LENİN TERROR HAQQINDA...
Gundem
Oxunub: 3 775
19 noy 2014 | 19:36
LENİN TERROR HAQQINDA...Bir necə il bundan öncə bir tədbirə qatılmışdım. Mövzu şəhərsalma və memarlıqla bağlı olsada söhbət dolaşıb dolaşıb siyasətə, daha doğrusu sovet dövrü abidələrinin və tikililərinin məhvinə gəlib cıxdı. Debat layihəsində iştirak edən memarlardan biri qürurla Düdənginiskinin nəvəsi olduğunu bildirdikdən sonra həyasızcasına iddia etməyə başladıki, bəs deməzsənmi sovet abidələrinin dağıdılması guya sosial sifarişdir, yəni xalqın cəmiyyətin istəyi imiş. Bilənlər bilir bilməyənlərdə bilsinki Düdənginski məşhur satqın olub və müharibə dövründə ( 1941- 45 ) illərdə faşistlərin tərəfinə kecərək öz xalqına qarşı vuruşub. Mənim ücün son dərəcə acı həqiqətiydiki bu gün Bakı şəhərində kommunist abidələrinə və məzarlarına qarşı aparılan vandalist siyasətin icrasına satqın Düdənginskinin nəvəsi rəhbərlik edir. Bir növ nəvə faşist babasının yarımcıq qalmış işini davam etdirir. Acınacaqlı faktdırki bu şəxs bir vətən xaininin törəməsi olduğu halda Sovet hökuməti onu pulsuz, dövlət hesabına oxutmuş, ali təhsilli memar etmiş, işlə və mənzillə təmin etmişdir, amma bu alicənablığın qarşılığını nankorlar babalarına xas xəyanətlə cavablandırırdılar. Sovetin qurub yaratmaq ücün yetişdirdiyi mütəxəssis indi sovetin izlərini silib yox etmək ücün bütün vicdan və heysiyyət hislərindən imtinaedərcəsinə calışırlar. Düdənginskinin nəvəsi mənim etirazıma cavab olaraq bildirdiki “ Sovet hökuməti hec nədən günahsız insanları məhv edirdi. Mənim əmilərim, dayılarım hərbi məktəbdə oxuyarkən Əlheydər Qarayev hərbi məktəbə gəlibmiş və kursantları cərgədən cıxartdırıb güllələdirmiş”, səbəbini soruşanda "hec nəyə görə" dedi. Bu gün cəmiyyətimizdə hələdə sadəlöhüvcəsinə inananlar varki guya kommunistlər insanları hec nədən, səbəbsiz yerə cəzalandırırmışlar və bu yanlış təsəvvürdən sonra "qırmızı terror" haqqında əfsanələr, nağıllar uydurulub danışılır.

Bəs əslində Sovet hakimiyyətinin tətbiq etdiyi zorakılıq və güllələmələrin gercək səbəbi nə olmuşdur, doğurdanmı bolşeviklər "hec nədən" insanları güllələyirmişlər ?

