A. Quliyev - 28 May Respublika günüdür
Gundem
Oxunub: 1 939
28 may 2014 | 07:49
A. Quliyev - 28 May Respublika günüdür1918-ci il mayın 28-də şərqdə qurulan ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq ömrü ərzində bir çox sahələrdə həyata keçirdiyi islahatlarla Azərbaycan tarixində mühüm bir mərhələnin əsasını qoydu. O, demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, hərbi quruculuq sahələrində atdığı əhəmiyyətli addımlarla qısa müddətdə xalqımızın tarixində silinməz iz buraxdı, milli dövlətçilik ənənələrinin bərpası işində böyük rol oynadı. XX əsrin əvvəlində Azərbaycan dövlətinin xarici siyasət prinsipləri formalaşdı və bu prinsiplər dostluq və əməkdaşlığa söyləndi. Bunlar Azərbaycan milli şurasının qəbul etdiyi İstiqlaliyyət Bəyannaməsində də əksini tapdı. Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif və cins fərqi görmədiyini və bütün vətəndaşların siyasi hüquqlarını təmin etdiyini bütün dünyaya bəyan etdi. Ən əsası isə Xalq Cümhuriyyəti mövcud olduğu dövrdə xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirdi və onu gələcəyə miras qoydu. O miras ki, düz 70 illik əsarətdən sonra yenidən doğdu. XX əsrin 90-cı illərində Azərbaycanda da daxil olmaqla bütün ittifaq respublikalarında başlanan və Sovetlər Birliyinin dağılması ilə nəticələnən milli azadlıq hərəkatı ilə Azərbaycan ikinci dəfə öz müstəqilliyinə qovuşdu.
Heydər Əliyev: “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bizim vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa etdi. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoydu. Bunlara görə .... Azərbaycan Xalq Cümhuriyyətinin qısa bir zamanda gördüyü işlər yüksək qiymətləndirilir. Ümidvaram ki, bu dövr Azərbaycanın tarixində parlaq səhifələr kimi daim yaşayacaq və gələcək nəsillər də ilk Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə yüksək qiymət verəcəklər”.
Dövlət başçısı növbəti illərdə Azərbaycanı idarə etməyin strategiyasını bəyan etməklə yanaşı, xalqımızda siyasi və sosial-iqtisadi uğurlar seriyasının davamlı olacağına təminat verib. Paytaxtla yanaşı, regionlarda baş verən iqtisadi inkişaf, şəhər həyatının və insanların sosial durumunun yaxşılaşdırılması ilə bağlı görülən işlər bunu bir daha sübut edir. Bu gün Azərbaycan yerləşdiyi bölgədə əsas inkişaf məkanı olmaqla nəhəng infrastruktur layihələrini icra edir, heç bir regional layihə Azərbaycanın iştirakı olmadan reallaşmır, ölkəmiz Avropanın enerji təhlükəsizliyində son dərəcə vacib faktora çevrilib. Beləliklə, Azərbaycanda bütün istiqamətlərdə böyük inkişafın müşahidə olunması, ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşayiət olunur. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində isə Azərbaycan dövlətinin milli maraqlarının qorunması, tarixə irsə bağlılıq, Azərbaycan Xalq Cümhuriyyətinin müasir və müstəqil Azərbaycana miras qoyduğu dəyərlərə sahib çıxmaq, onlara hər zaman hörmətlə yanaşmaq kimi müqəddəs prinsip dayanır.

Əliyev Aqil
Ağcabədi şəhər İcra nümayəndəsi
Dünən, 20:28
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Dünən, 17:02
İlham Əliyev İranın daxili işlər nazirini qəbul etdi - Fotolar
Dünən, 16:49
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
Dünən, 16:45
102 tələbə Prezident təqaüdçüsü oldu - Adlar
Dünən, 16:42
İran Azərbaycanda nəyə nail olmaq istəyir?
Dünən, 16:00
İpoteka kreditləri artır, mənzil bazarında hansı risklər yaranır?
Dünən, 15:30
Trampın qərarı respublikaçı və demokrat senatorları birləşdirdi: Ağ Evə ultimatum verildi
Dünən, 14:22
Böyük təhlükə gözlənilir - Fövqəladə vəziyyətə hazırlığa start verildi
Dünən, 13:43
TƏCİLİ XƏBƏRDARLIQ! Qardaş ölkədə sürətlə yayılır - Bu xəstəlikdə qarışdırılır
Dünən, 13:36
“Sahar Azəri”nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Dünən, 13:32
Məktəbli forması ilə bağlı qanunu pozan - 37 nəfər həbs olundu - Video
Dünən, 13:13
Paşinyan Bakıya gələcək? – Azərbaycanda bu tarixdə...
Dünən, 12:41
Prezident: Azərbaycan Asiya ilə Avropa arasında yerləşən ölkə kimi bağlantılarda öz rolunu oynayır
Dünən, 12:37
İlham Əliyev: Kamboca ilə ticarət dövriyyəmiz hələ də çox aşağı səviyyədədir
Dünən, 11:41
Kənd təsərrüfatı sahəsində Anlaşma Memorandumu imzalandı - Fotolar
Dünən, 11:35
İlham Əliyevlə Kambocanın Baş naziri məhdud tərkibdə görüşdü - Fotolar
Dünən, 11:23
Əliyev İspaniya Kralını təbrik etdi
Dünən, 10:42
Təhsil Şurası bəyanat yaydı: "Bu, yolverilməzdir"
Dünən, 10:27
Kamboca Baş naziri rəsmi qarşılandı
Dünən, 10:16
Kimin evində varsa, ŞAD XƏBƏR - QİYMƏT ARTDI
Dünən, 10:04
Bu rayonda nöqsanlar aşkarlandı, vəzifəli şəxslərə töhmət verildi
Dünən, 09:58
İki qadını maşın vurub öldürdü
Dünən, 09:54
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi
Dünən, 09:50
Sənədsiz evlərə necə çıxarış almaq olar? - QAYDALAR
Dünən, 09:46
Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü
Dünən, 09:38
Ramiz Mehdiyev Xalq artistinin verilişini niyə efirdən çıxartdırdı? - VİDEO
Dünən, 09:28
Səudiyyə Ərəbistanında hava limanlarına ardıcıl hücumlar - 19 ölü