Nəsimi icra hakimiyyətinin işçisi baş redaktoru döyüb
Gundem / Siyaset
Oxunub: 1 675
1 avq 2017 | 23:30
Nəsimi icra hakimiyyətinin işçisi baş redaktoru döyüb












Elə bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev məmurlara növbəti dəfə xəbərdarlıq etdi . Ölkə başçısı “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda bildirdi ki, məmur yekəxanalıq etməməli, qanunsuz tələb irəli sürməməli, rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır.

Dövlət başçısı çıxışında diqqətə çatdırıb ki, insanların yaxşı yaşaması təkcə maddi tərəflə ölçülmür: "Burada, əlbəttə ki, məmur-vətəndaş münasibətləri xüsusi yer tutur. Mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi demişəm, bu gün də deyirəm. Hər kəs bilsin, eşitsin və nəticə çıxarsın: məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət göstərməlidir, köməklik göstərməlidir, yekəxanalıq etməməlidir, hansısa qanunsuz tələb irəli sürməməlidir, özünü təvazökar aparmalıdır - özü də, ailə üzvləri də, nümunə olmalıdır, rüşvətxorluqla məşğul olmamalıdır, soyğunçuluqla məşğul olmamalıdır. Məmur bax belə, dediyim kimi olmalıdır. Mən hər bir dövlət məmurunu təyin edəndə və ya icra başçısını başqa vəzifəyə qəbul edəndə də göstərişlər verirəm ki, get, insanlara qulluq elə, xidmət elə, dövlətə xidmət elə, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar və onların da cəzası verilir və veriləcəkdir. Biz bütün bu işləri görürük ki, Azərbaycanda inkişaf hərtərəfli və sürətli olsun, xoşagəlməz hallara son qoyulmalıdır".

Təəsüflər olsun ki, əksər hallarda böyük vəzifə tutan məmurlar prezidentin bu tapşırıqlarına əməl etməyə çalışdıqları halda kiçik ranqlı məmurlar tam əksinə hərəkət edirlər.

Götürək Nəsimi rayon icra hakimiyyətini. Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov azsaylı məmurlardandır ki, mətbuatla daim ünsiyyətdədir. Hər il mətbuat günündə medianı başına toplayır, bayramı onlarla uğurlayır. Nəsimi İH-nın gördüyü işlər barədə Azerinfo.az saytında daim yazılar gedib.

Lakin rayondakı kişik məmurlar tam qudurğanlıq həddinə çatıb.

Beləki 01.08.2017-ci il tarixdə saytın baş redaktoru, məcburi köçün, 2-ci qrup əlil olan İbrahim Hümbətov Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə daxil olan 31 saylı Mənzil - Kommunal İsrismar Sahəsinə problemlə bağlı müraciət edərkən fiziki zorakılıqla üzləşib.

MKİS rəisi Həsənov Vidadi Həmzə oğlu baş redaktora zor tətbiq edərək fiziki xəsarət yetirib, yaşlı adamı nəlayiq ifadələrlə təhqir edib.

Qeyd edək ki, İbrahim Hümbətov “Azərsu” ASC ilə aralarında olan problemə görə MKİS-ə arayış almağa gəlib. Nəsimi rayonu, 5-ci mikrorayon, 20 yanvar küçəsi ,bina 40, mənzil 17-də yaşayan İbrahim Hümbətov deyir ki, ezamiyyətdə olarkən ona evdən xəbər veriblər ki, “Azərsu” onların mənzilinin su təhcizatını dayandırıb. Nəsimi rayon Sukanal idarəsinin işçiləri gəlib xətti bağlayıblar. Evdə 1-ci qrip əlilin- Hümbətova Ayulduz Qubad qızını olduğunu belə nəzərə almayıblar. Şikəst qadının yayın cırhacırında susuz necə qalacağını heç ağıllarına gətirməyiblər.

İbrahim Hümbətov ezamiyyətini yarımçıq qoyub Bakıya qayıdıb. İdarədə ona bildiriblər ki, guya onun mənzilinin “Azərsu”ya 2014-cü ildən bəri 450 manat bocu var. Əlbətdə ki, bu şişirdilmiş rəqəmdir və həqiqəti əks etdirmir. Axı limit var. İbrahim müəllim deyir ki, necə ola bilər ki, qaz və işıqdan da istifadə edirik, limiti keçmirik, artıq qalır. Halbuki işıqdan, qazdan daha çox istifadə olunur. Bununla belə borc yaranmır. Ancaq sudan az istifadə etsək də borc yaranır?