Leninin belə bir sözü var, təqribən belə səslənir "terror bütün dövürlərdə və bütün dövlətlərdə olub. Amma əsas məsələ bu terrorun kimlərə qarşı tətbiq olunmasıdır". İstər dünən, istərsədə bu gün kommunistləri terrorda ittiham edənlər özləri insanlığa qarşı ən qəddar terror hadisələri törətmiş və törətməkdədirlər, amma nədənsə belələri öz terrorlarına "demokratiya uğrunda müharibə" dedikləri halda kommunistlərin onların bu terroruna qarşı eyni sərtliklə cavab verməsini ictimaiyyətə böyük hərflə TERROR kimi təqdim edirlər. 1919- cu il iyulun 20- də Lenin ABŞ jurnalistinə müsahibəsində deyirdi : "1917-ci il 25 oktyabr ( 7 noyabr ) inqilabından sonra biz hətta burjua qəzetlərinidə bağlamadıq və terror haqqında hec danışıqda yox idi. Biz nəinki Kerenskinin nazirlərindən bir coxunu, hətta bizə qarşı vuruşmuş Krasnovu da azad etdik. Yalnız o zaman ki, istismarcılar, yəni kapitalistlər öz müqavimətini genişləndirməyə əl atdılar, biz bu müqaviməti müntəzəm surətdə qırmağa, hətta terror tətbiq etməyə başladıq. Bu, Rusyada istismarcıların hakimiyyətini bərpa etmək ücün burjuaziyanın Almanya, İngiltərə, Yaponya, Amerika və Fransa kapitalistləri ilə birlikdə qəsd düzəltmək , ingilis- fransız pulu ilə cexoslovakları, alman və fransız pulu ilə Mannerheymi, Denikini ələ almaq və.s. bu kimi hərəkətlərinə proletariatın CAVABI idi. "Dəyşikliyə" – məhz Petroqradda burjaziya əlehinə terrorun gücləndirilməsinə – səbəb olan son qəsdlərdən biri eserlər və menşeviklərlə birlikdə burjaziyanın Petroqradı təslim etmək qəsdi ( Kornilov qiyamı- red. ), Krasnaya Qorkanın qəsdci zabitlər tərəfindən tutulması… idi."

Leninin bu müsahibəsini bəlkədə, haradasa öz hərəkətlərinə bəraət qazandırmaq istəyən birisinin qeyri- obyektiv yanaşması kimi qəbul etmək olardı, amma qarşı tərəfin, sovetlərə düşmən münasibətin təşkilatcısı və avanqardı olmuş İngilislərin həmən dövürdə Petroqraddakı nümayəndələri Lokkartın sonralar nəşr olunmuş xatirələri olmasaydı. İngilislərin Petroqaddakı nümayəndəsi Lokkart yazırdı ki "inqilabdan sonra terror barədə söhbət belə yox idi. Müxalifət qəzetləri sərbəst şəkildə cıxır, Sovet hökuməti əlehinə coxlu tənqidi materiallar yazılırdı. Sonralar bolşeviklərin nümaiş etdirdikləri sərtlik başlanan vətəndaş müharibəsinin sərt xarakterindən doğurdu".

Fikir verin bir birinə düşmən cəbhələrdə yer almış iki müxtəlif şəxsin "qırmızı terrorla" bağlı mövqeləri eynidir və bu fikirlər arasında bənzərlik hətta heyranedicidir. Bu hər şeydən əvvəl o deməkdir ki Leninin bolşeviklərin tətbiq etdiyi terror və güllələmələrin daxili və xarici əksinqilabın terror və qəsd müharibəsinə qarşı cavab reaksiyası olması faktını hətta ingilislər özləridə etiraf edirdilər. Sonra Lenin eyni müsahibəsini bu sözlərlə davam etdirir : "Birləşmiş Ştatlar və Yaponya haqqında bizim izlədiyimiz siyasi məqsəd hər şeydən əvvəl, onların Rusiya üzərinə etdikləri azğın , cinayətkar, soyğuncu basqını, yalnız onların kapitalistlərinin varlanmasına xidmət edən bu basqını dəff etməkdən ibarətdir. Bu dövlətlərdən hər ikisinə biz dəfələrlə və təntənəli surətdə sülh təklif etmişik, onlar isə bizə hətta cavab da verməmişlər və bizə qarşı müharibəni davam etdirərək Denikinə və Kolcaka yardım göstərirlər, Murmanı və Arxangelski qarət edir, xüsusi ilə də Yaponyanın və ABŞ- ın quldur kapitalistlərinə qəhramanlqla müqavimət göstərdikləri Şərqi Sibiri dağıdıb viran edirlər".

