist”i inşaası başa çatdırılmış hamam və tualeti göstərmək fikrinə düşür və ona oranı da göstərir. Əldə etdiyimiz digər məlumatlara görə, hamam, tualet icra başçısının əyləşdiyi iş otağına lap bitişik yerdədir və onlardan yalnız səlahiyyət sahibi olan vəzifə sahibi istifadə edir. Həmin vaxt dəvəti qəbul edən xanım “jurnalist” dərhal ayağa qalxır və inşaası başa çatdırılmış hamama, tualetə “baş çəkmək” zorunda da qalır.
Diqqəti cəlb edən digər hal da odur ki, xanım “jurnalist”i cənab Musa Şəkiliyevin qəbuluna istiqamətləndirən başqa bir KİV nümayəndəsi olur.
Bütün bunları qeyd etməkdə məqsədimiz odur ki, rayon rəhbərliyi iş saatlarında əhəmiyyət kəsb edən problemlərin həlli ilə deyil, etik qaydalara sığmayan əməllərlə məşğul olduğundan, o, öz adı ətrafında müəyyən söz-söhbətlərin də əmələ gəlməsinə şərait yaradır. Mənbə onu da bildirir ki, adətən Musa müəllimin xanım “jurnalist”lərlə görüş yeri, paytaxt Bakımızda metronun Elmlər Akademiyasının ətrafı olurdu. Son vaxtlar isə, onun belə bir görüş yerləri şəhərimizin Yeni Yasamal ərazisində baş tutur.
Bu kimi olaylara toxunmaqda məqsədimiz ondan ibarətdir ki, cənab Musa müəllimə qarşı belə bir ictimai münasibətin formalaşmasına səbəb, yalnız onun atdığı addımlar olur. Bəlkə də, Musa Şəkliyevin xeyli müddət rayonun meşə təsərrüfatına rəhbərlik etməsi, onun belə bir düşüncə sahibi olmasına səbəb olan amildir. Nə demək olar, bəlkə də qeyd etdiyimiz amil əsas səbəbdir.
Bəli, bu gün Qaxda rəhbərliyi həyata keçirən cənab Musa müəllim, atdığı addımları ilə hər kəsin diqqətini özünə cəlb etməkdədir. Məsələn, o, ona verilmiş səlahiyyətlərdən geninə-boluna yararlanaraq qohum-əqrəbasını, özünə yaxın bildiyi şəxsləri “yağlı” vəzifələrə təyin etdirib. Hətta elə hallar da olur ki, rayon rəhbərliyinin müxtəlif vəzifələrə “əyləşdirdiyi” vəzifə sahibləri, müəyyən söz-söhbətlər zamanı bildirirlər ki, “bizim arxamızda Musa müəllim dayanıb, kim bizə nə deyə bilər” deyirlər. Elə bu arxayınçılığın nəticəsidir ki, hal-hazırda rayonun təsili bərbad gündədir, səhiyyəsi rüşvətxorluq girdabında çabalayır, sosial həyatında analoqu olmayan problemlər yaşanır, yerli icra strukturlarında süründürməçilik halları tüğyan edir, sakinlərin ictimai narazılığı pik həddə çatıb. Sözsüz ki, bu kimi olayların məsuliyyəti, birbaşa rayon rəhbərliyinin üzərinə düşür.
P.S. Yaxın bir-iki günə, Qax rayon rəhbərliyi ilə bağlı bəzi məqamların açıqlamasını, geniş oxucu auditoriyanın diqqətinə çatdıracağıq. Bu zaman əldə etdiyimiz fotoşəkillərdən, mənbə kimi də istifadə etməyə çalışacağıq. Odur ki, diqqətiniz bizdə, eyni zamanda sizləri müəyyən mətləblər haqda məlumatlarla məlumatlandırmağa çalışacağımız açıqlamalarımızda olsun.
Qarşı tərəfi də dinləməyə hazırıq.
Abdulla
Bu gün, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
Bu gün, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
Bu gün, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
Bu gün, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
Bu gün, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
Bu gün, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
Bu gün, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib
Bu gün, 12:43
İlham Əliyev startapla bağlı bir sıra qanunlarda dəyişiklikləri imzaladı
Bu gün, 12:40
Prezident yeni icra başçısı TƏYİN ETDİ
Bu gün, 11:26
Azərbaycanda bu kənd köçürülür - Hazırlıqlar başladı
Bu gün, 10:38
Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı
Bu gün, 10:25
Diplomatlarını bu ölkədən çıxarırlar
Bu gün, 10:20
Ermənistan azan çobanı Azərbaycana qaytarır - Kimliyi açıqlandı
Bu gün, 10:00
Arda Güler üçün əla xəbər: müqavilə imzalasa, sərvətini daha da artıracaq
Bu gün, 09:48
Məktəblilərə şad xəbər: 7 gün...
Bu gün, 09:44
Sahibkarın bir milyonunu ələ keçirdi, qumarda uduzdu - DETALLAR
Bu gün, 09:41
Cəbrayılda avtomobil aşıb, sürücü ölüb
Bu gün, 09:36
“ABŞ və İsrail seçkidən sonra İrana hücum planlaşdırır” - NYT
Bu gün, 09:31
İran Hörmüzdəki internet kabellərini məhv etməklə hədələdi
Bu gün, 09:28
Kibertəhlükəyə görə Fransanın dövlət saytları bağlandı
Bu gün, 09:14
"Məkkə paktı"ndan sonra "Bədr sazişi" - 4 müsəlman ölkəsi memorandum imzaladı
Bu gün, 09:00
Rəsmi İrəvanın sülhü niyə ləngitdiyinin səbəbi məlum oldu – sensasiyalı açıqlamalar
Dünən, 16:00
44 günlük müharibədən sonra işə yarayan taktika gündəmdə – "Paşinyan yenidən hazırlayır"
Dünən, 15:30
Orban getdi, Macar gəldi, Macarıstanın Ukraynaya badalaq vurması bitmədi
Dünən, 14:22
Əhalinin DİQQƏTİNƏ! Onlayn ticarətdə bizi belə aldadırlar – MÜHÜM dəyişiklik gəlir
Dünən, 13:29
ABŞ prezidenti dünyanı yenidən bölmək istəyir - ŞOK İDDİA
Dünən, 13:03
Azərbaycan vətəndaşı Ermənistan ərazisinə keçdi - SAXLANILDI