30 saylı uşaq musiqi məktəbində «ölü can»lar dərs deyir
Gundem / Sosial
Oxunub: 1 744
24 okt 2016 | 15:41
30 saylı uşaq musiqi məktəbində «ölü can»lar dərs deyir










Direktor əvəzi Bətulə Məmmədova haqqını tələb edən müəllimlərə təzyiq göstərir Xətai rayonu, 30 saylı uşaq musiqi məktəbinin bir qrup müəllimi mətbuata maraqlı informasiya ötürüblər.

Müraciətdə son iki ayda kollektivə rəhbərlik edən Bətulə Məmmədovadan narazılıq ifadə olunur. Bildirilir ki, kollektivin əvvəlki direktorlarla elə ciddi problemi olmayıb: "Bundan əvvəlki direktorumuz Eldar Bağırov idi. Sentyabrda Eldar müəllimin işdən azad olunmaq məsələsi qoyulmuşdu. Ötən ilin dekabrında öz ərizəsi ilə uzaqlaşdı. Dekabrın 30-da əmri verildi, xəstəliklə əlaqədar işdən çıxdı.
Dekabrdan bu yana direktor vəzifəsi boşdur. Dərs hissə müdiri Bətulə Məmmədova direktoru əvəz edir. Kollektivin böyük hissəsi bu adamdan narazıdır». Müəllimlər bildirirlər ki, Bətulə Məmmədova barədə ayrı-ayrı vaxtlarda Bakı Şəhər İcra Hakimiyyətinə, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə, Mədəniyyət və Turizm Nazirliyinə, hətta Baş Prokurorluğa müraciət ediblər.(teref)Müəllimlərin narazılığına səbəb olan əsas məqamalrdan biri budur ki, B.Məmmədova "ölü müəllimlər"in adına dərs saatı yazdığı halda, hər gün işə gələn müəllimlərin dərs saatını aşağı salır: "Məktəbdə doqquz müəllimin adı siyahıda gedir, amma üzünü görən olmayıb. Sonra bir az narazılıq oldu, onlardan ikisini çıxardılar. Hazırda yeddi "ölü" müəllimimiz var. Ancaq indi də eşitmişik ki, onları da çıxarıb ki, birdən gəlib yoxlayarlar, pis olar. Onların kartları da Bətulə Məmmədova ilə direktorda idi. Üçünün adı yadımızda qalıb-Yeganə, Zümrüd, Natavan...
İndiyə kimi bizim bildiyimiz, məktəbdə 7 min yeyinti olub. Dəfələrlə müraciət və şikayətlərimizə baxmayaraq, heç birimizə nə dərs saatı verilmədi, nə də çağırıb dərdimizi soruşmadılar. Müəllimlər etiraz edəndə Bətulə Məmmədova hərəyə bir cür cavab verir. Kollektivdə 120-yə yaxın müəllim var. Kim haqqını tələb edirsə, kobudluqla qarşılaşır. Müəllimlərdən biri dərs saatı istəyib, ona deyib ki, itil burdan. Başqa bir müəllimin qolundan tutub bayıra atıb ki, çıxbayıra, sən burda dərs keçməyəcəksən". Məsələni araşdırmaq üçün 30 saylı uşaq musiqi məktəbi ilə əlaqə saxladıq. Dəstəyi qaldıran xanım direktor əvəzi Bətulə Məmmədovanın işdə olmadığını bildirdi. Mövzunu diqqətdə saxlayacağıq.
Bu gün, 13:00
İlham Əliyev İsveçin yeni səfirini qəbul etdi
Bu gün, 12:55
Bakı aeroportunda pul tapdı, 3 min manatını dilənçilərə payladı
Bu gün, 12:29
Qərb Sənaye Parkı fəaliyyətə başlayır - bu müəssisələr işə düşəcək
Bu gün, 12:19
Əhali dollarlarını manata çevirir - RƏQƏMLƏR
Bu gün, 12:15
Prezident əfv Sərəncamı imzaladı
Bu gün, 12:11
Azərbaycan Prezidenti Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
Bu gün, 12:05
Mərkəzi Bankdan inflyasiya ilə bağlı AÇIQLAMA
Bu gün, 11:53
İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi
Bu gün, 11:49
Mərkəzi Bank manatla bağlı qərar verdi
Bu gün, 11:45
Alim Qasımov Üzeyir Mehdizadə ilə duetə görə 1 MİLYON MANAT ALIB?
Bu gün, 11:28
Azərbaycanda 5 mindən çox yeni iş yerləri açılacaq
Bu gün, 11:25
Nazirlikdən 124 min adamı SEVİNDİRƏCƏK QƏRAR
Bu gün, 11:21
XİN Səudiyyə Ərəbistanını Milli Günü münasibətilə təbrik edib
Bu gün, 11:15
Formula-1-lə bağlı sürücülərə XƏBƏRDARLIQ
Bu gün, 11:07
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı
Bu gün, 11:03
Prezident mühüm SƏRƏNCAM İMZALADI
Bu gün, 10:16
Ərdoğan çıxış elədi: O isə hönkür-hönkür ağladı - VİDEO
Bu gün, 09:44
Nazirlikdən əhaliyə MÜJDƏ: 70 faiz artım olacaq – Məbləğ AÇIQLANDI
Bu gün, 09:00
Babası Şamaxıdan olan məşhur Bakı ermənisinin arvadına Avropa şoku – Putinçi Petrosyanın ailəsinə...
Dünən, 16:00
Yeni iPhone-da gözlənilməz problem, 3 dəqiqəyə od kimi qızdı – Əldə saxlamaq olmur
Dünən, 15:30
Yunanıstanlı siyasətçidən QALMAQALLI BƏYANAT: Yeganə həll yolu türkləri öldürməkdir
Dünən, 14:22
Fermerdən 15 qəpiyə alınan məhsul bazarda necə 1,5 manata satılır?
Dünən, 13:39
Sensasion iddia: "Putinin partiyası" cəmi 34 faiz səs toplayıb
Dünən, 13:14
Azərbaycanda bu şəxslərin evlənməsi QƏTİ QADAĞANDIR
Dünən, 13:03
Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir
Dünən, 13:00
Dövlət başçısı: Süni intellektin bədniyyətli istifadəsi terrorla mübarizəyə ciddi əngəllər törədir
Dünən, 12:32
DYP kənd texnikası sürücülərinə müraciət etdi