Sovet Rusiyasının sülh cağırışına terrorla, müharibə ilə, qəsdlərlə cavab verənlər kommunistləri terrorda ittiham edirlər. Noskecilər, Şeydemanların ölüm eskadronu Almanyada 15 min fəhləni kücələrdə güllələyəndə, Bavarya Sovet Respublikasının üzvüləri edam olunanda, fəhlə hərəkatının rəhbərləri Karl Libknext və Roza Lüksenburq kücənin ortasında dövlət terrorunun qurbanları olanda bu terror olmurdu, əksinə Rus Liberal mətbuatı yazırdıki "bizim bolşeviklərədə belə divan tutmaq lazımdır " …

http://kommunist.biz
Dünən, 12:00
Avropada qaz qiymətləri kəllə-çarxa qalxdı: Bazarda böyük təlaş yaranıb
Dünən, 11:17
Beynəlxalq axtarışla tutulan gömrükçü həbsdən buraxıldı - Bunları etiraf etdi
Dünən, 11:00
Usta işlədiyi evdən 18 minlik qızıl oğurladı
Dünən, 10:55
Anbardar iş adamını aldatdı - 1 milyonluq dələduzluq
Dünən, 09:59
"Biri qalxıb demədi ki, ay əziz Sahibə xanım..."- Xoşqədəm Aqil Abbası müdafiə etdi
Dünən, 09:42
Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
Dünən, 09:37
Polşada gərginlik pik həddə çatdı - Onlar vəzifədən uzaqlaşdırıldı
Dünən, 09:00
Bilgəhdə şok: "Ağac əkməyin, ölüm təhlükəsi ilə üzləşərsiniz"
30-10-2026, 16:00
Tikinti şirkətləri ilə sakinlər arasındakı mənzil davası – KİM HAQLIDIR?
30-10-2026, 15:30
Məhkəmədən disk oğurlandı, saxtakarlıqlar üzə çıxdı! – 5 milyonluq əmlakın ələ keçirilməsinin ŞOK TƏFƏRRÜATLARI
30-10-2026, 14:23
Putindən Avropaya açıq müharibə anonsu: “Çox irəli getsəniz...!”
30-10-2026, 13:00
Bakı və İrəvan üçün KRİTİK 2027: Gələn ilin yazı...
30-10-2026, 12:30
Onların gəlirindən 10 faiz vergi tutulacaq - YENİ LAYİHƏ
30-10-2026, 12:08
Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək
30-10-2026, 11:26
Narkotik aludəçisi olan avtobus sürücüsü ifşa olundu
30-10-2026, 10:48
Əli Əsədov İrakli Kobaxidze ilə görüşdü
30-10-2026, 10:45
Bu gün Azərbaycanla Gürcüstan arasında bir sıra sənədlər imzalanacaq
30-10-2026, 10:33
Maliyyə Nazirliyində yoxlama: Leysan Məmmədov vəzifəsindən azad edildi
30-10-2026, 10:13
"Böyük Dəbilqə": Hidayət Heydərov və digər iki cüdoçu mübarizəyə başlayır
30-10-2026, 10:10
Bu marşrutlar "20 Yanvar"-"Şamaxinka" aralığındakı dayanacaqdan çıxarılır
30-10-2026, 10:06
FIFA U-15 dünya çempionatının qalibi bu gün müəyyənləşəcək
30-10-2026, 09:49
Azərbaycan nefti 3 dollar ucuzlaşdı
30-10-2026, 09:46
Bəzi yerlərdə yağıntılar intensivdir - Faktiki hava
30-10-2026, 09:42
Fransada böyük etiraz dalğası: 70 min polis və jandarm səfərbər edilir
30-10-2026, 09:38
Avropa ölkələri Rusiya ilə danışıqlara nümayəndə tapa bilmir
30-10-2026, 09:34
Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR - EKSKLÜZİV
30-10-2026, 09:31
Maaşı istədiyimiz bankın kartı ilə ala biləcəyik - Bu tarixdən