Bakı Metropolitenindən sərnişinlərə - XƏBƏRDARLIQ
Təhlükəsizlik qaydalarına əməl etməyən sərnişinlər öz həyatlarını təhlükəyə atır.
Metroda bədbəxt hadisələrin baş verməməsi üçün sərnişinləri stansiyalarda ehtiyatlı olmağa, təhlükəsizlik qaydalarına riayət etməyə, xüsusən də platformada qatar gözləyərkən təhlükəsizlik xəttini keçməməyə çağırırıq.
Bunu Trend-ə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
N.Paşayev qeyd edib ki, təhlükəsizlik qaydalarına əməl etməyən sərnişinlər həm öz həyatlarını təhlükəyə atır, həm də Metropolitenin işinə maneçilik yaradırlar.
Onun sözlərinə görə, dəfələrlə olub ki, sərnişinlər diqqətsizlik və səhlənkarlıqları ucbatından təhlükəsizlik xəttini keçdikləri üçün ya qatarla toqquşub, ya da relslərin üzərinə düşüblər. Onların arasında xəsarət alanlar da olub:
“Məsələn, elə dünən axşam saat 18:32 radələrində 1997-ci il təvəlldülü Hüseynov İbrahim Zöhrab oğlu “28 May” stansiyasında başını aşağı salıb əlindəki mobil telefonla məşğul olarkən fikri yayınıb və təhlükəsizlik xəttindən irəli çıxıb. Nəticədə onun başı Dərnəgül-Həzi Aslanov isiqamətində hərəkət edən qatarın arxa vaqonun güzgüsünə dəyib. Sərnişin aldığı xəsarətdən huşunu itirib və dərhal hadisə yerinə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri çağırılıb”.
N.Paşayev qeyd edib ki, digər oxşar fakt ötən ay “Koroğlu” stansiyasında baş verib: “O zaman da qatarın güzgüsü qulağında qulaqcıq olan sərnişinlərdən birinin başına dəymişdi. Adam özü heç nə hiss etməyib. Metrodan çıxanda kənardakılar ona deyiblər ki, başından qan axır. Metronun işçiləri artıq adam sərrafı olublar. Onlardan biri görüb ki, bir nəfər qulağında qulaqcıq fikirli-fikirli gedir. Hiss edib ki, həmin adam yıxılaraq relslərin üstünə düşəcək. Relsin üzərinə düşən anda qolundan tutaraq kənara çəkib”.
Metropoliten rəsmisi bidirib ki, bütün bu faktlar Bakı Metropoliteninin nəzarət-müşahidə kameraları tərəfindən qeyd alınıb.
Onun sözlərinə görə, bundan əlavə, xəsarət almalarına baxmayaraq, qatarın güzgüsünü sındırdıqlarına görə, eləcə də diqqətsizliyi və ya ehtiyatsızlığı ucbatından metroda dövlət mülkiyyətinə ziyan vuran şəxslər barəsində inzibati protokol tərtib edilir: “Bəzən diqqətsizlikdən metronun girişindəki şüşə qapılara çırpılan, hətta onları sındıran şəxslər də olub. Digər faktı da deyim. Bir neçə gün əvvəl sərnişinlərdən biri “Elmlər Akademiyası” stansiyasında təcili saxlama açarını burub eskalatoru saxlamışdı. Sonra da metropolitendən şikayət edirlər ki, eskalator dayanıb. Halbuki bu, sərnişinin ucbatından baş verib. Bir neçə gün əvvəl yenə həmin stansiyada eskalator dayanmışdı. Məlum oldu ki, heç bir nasazlıq yoxdur. Sadəcə bir neçə sərnişin eskalatorun üstündə hoppanıb-düşüb, eskalator da qəzaya qarşı proqramlaşdırıldığı üçün avtomatik olaraq kilidlənərək dayanıb. Bəzən də sərnişinlər qatarda olanda vaqonun qapılarını aralayaraq oynayırlar. Onlar bilməlidirlər ki, belə hərəkətlər sərnişinlərin özləri və ətrafdakı insanların həyatı üçün ciddi təhlükə yaradır”.
Dünən, 16:00
Avropada Rusiya ilə danışıqlara hazırlıq: 5 dövlətin başçısı...
Dünən, 15:30
Əhaliyə şok tövsiyə: Ərzaq və su ehtiyatı toplayın
Dünən, 14:14
Prezident gözlənilən ŞAD xəbəri elan etdi - Nələr dəyişəcək?
Dünən, 14:05
“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik
Dünən, 13:55
Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR
Dünən, 12:07
Metro istifadəçilərinə şad xəbər: TƏMİR BİTDİ
Dünən, 12:04
Keçmiş məmurların cəzaları azaldıldı - Azadlığa çıxırlar
Dünən, 12:00
Milyonluq mənimsəmə edən şirkət rəhbəri ev dustaqlığına buraxıldı
Dünən, 11:55
Milli Qəhrəmanın durumu ilə bağlı rəsmi açıqlama - Vəziyyəti kritik ağırdır
Dünən, 11:46
Son Dəqiqə! Buğda ehtiyatlarımız azaldı
Dünən, 11:42
“Bakıya Baş nazirin tapşırığına əsasən gəlmişəm” - Hindistanlı nazir
Dünən, 11:38
Ceyhun Bayramov Subrahmanyam Cayşankarı belə qarşıladı - FOTO
Dünən, 11:35
Prezident Hindistanın XİN başçısını qəbul etdi - FOTOLAR
Dünən, 11:31
Xırdalanda 45 yaşlı kişi 10 yaşlı oğlana təcavüz etdi: "Cinlər məni yoldan çıxardı"
Dünən, 11:28
Rayonlarla bağlı qərar verildi - Gələn ildən dəyişir
Dünən, 10:48
Vəzifəli şəxs həbs edildi - Yarım milyonluq yeyinti
Dünən, 09:43
Zelenski müsahibə zamanı ağladı
Dünən, 09:28
“Neft qiymətlərini qaldırmaq üçün hər şeyi edirlər”
Dünən, 09:22
Güclü zəlzələdə 16 nəfər öldü - Yüzlərlə ev dağıldı
Dünən, 09:00
Paşinyan "Qarabağ dərdi" olanlara pul paylamağa başlayır - 2027-ci ildən bu qədər...
22-10-2026, 16:00
Zəngəzur dəhlizinin qadağan olunmuş yükləri – İrəvan Bakı ilə ortaq mövqeyi açıqladı
22-10-2026, 15:30
İran İsraildəki seçkilərə müdaxilə etməyə hazırlaşır - Netanyahu
22-10-2026, 14:22
İranda nə baş verir? - Daha böyük qarşıdurma qaçılmazdır
22-10-2026, 13:39
Paşinyandan yeni bəyanat: “Təhdidlər var”
22-10-2026, 12:55
Elmir Nuriyev Almaniyada tutuldu - Azərbaycana gətirilir
22-10-2026, 12:50
Prezidentin xüsusi nümayəndəsi vəzifəsindən azad edildi
22-10-2026, 12:46
"Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə" dəyişib