Baş redaktor deyir ki, 2015-2017-ci illər aralığında onların evində müvəqqəti olaraq qaçqın qohumları yaşayıb. Bu barədə “Qaçqın və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komissiyası”nın Nəsimi Şöbəsində müvafiq qeydiyyatlar var:” Məsələ ondadır ki, onlar bizim mənzildə qalarkən işıq, qaz, sudan istifadə edərkən limiti keçməyiblər. Komitədə qeydiyyata alınıblar deyə kommunal xzərclərini dövlət ödəyib. İndi isə mənzildə 1-ci qrup əlil olan bacım Ayulduzla ikimiz qalırıq. Buna görə arayış lazım idi. MKİS rəisi isə deyir ki, arayış verərəm bir şərtlə ki, qohumların qaldığı zaman MKİS-ə yaranmış kommunal borcu ödəyəsən. Başa sala bilmədim ki, məcburi köçkün kommunal xərcdən (qaz, işıq, su istisna) azaddır.Özü də buna baxmayaraq həmişə arayış alanda həmişə bir-iki manatı vermişəm.Yoxsa uzatdıqca uzadırlar. Bu dəfə mediadan olduğumu dedim. Jurnalist olduğumu biləndən sonra səsinin tonun qaldırdı. Hiss olunurdu ki, mediadan zəhləsi gedir. Sonda fiziki zor tətbiq etdi.”

Baş redaktor hadisə ilə bağlı 19-cu Polis Bölməsinə rəsmən şikayət edib. Ona yetirilən xəsarətlə bağlı ekspert rəyindən sonra təhqiqat başlayacaq.
Bu gün, 16:00
Putinin ölümündən sonra QİYAMƏT QOPACAQ? – ABŞ-dan qorxunc ssenari
Bu gün, 15:30
20 dərəcə isti olacaq - SABAHIN HAVASI
Bu gün, 14:22
Azərbaycan ən çox bu ölkə ilə ticarət edib
Bu gün, 13:29
DİN və ETSN birgə əməliyyat keçirdi - VİDEO
Bu gün, 13:22
İcra hakimiyyətləri ilə bağlı bu məsələ gələn ildən dəyişir - RƏSMİ
Bu gün, 13:09
Pensiyaçılara ŞAD XƏBƏR - Bu tarixdə ödəniləcək
Bu gün, 13:05
Startaplarla bağlı mühüm xəbər: güzəşt müddəti uzadılır
Bu gün, 13:01
Dövlət bu xərcin yarısını ödəyəcək - Sahibkarların nəzərinə
Bu gün, 11:43
Generalın qızından şikayətçi olan şəxsin kimliyi bəlli oldu
Bu gün, 11:37
Mediaya 68,4 mln. manat ayrılacaq - Nazir müavini
Bu gün, 11:13
Azərbaycandan bu məhsulların ixracı kəskin artdı
Bu gün, 11:02
Paşinyanın “banan macərası”: Antalyada cibinə qoydu, Dublində çıxardı
Bu gün, 10:55
Azərbaycanda ən yüksək maaşı bu şəxslər alır
Bu gün, 10:04
UEFA Millətlər Liqası: Türkiyə Belçikanı, İtaliya Fransanı qəbul edəcək
Bu gün, 09:58
Neftimizin qiyməti 100 dolları keçdi
Bu gün, 09:54
Aktyorun nəşi Bakıya gətirildi - Burada DƏFN OLUNACAQ
Bu gün, 09:49
Bina çökdü: Ölən və yaralananlar var
Bu gün, 09:45
General Natiq Əliyevin qızı saxlanıldı
Bu gün, 09:41
Mehriban Əliyeva sosial şəbəkə hesabında Konstitusiya Günü münasibətilə paylaşım edib
Bu gün, 09:00
Heydər Əliyevin şah əsəri – müstəqil Azərbaycanın hüquqi təməli olan Konstitusiya
Dünən, 16:00
Putin Ermənistana qapını göstərir: Paşinyan bu tarixdə KTMT-dən qovulur?
Dünən, 15:30
Trampın İran qərarı neft bazarını silkələdi: Azərbaycanın milyardları təhlükədədir?
Dünən, 14:22
9 gün iş olmayacaq - Tarixlər açıqlandı
Dünən, 14:15
Prezident xanımı ilə Liderlər Sammitində iştirak edir - Canlı
Dünən, 14:04
Evdə uşağı döyənlər 200 manat cərimələnəcək - Rəsmi
Dünən, 13:39
Netanyahu ilə Tramp arasında “cəhənnəmə bənzəyən” söhbət - Baş nazir prezidenti razı sala bilməyib?
Dünən, 13:17
Bu məlumatı verənə 20 milyon dollar bəxşiş– Tehran ayağa qalxdı, BMT-yə üz tutdu!