Prezident İlham Əliyev: "Azərbaycanın idman uğurları 2015-ci ildə də təmin olunacaq"
Gundem
Oxunub: 2 070
22 dek 2014 | 18:22
Prezident İlham Əliyev: "Azərbaycanın idman uğurları 2015-ci ildə də təmin olunacaq" Dekabrın 22-də dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev 2014-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib.

Trend-in AzTV-nin saytına istinadən verdiyi məlumata görə, Prezident İlham Əliyev bildirib ki, artıq ənənəyə çevrilən bu görüşlər ölkədə idman sahəsində aparılan uğurlu siyasətin təcəssümüdür.
İdmana rəhbərlik edən qurumların fəal işlədiyini, Azərbaycanın idman uğurlarının beynəlxalq miqyasda yüksək qiymətləndirildiyini deyən dövlət başçısı dünyada və bölgədə yaşanan böhranlı vəziyyətlərə baxmayaraq, ölkəmizin uğurla inkişaf etdiyini, 2014-cü ili də Azərbaycanın yüksək nəticələrlə başa vurduğunu diqqətə çatdırıb.

Bu inkişafın idman sahəsində də müşahidə edildiyini deyən Prezident İlham Əliyev bu il keçirilən beynəlxalq yarışlarda idmaçılarımızın 805 medal qazandığını, onların da 275-nin qızıl medal olduğunu bildirib.
Qeyd edib ki, 2014-cü ildə Azərbaycanda bir neçə beynəlxalq yarış keçirilib və artıq bu yarışların ölkəmizdə keçirilməsi davamlı hal alıb.
Prezident İlham Əliyev il ərzində idman sahəsində qazanılan nailiyyətlərdən danışarkən gənc idmançılarımızın Çində keçirilən Yeniyetmələrin Yay Oİlimpiya Oyunlarında qazandığı qələbələri xüsusi vurğulayıb. 2014-cü ildə də ölkəmizdə idman infrastrukturunun yaradılması istiqamətində işlərin davam etdiyini, hazırda 9 rayonda olimpiya komplekslərinin tikildiyini deyən dövlət başçısı artıq bölgələrdəki idman-olimpiya qurğularının sayının 41-ə çatdığını vurğulayıb.

Azərbaycan Prezidenti ölkəmizin idman nüfuzunun və nailiyyətlərinin Avropa Olimpiya Komitəsinin 43-cü Baş Assambleyasının Bakıda keçirilən iclasında da mötəbər beynəlxalq idman təşkilatlarının rəhbərləri tərəfindən xüsusi vurğulandığını deyib.
2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının yüksək səviyyədə baş tutacağına əminliyini ifadə edən Prezident İlham Əliyev artıq hazırlıq işlərinin son mərhələdə olduğunu, işlərin yüksək keyfiyyətlə və qrafik üzrə aparıldığını diqqətə çatdırıb.

Bu Oyunların keçirilməsi ilə bağlı şəhər infrastrukturuna da böyük dəstəyin verildiyini deyən dövlət başçısı yeni yolların çəkildiyini, körpülərin salındığını, nəqliyyat vasitələrinin alındığını bildirib. Bununla yanaşı, ekoloji tədbirlərin də həyata keçirildiyini deyən Prezident İlham Əliyev Böyük Şor gölünün təmizlənməsi istiqamətində mühüm addımların atıldığını, Bakı bulvarının genişləndirildiyini, yeni layihənin icrası nəticəsində bulvarın uzunluğunun daha da artacağını və təxminən 6 aydan sonra Bakının yeni siması ilə öz qonaqlarını qarşılayacağını deyib.

Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, ölkəmizin idman uğurları gələn il də təmin olunacaq və idmançılarımız beynəlxalq arenalarda öz sözlərini deyəcəklər.
Sonra 2014-cü ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub. Bu kateqoriyadan olan idmançılara mənzillərin orderləri verilib. İdmanda yüksək nailiyyətlər göstərən bir qrup idmançı isə Milli Olimpiya Komitəsi prezidentinin fəxri fərmanı ilə təltif olunub. İdmanın inkişafında xidmətləri olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdləri də təqdim edilib.
Daha sonra bədən tərbiyəsi və idmanın inkişafındakı xidmətlərinə görə ölkəmizin bir qrup idman mütəxəssislərinə "Əməkdar bədən tərbiyəsi və idman xadimi", o cümlədən "Əməkdar müəllim" fəxri adları təqdim olunub.
Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri, əməkdar incəsənət xadimi Zərifə Salahova Prezident İlham Əliyevə xatirə hədiyyələri təqdim edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Dünən, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Dünən, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Dünən, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Dünən, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Dünən, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Dünən, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Dünən, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Dünən, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Dünən, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Dünən, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Dünən, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Dünən, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Dünən, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Dünən, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Dünən, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Dünən, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Dünən, 09:43
Zelenski müsahibə zamanı ağladı
Dünən, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Dünən, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Dünən, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
22-10-2026, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22-10-2026, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22-10-2026, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22-10-2026, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22-10-2026, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22-10-2026, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
22-10-2026, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib