“Mədinə” tibb mərkəzində “çin” olmayan arzular
Gundem / Sosial
Oxunub: 1 882
28 noy 2016 | 16:23
“Mədinə” tibb mərkəzində “çin” olmayan arzular










Üzeyir Əhmədov: “Bu gün mən pullarımı geri qaytara bilmirəm, axı, mənim 6500$ pulum niyə batmalıdır, buna səbəb nədir?”

Hələ bir müddət bundan əvvəl Bakı şəhəri, Binəqədi rayonu Binəqədi şossesi-10 ünvanında fəaliyyət göstərən “Mədinə” tibb mərkəzində qol qoyulan haqsızlıqdan, süründürməçilik amillərinin varlığından və s. bəhs etmişdik. Yazıb onu da qeyd etmişdik ki, Bərdə şəhəri M.Nəsibov küçəsi ev-84 ünvanında yaşayan Əhmədov Üzeyir Rəhim oğlu, adı çəkilən tibb mərkəzində oğlunu müalicə etdirmək istəsə də, o, arzusunu heç cür “çin” edə bilmir. Çünki, o, redaksiyamıza yazdığı şikayət ərizəsində qeyd edir ki, “mən 2010-cu il təvəllüdlü övladım Əhmədli Elxan Üzeyir oğlunu, 2015-ci ildə həyat yoldaşımla birlikdə “Medistair” klinikasında psixator işləyən İkram həkimin yanına gətirdik. Buna səbəb, övladımızın lal olması və rayondakı həkimlərin onun dərdinə əlac edə bilməmələri oldu. İlk öncə İkram həkim Elxana baxaraq onda “autizm” xəstəliyinin olduğunu bildirdi və göndərişlə bizi “Mədinə” tibb“ mərkəzinə də göndərdi. Həmin vaxt adı çəkilən tibb mərkəzində baş həkim vəzifəsini daşıyan Kamran Salayev bizi qəbul etdi və övladımı müalicə edərək sağaldacağını da bildirdi. Hətta o, onu da vurğuladı ki, “oğlunun müalicəsi ilə bağlı tibb mərkəzinə ödədiyin pullar o halda geri qaytarıla bilər ki, övladının problemini həll etmək mümkün olmasın”. Beləliklə, ilyarım müddətinə Elxan Əhmədlinin müalicəsini həyata keçirsələr də, onu heç cür sağalda bilmədilər. Onu da vurğulayım ki, hər aylıq müalicəyə görə “Mədinə” tibb“ mərkəzinə 641$ pul ödəmişəm. Ümumilikdə, adı çəkilən tibb mərkəzinə ilyarım müddət ərzində 6500$ pul köçürmüşəm və övladımın müalicəsini baş həkim Kamran Salayevlə bərabər, tibb mərkəzinin reablitasiya mərkəzində baş həkim vəzifəsini daşıyan Fidan Talışlı da həyata keçirib”.

Ümumiyyətlə, ilyarım müddət ərzində övladının müalicəsinə bir neçə min dollar pul xərcləyən Üzeyir Əhmədov, son anda nəyəsə nail ola bilmir. Belə olan halda o, məcbur olur ki, övladının müalicəsini digər ünvanda həyata keçirsin. Çox keçmir ki, o, oğlu Elxan Əhmədlini başqa bir həkimin yanına aparır və qısa müddət ərzində aparılan müalicənin də nəticəsi olur. Bu gün isə yaşanan olay, adı çəkilən tibb mərkəzinə oğlunun müalicəsi ilə bağlı Üzeyir Əhmədlinin ödədiyi 6500$ pulu geri qaytara bilməməsidir. Bu şər-böhtan deyil, əsl həqiqətdir. Məhz ona görə ki, onun ödədiyi pulla bağlı əlində bir neçə qəbzi də var. Digər tərəfdən isə, “Mədinə” tibb“ mərkəzində baş həkim vəzifəsini daşıyan Kamran Salayevin verdiyi vədinə xilaf çıxmasıdır. Çünki, Üzeyir Əhmədov bildirir ki, “bizim danışığmız belə oldu ki, əgər Elxanı sağalda bilməyəcəyiksə, o halda pulların geri qaytarılacaq. Bu gün isə, mən pullarımı geri qaytara bilmirəm. Axı, mənim 6500$ pulum niyə batmalıdır, buna səbəb nədir?”

Bəli, olub-keçənlərə diqqət yetirdikdə o da aydın olur ki, “Mədinə” tibb mərkəzinin rəhbərliyi “atanşik”liklə məşğuldur və belə bir addım da, Azərbaycan səhiyyəsində birbaşa rüsvayçılıqdır, üzqaralığıdır, utanc bir addımdır. Düzdür, yaşanan olayla bağlı bir neçə dəfə tənqidi açıqlama dərc etdik və onu geniş ictimaiyyətin diqqətinə də çatdırdıq. Hətta, elə də düşündük ki, baş həkim Kamran Salayev atdığı addıma peşman olacaq və sadə bir sakinin halal pulunu özünə qaytaracaq. Təəssüflər olsun ki, bu gün də həmin pullar geri qaytarılmayıb və övladının digər problemləri ilə üz-üzə qalan Üzeyir Əhmədov, hələ də getgəldədir. Məhz, bu kimi addımlar bir daha onu söyləməyə əsas verir ki, “Mədinə” tibb mərkəzində nəinki sakinlərin dərdinə əlac edirlər, hətta onları minbir oyuna da salırlar. Deməli, belə bir ünvanda nə haqq var, nə də ki, ədalət. Odur ki, gəlin bir az düşünək, bir qədər də götür-qoy edək! Odur ki, bir kimsə yolunu “Mədinə” tibb mərkəzindən salarsa, həm Kamran Salayevin atdığı addıma öz qiymətini versin, həm də olduqca diqqətli olsun. Çünki, ...

P.S. Hörmətli oxucular! İnanırıq ki, əgər sizin özünüz və yaxud da yaxınlarınızdan bir kimsə “Mədinə” tibb mərkəzində oxşar olaylarla üz-üzə qalmısınızsa, o halda bizim redaksiyayya müraciət edəcəksiniz. Biz də KİV haqqında Qanunun tələbinə uyğun olaraq, üzərimizə düşən vəzifə borcumuzu yerinə yetirməyə çalışacağıq. Araşdırmamız davam edəcək.

Açıqlamada adı çəkilən şəxslərin də mövqeyini dinləyə bilərik.

Azerinfo.az
Bu gün, 13:39
Yeni dövlət proqramı əhalinin rifahını yaxşılaşdıracaq - AÇIQLAMA
Bu gün, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Bu gün, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Bu gün, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Bu gün, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Bu gün, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Bu gün, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Bu gün, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Bu gün, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Bu gün, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Bu gün, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Bu gün, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Bu gün, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Bu gün, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Bu gün, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Bu gün, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Bu gün, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir